Traxoma (lat. trachōma, q.yun. τραχύς sözündən) – konyuktivanın xroniki dənəvarı, infeksion xəstəliyidir. Traxoma yunanca trachus sözündən olub nahamar deməkdir. Bu zaman konyuktiva nahamarlaşdığı üçün traxoma adını almışdır.
Traxomanın kliniki gedişində 4 dövr ayırd edilir.
Müalicəsində müxtəlif antibiotiklərdən, kimyəvi preparatlardan və s. istifadə olunur.
Profilaktikasında xəstənin yaşayış şəraitinin, maddi və mənəvi səvyyəsinin böyük əhəmiyyəti vardır. Profilaktika məqsədilə, ilk növbədə əhalini müayinə edərək traxomalı xəstələri siyahiya almaq, sonra isə xəstələrin müalicəsini müntəzəm şəkildə aparmaq lazımdır.