Trüqve Maqnus Hovelmu (norv. Trygve Magnus Haavelmo; 13 dekabr 1911[2][3][…] – 28 iyul 1999[4][5][…], Berum) — Norveçin Skedsmo şəhərində anadan olan məşhur iqtisadçıdır. Onun əsas elmi maraqları ekonometrika və iqtisadi nəzəriyyə sahələrinə yönədilmişdir. İkinci dünya müharibəsi zamanı o Nyu-Yorkda Nortraşip şirkətinin statistika şöbəsində işləyirdi. Öz doktorluq dərəcəsini isə 1946-cı ildə "Ekonometrikaya ehtimal yanaşması" işinə görə alıb.
Trüqve Hovelmu | |
---|---|
norv. Trygve Magnus Haavelmo | |
![]() | |
Doğum tarixi | |
Doğum yeri | Skedsmo, Norveç |
Vəfat tarixi | (87 yaşında) |
Vəfat yeri | Oslo, Norveç |
Vətəndaşlığı |
![]() |
Elm sahələri |
İqtisadiyyat Makroiqtisadiyyat Neo-Keyns iqtisadiyyatı Ekonometrika |
İş yerləri |
Orhus Universiteti Çikaqo Universiteti Oslo Universiteti |
Təhsili | |
Tanınır |
Ekonometrikaya ehtimal yanaşması Balanslaşdırılmış büdcə multiplikatoru |
Üzvlüyü | |
Mükafatları |
![]() |
![]() |
1948–1979 illərdə o Oslo Universitetində iqtisadi nəzəriyyə və statistika üzrə professor kimi işləyib və 1947–1948-də ticarət departamentində şöbə müdiri olub. Trüqve Hovelmu riyazi analizdə ənənəvi anlayışlar üzərində məntiqli təhlil üçün müasir iqtisadiyyatda görkəmli yer tutur.
1989-cu ildə Trüqve Hovelmu ekonometrikada ehtimal nəzəriyyəsinin əsaslarını izah etdiyinə və eyni vaxtda baş verən iqtisadi strukturların təhlilinə görə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülüb.