UEFA Çempionlar Liqası 2020/2021 – UEFA tərəfindən təşkil olunmuş Avropanın aparıcı klub futbol turnirinin 66-cı mövsümü və turnirin adı "Çempion Klublar Kuboku" ilə "UEFA Çempionlar Liqası" dəyişdirilməsindən sonra 29-cu mövsümüdür.
UEFA Çempionlar Liqası 2020/2021 | |
---|---|
![]() Final matçının keçirildiyi Draqao Stadionu | |
Yarış məlumatları | |
Tarix |
Təsnifat mərhələləri: 8 avqust – 30 sentyabr 2020 Qrup mərhələsi və finala doğru gedəcək oyunlar: 20 oktyabr 2020 – 29 may 2021 |
Başlama tarixi | 8 avqust 2020 |
Bitmə tarixi | 29 may 2021 |
Komanda sayı |
32 (qruplarda) 79 (ümumi) |
Yekun nəticəsi | |
Çempion |
![]() |
İkinci |
![]() |
Yarış statistikası | |
Oyun sayı | 125 |
Qol sayı | 366 (matç başına: 2.93) |
Tamaşaçı sayı | 180049 (matç başına: 1440) |
Mükafat sahibləri | |
Bombardir(lər) |
![]() |
Ən yaxşı oyunçu |
|
← 2019–20 2021–22 → | |
![]() |
Final matçı Portu şəhərində yerləşən Draqao Stadionunda, "Çelsi" ilə "Mançester Siti" klubları arasında keçirildi. Rəqibinə 0–1 hesabı ilə qalib gələn "Çelsi" kuboku başı üzərinə qaldırdı. Bununla yanaşı, klub 2021 UEFA Super Kubokunda UEFA Avropa Liqası 2020–21-ci illər mövsümü qalibi "Vilyareal" ilə qarşılaşmaq şansı əldə etdi.
Əslində bu mövsümün finalının Atatürk Olimpiya Stadionunda keçirilməsi planlaşdırılırdı, lakin bəzi faktorlar bunun qarşısını aldı. COVID-19 pandemiyası Türkiyədə digər ölkələrə nəzərən daha şiddətli şəkildə tüğyan etdiyindən Birləşmiş Krallıq Türkiyəni turistlər üçün qırmızı siyahıya saldı. Bundan əlavə, finalda iki ingilis klubu qarşılaşacaqdı və belə çətin dönəmdə ölkədən uzaqda finalın keçirilməsi birmənalı qarşılanmırdı. UEFA bütün durumu nəzərə aldı və mayın 13-də finalın İstanbuldan Portuya keçirilməsini məqsədəuyğun hesab etdi.[5] İstanbul isə 2023-cü ildə turnirin finalında ev sahibliyi edəcək.[6]
Turnirdə çempion olan "Çelsi" 2021 FİFA Klublararası Dünya Kubokunda da iştirak etmək hüququ qazandı.
2020–21 UEFA Çempionlar Liqasında UEFA-ya üzv olan 54 ölkə federasiyasından 79 komanda mübarizə aparır. (Lixtenşteyn Futbol Federasiyasının yerli futbol liqası olmadığı üçün bu turnirə qatıla bilməyəcək.) Ölkələrin sırası UEFA Ölkə Reytinqinə əsasən müəyyən edilir. Reytinqə əsasən:
Ölkələrin toplam xalları 2014–15-ci il mövsümündən 2018–19-cu illər mövsümünə qədər klub müsabiqələrində mübarizə aparmış ölkə komandalarının toplam xallarıdır.[7]
|
|
|
Aşağıdakı cədvələ əsasən klublar mübarizəyə qoşulurlar.[8]
Bu turda mübarizəyə başlayacaq klubların sayı | Bir öncəki turdan gələn klubların sayı | ||
---|---|---|---|
İlkin mərhələ (4 komanda tək matçlı 2 yarı final və 1 final oynayır) |
|
||
Birinci təsnifat mərhələsi (34 klub) |
|
| |
İkinci təsnifat mərhələsi | Çempionlar (20 klub) |
|
|
Çempion olmayan (6 klub) |
|
||
Üçüncü təsnifat mərhələsi | Çempionlar (10 klub) |
| |
Çempion olmayan (6 klub) |
|
| |
Play-off turu | Çempionlar (8 klub) |
|
|
Çempion olmayan (4 klub) |
|
| |
Qrup mərhələsi (32 klub) |
|
| |
1/8 Final (16 klub) |
|
Oyunların tarixləri aşağıdakı kimidir. (Bütün mərhələlərin püşkatma mərasimləri İsveçrənin Nyon şəhərində keçirilir.)[9] Turnir əslində 2020-ci ilin iyununda başlamalı idi, lakin koronavirus pandemiyası ucbatından avqusta kimi təxirə salındı.[10] Yeni təqvim UEFA İcraiyyə Komitəsi tərəfindən 17 iyun 2020-ci ildə açıqlandı.[11]
Bütün təsnifat mərhələləri tək matçdan ibarətdir. Ev sahibi komanda püşk nəticəsində bəlli olur. Play-off turu isə cüt ayaqlı olacaq. Qrup mərhələsindəki tək-tük oyunları və turnirin finalını çıxsaq bütün matçlar tamaşaçısız oynandı.[12]
