. Love.az

Tundra - Wikipedia - Love.az

Ana Səhifə - Tundra

Tundra — Yerin təbii zonası. Tundra Yer kürəsinin tayqadan şimalda olan hissəində yerləşir. Xarakterinə görə tundra bataqlıq, torflu və daşlıqlı olur.

Tundra

Tundranın aşağı sərhəddi arktikanın başlanğıcı hesab edilir.

Mündəricat

  • 1 Ərazisi
  • 2 İqlimi
  • 3 Torpaq
    • 3.1 Yayıldığı ərazilər
  • 4 İstinadlar
  • 5 Həmçinin bax

Ərazisi

redaktə

Tundra Şimali Amerikanın şimal hissəsinin, Kanada arxepelaqını, Qrenlandiyanın buz örtməyən yerlərini və Avrasiyanın şimal zolağını tutur.

İqlimi

redaktə

Tundra bitkinin həyatı üçün şərait olduqca sərtdir. Yay qısa və soyuqdur. Ən isti ayın orta temperaturu 10 – 12 C-dən yuxarı qalxmır. İllik yağıntının miqdarı 200 – 300mm-dir. Qış uzun keçir və bərk küləklər əsir. İfrat rütubətlənmə zonasıdır. Bataqlıqlar geniş yayılmışdır.

Torpaq

redaktə

Antarktidada fraqmentar şəklində buzdan azad olmuş sahələrdə (Banqera, Viktoriya, Teylor-Rossa, Eymeri, Vestfoll və s.), Şimal Buzlu okeanın adalarında və materikin arktik və subartik iqlim qurşaqları daxilində meşəsiz landşaftda formalaşmışdır. Yer kürəsini quru hissəsinin 4%-in tutur[1].

Yayıldığı ərazilər

redaktə

Tundra torpaqları — Avrasiya ərazisində enli qurşaq şəklində Şimal Buzlu Okeanın dənizlərinin cənub sahillərini əhatə edir. Geniş şəkildə bu torpaqlar alyaskada, Şimali Amerikanın qütb dairəsi arxası ərazilərində, İslandiyada, Qrelandiya adasının cənub kənarlarında yayılmışdır.

İstinadlar

redaktə
  1. ↑ İ. Ə. Quliyev. Ümumi torpaqşünaslıq və torpaq coğrafiyası. Bakı 2014. 235 s.

Həmçinin bax

redaktə
  • Arktika
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Tundra&oldid=7528945"
LOVE.AZ