. Love.az

Topxana Mesesinin Qirilmasi 1988 - Wikipedia - Love.az

Ana Səhifə - Topxana Mesesinin Qirilmasi 1988

Topxana meşəsinin qırılması (1988) — Azərbaycan SSR-də baş verən Meydan hərəkatını (1988-ci il 17 noyabr – 5 dekabr) başladan ictimai-siyasi hadisə.

1988-ci ilin noyabrın 17-də Şuşada yerləşən məşhur, əzəmətli palıd, çinar meşəsi - Topxana meşəsinin qırılmasına etiraz əlaməti olaraq Azərbaycan xalqı Azadlıq meydanında (keçmiş Lenin meydanı) ilk mitinq keçirdi.[1] Mitinqin təşkil olunmasında məqsəd xalqın səsini Mərkəzə - Moskvaya çatdırmaq idi. O dövrün respublika hakimiyyətinin qarşısında xalqın adından əsasən üç tələb qoyulmuşdu:

  • Topxana meşəsinin qırılması dayandırılsın;
  • Dağlıq Qarabağ muxtar vilayəti ərazisində respublika hakimiyyətinin səlahiyyətləri bərpa olunsun;
  • SSRİ Ali Sovetinin növbəti sessiyasında Qarabağ məsələsi müzakirə olunsun, olunmazsa bizim deputatlar geriyə – Respublikaya qayıtmasınlar.[2]

1988-ci il noyabrın 17-də Bakının əsas meydanında – Azadlıq meydanında (keçmiş Lenin meydanı) Topxana meşəsinin qırılmasına və Azərbaycan SSR-in sosial siyasətinə etiraz əlaməti olaraq Azərbaycan xalqının mitinqi başlandı. Xalq hərəkatı Bakının ən böyük meydanına yüz minlərlə insanın toplaşması ilə başladı.

Topxana meşəsi ilə bağlı başlanan 1988-ci ilin Meydan hadisələri daha sonra Azərbaycan Milli-Azadlıq Hərəkatına çevrildi. 1988-1991-ci illərin Milli-Azadlıq Hərəkatı Azərbaycanda müstəqillik aktının (18 oktyabr, 1991-ci il.) qəbul olunması ilə nəticələndi və Azərbaycan ikinci dəfə müstəqil dövlət olaraq öz varlığını dünyaya elan etdi.[3]

İstinadlar

redaktə
  1. ↑ Sabir Rüstəmxanlı DTK sədri Vaqif Hüseynovla görüşündən danışdı - İLK DƏFƏ.[ölü keçid]
  2. ↑ "17 NOYABR 1988 – UNUDULMAZ GÜN VƏ GECƏ (sənədli xatirə)". 2013-07-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-27.
  3. ↑ "SSRİ-nin süqutu və Azərbaycanın müstəqilliyinə gedən yol". 2021-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-27.

Həmçinin bax

redaktə
  • Azadlıq meydanı (Bakı)
  • Topxana meşəsi
  • Milli Dirçəliş Günü

Xarici keçidlər

redaktə
  • Topxana meşəsi harada yerləşir?
  • Ən Yeni Tarix - Meydan Hərəkatı.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Topxana_meşəsinin_qırılması_(1988)&oldid=7972579"
LOVE.AZ