. Love.az

Tumurcuq Cehrayi Agcaqanadi - Wikipedia - Love.az

Ana Səhifə - Tumurcuq Cehrayi Agcaqanadi

Tumurcuq çəhrayı ağcaqanadı (lat. Dasyneura ignorata) — Buğumayaqlılar tipinin İkiqanadlılar dəstəsinin Fır əmələ gətirən ağcaqanadlar fəsiləsinə aid olan növ.

Tumurcuq çəhrayı ağcaqanadı
Elmi təsnifat
Domen:
Eukariotlar
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Filozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Ranqsız:
İlkağızlılar
Tipüstü:
Tüləyənlər
Ranqsız:
Panarthropoda
Ranqsız:
Tactopoda
Tip:
Buğumayaqlılar
???:
Tumurcuq çəhrayı ağcaqanadı
Beynəlxalq elmi adı
  • Dasineura Camillo Rondani, 1840[1]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  123806
NCBI  240745
EOL  54706
FW  262493

Mündəricat

  • 1 Xarici quruluşu
  • 2 Həyat tərzi
  • 3 Yayılması
  • 4 İstinadlar
  • 5 Həmçinin bax

Xarici quruluşu

redaktə

Yetkin dişi fərdləri qonur-qara kürəkciyə və nəhayətindən nazilən yoğun çəhrayı rəngli qarıncığa malikdir. Gözləri başın əsas hissəsini tutur. Bığcığı təsbehvarı olub, 14 buğumludur. Qanadları şəffafdır və seyrək qara tükcüklərlə örtülmüşdür. Uzunluğu 1,5–2 mm-dir. Yumurtası siqar formasındadır, şəffaf və parlaqdır, çəhrayıdır. Uzunluğu 0,3 mm, eni isə 0,88 mm-dir. Axırıncı yaşda olan sürfələr moruq, yaxud çəhrayı rəngində olur. İrəli tərəfdən xeyli nazilmiş və üzərində kiçik ziyilciklər vardır. Uzunluğu 1,5-2,2 mm-dir.


Həyat tərzi

redaktə

Tumurcuq çəhrayı ağcaqanadı inkişafının sürfə fazasında, möhkəm torpaqdan düzətdiyi nazik yuvacıq içərisində torpağın üst səthində qışlayır. Öyrənilmişdir ki, qışlayan sürfələrə 5 sm dərinlikdə 75,5%; 6-10 sm-də 17,8%; 11-15 sm-də isə 5,7 %-ə qədər təsadüf edilir. Qışlama qida bitkilərinin ətrafında olur. Beləliklə, ağcaqanadın əsas qışlama yerləri yoncalıqlar və yabanı yonca olan istifadəsiz sahələrdir. Yazda yonca bitkisi cücərməyə başlayan dövrdə yuvacıq daxilində qışlamış sürfələr pup halına keçir. Pup öz inkişafını bitirdikdən sonra onlardan yetkin ağcaqanadlar uçur. Puplardan uçan yetkin ağcaqanadların cinsi məhsulları yetişmiş olur. Buna görə də onlar dərhal yumurta qoymağa başlayır. Milçək öz yumurtasını yonca gövdəsinin yuxarı hissələrinə tökür. Yumurtalardan çıxan sürfələr dərhal tumurcuqların və çiçək qruplarının içərisinə girir. Hər bir tumurcuq içərisində 13-ə qədər sürfə ola bilir. Tumurcuqlar və çiçək qrupları daxilində sürfələrin inkişafı 10-12 günə başa çatır. Sonra onlar qidalanmalarını bitirərək torpağa düşür və onun üst səthində yuvacıq düzəldir. İkinci və sonrakı nəslin inkişafı da birinci nəsildə olduğu kimi gedir. Beləliklə, respublikamızın aran rayonlarında tumurcuq çəhrayı ağcaqanadının 6-7 nəsil verdiyi ehtimal edilir. Zərərvericinin inkişafında mühit amillərinin olduqca böyük rolu vardır. Ağcaqanadlar sakit və isti havada fəal olur. Yağışlar yetkin fərdlərin islanması və torpağa yapışmasına, quru və həddindən artıq isti havalar isə onların geyiməsi və hərəkətsiz olmasına səbəb olur. Hava və torpaqda zərəverici üçün müvafiq rütubət olmadıqda onların kütləvi məhv olmasına şərait yaranır. Tumurcuq çəhrayı ağcaqanadı bitkinin çiçək qrupunu, gövdəsini və onların budaqlarını, eləcə də böyümə nöqtəsini zədələdiyindən bitki çiçək qrupu vermir, çiçəkləmir və məhsulsuz olur.

Yayılması

redaktə

Tumurcuq çəhrayı ağcaqanadı Azərbaycanın Tovuz və Ucar rayonlarında geniş yayılmışdır.

İstinadlar

redaktə
  1. ↑ Integrated Taxonomic Information System (ing.). 1996.

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Tumurcuq_çəhrayı_ağcaqanadı&oldid=6970337"
LOVE.AZ