Uçalı rayonu (başq. Учалы районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayonun inzibati mərkəzi Uçalı şəhəridir.
Rayon | |||||
Uçalı rayonu | |||||
---|---|---|---|---|---|
Учалы районы | |||||
![]() | |||||
|
|||||
54°22′ şm. e. 59°27′ ş. u.HGYO |
|||||
Ölkə | |||||
İnzibati mərkəz | Uçalı | ||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 20 avqust 1930 | ||||
Sahəsi | 4.549 km² | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəqəmsal identifikatorlar | |||||
Avtomobil nömrəsi | 02, 102 | ||||
Rəsmi sayt | |||||
![]() |
|||||
![]() |
Uçalı rayonu Başqırd önuralının şimalında yerləşir. Şimal-qərbdən Başqırdıstanın Belores və Abzelil, şimal-şərqdən isə Çelyabinsk vilayətinin Verxneuralski, Zlatoustovski, Satkinski və Çebarkulski rayonları ilə sərhədə malikdir. Rayon ərazisindən Miass — Uçalı — Mejozyornı dəmir yolu və Beloretsk — Uçalı — Miass, Uçalı — Xuunovo — Karaqay avtomagistralı keçir. İqlimi kontinentaldır. Qərbdən nisbətən hündür silsilələrlə hava axını üçün bağlı olması, şimaldan və şərqdən isə arktik havanın daxil olması üçün maneənin olmaması iqliminə böyük təsir göstərir.
Uçalı rayonu 1919-cu ilə qədər Orenburq vilayətinin Verxneuralski və Troyski qəzaları ərazisinə daxil idi. 23 mart 1919-cu ildən etibarən isə Rusiyanın ilk milli muxtariyyəti olan Başqırdıstan MSSR-in tərkibinə qatılmışdır.
2002 | 2008[2] | 2009[3] | 2010[4] | 2012 | 2013[5] |
---|---|---|---|---|---|
35 649 | ▲76 725 | ▲77 125 | ▼73 268 | ▼73 247 | ▼73 114 |
2014[6] | 2015[7] | 2016[8] | 2017[9] | ||
▼72 663 | ▼71 963 | ▼71 539 | ▼71 291 |
Ümum-Rusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Ziançurinski rayonunun milli tərkibi: başqırdlar — 64,3 %, ruslar — 18,2 %, tatarlar — 15,9 %, digər millər — 1,6 %[10].
Uçalı ayonunda 1 şəhər və 14 kənd inzibati vahidliyinə 88 yaşayış məntəqəsi daxildir
Aqrar-sənaye rayonudur. Rayon ərazisində dəmir, qızıl, kvars, tikinti daşı, əhəng, kərpiç xammalı, qum kimi faydalı qazıntılar vardır. Ərazisinin 196,2 min ha əkinə yararlıdır (bu isə rayon ərazisinin 43,5 %). 75,3 ha ərazi otlaq kimi istifadə edilir.
Rayon ərazisində 65 ümumtəhsil mərkəzi, 20 orta məktəb, 33 kütləvi kitabxana, 63 klub, 5 sahə xəstəxanası fəaliyyət göstərir. Burada rus və başqırd dillərində "Uçalinskaya" (əvvəllər "oraq və çəkiç") və "Yayık" adlı qəzetlər buraxılır.