Qrup mərhələsinin püşkatma mərasiminin Afinada keçirilməsi planlaşdırılsa da, 2020-ci ilin 9 sentyabrında UEFA məkanın Nyona dəyişilməsinə qərar verdi.[13]
Mərhələ | Tur | Püşk tarixi | Birinci oyun | İkinci oyun |
---|---|---|---|---|
Təsnifat mərhələləri | İlkin mərhələ | 17 iyul 2020 | 8 avqust 2020 (yarı final turu) | 11 avqust 2020 (final matçı) |
Birinci təsnifat mərhələsi | 9 avqust 2020 | 18–19 avqust 2020 | ||
İkinci təsnifat mərhələsi | 10 avqust 2020 | 25–26 avqust 2020 | ||
Üçüncü təsnifat mərhələsi | 31 avqust 2020 | 15–16 sentyabr 2020 | ||
Play-off | Play-off turu | 1 sentyabr 2020 | 22–23 sentyabr 2020 | 29–30 sentyabr 2020 |
Qrup mərhələsi | 1. oyunlar | 1 oktyabr 2020 | 20–21 oktyabr 2020 | |
2. oyunlar | 27–28 oktyabr 2020 | |||
3. oyunlar | 3–4 noyabr 2020 | |||
4. oyunlar | 24–25 noyabr 2020 | |||
5. oyunlar | 1–2 dekabr 2020 | |||
6. oyunlar | 8–9 dekabr 2020 | |||
Finala doğru gedilən mərhələlər | 1/8 Final | 14 dekabr 2020 | 16–17 & 23–24 fevral 2021 | 9–10 & 16–17 mart 2021 |
1/4 Final | 19 mart 2021 | 6–7 aprel 2021 | 13–14 aprel 2021 | |
Yarı Finallar | 27–28 aprel 2021 | 4–5 may 2021 | ||
Final | 29 May 2021, Draqao Stadionu, Portu |
COVID-19 koronavirus pandemiyası ucbatından aşağıdakı xüsusi qaydalar təsnifat mərhələsi və play-off turunda keçiriləcək matçlara tətbiq edilir:[14]
Dörd ölkənin (Macarıstan, Yunanıstan, Polşa və Kipr) heç bir məhdudiyyətsiz matçın oynanması üçün neytral stadionlar təmin etmə imkanı var.[15]
Bu mərhələnin püşkü 17 iyun 2020-ci ildə atıldı. Yarı final matçları 8 avqustda İsveçrənin Nyon şəhərindəki Kolovrey Stadionunda oynandı. Final matçı 11 avqustda oynanmalı idi, lakin "Drita" klubunda iki oyunçunun koronavirus testinin pozitiv çıxması səbəbindən matç keçirilmir. Nəticədə, "Linfild" 3–0-lıq texniki qələbə ilə növbəti mərhələyə yüksəlir.
Bu mərhələdə mübarizəni dayandıran klublar Avroliqanın ikinci təsnifat mərhələsində mübarizə aparacaqlar.
1. komanda | Hesab | 2. komanda |
---|---|---|
Tre Fiori | 0–2 | Linfild |
Drita | 2–1 | İnter Eskaldes |
1. komanda | Hesab | 2. komanda |
---|---|---|
Drita | 0–3 (tex.)[upper-alpha 1] |
Linfild |
Birinci təsnifat mərhələsinin püşkü 9 avqust 2020-ci ildə atıldı.[20] Matçlar 18-19 avqust tarixlərində oynandı. "Kİ Klaksvik" və "Slovan Bratislava" klubları arasında keçirilməli olan matç Slovakiya təmsilçisinin heyətindəki bir oyunçunun koronavirus testi müsbət çıxması səbəbilə klub karantinə alınıb. Nəticədə, "Kİ Klaksvik" klubu 3–0-lıq texniki qələbə ilə növbəti tura vəsiqə qazanıb.[20]
Bu mərhələdə mübarizəni dayandıran klublar Avroliqanın ikinci təsnifat mərhələsində mübarizə aparacaqlar.
1. komanda | Hesab | 2. komanda |
---|---|---|
Ferençvaroş | 2–0 | Yurqorden |
Seltik | 6–0 | KR |
Legiya Varşava | 1–0 | Linfild |
Şerif Tiraspol | 2–0 | Fola Eş |
Konnahs Key Nomeds | 0–2 | Sarayevo |
Srvena Zvezda | 5–0 | Avropa |
Buduçnost Podqoritsa | 1–3 | Ludoqorets Razqrad |
Ararat-Armeniya | 0–1 (ə.v) | Omoniya Nikosiya |
Floriana | 0–2 | ÇFR Kluj |
Makkabi Tel-Əviv | 2–0 | Riqa |
Qarabağ | 4–0 | Sileks |
Dinamo Tbilisi | 0–2 | Tirana |
Dinamo Brest | 6–3 | Astana |
Molde | 5–0 | KuPS |
Flora Tallin | 1–1 (ə.v) (2–4 pen.) |
Süduva Maryampol |
Çelye | 3–0 | Dandolk |
Kİ Klaksvik | 3–0 (tex.)[upper-alpha 1] |
Slovan Bratislava |
İkinci təsnifat mərhələsinin püşkü 10 avqust 2020-ci ildə atılıb.[20] Matçlar 25-26 avqustda oynanılıb. Bu mərhələdə mübarizəni dayandıranlar Avroliqanın üçüncü təsnifat mərhələsində apardılar.
1. komanda | Hesab | 2. komanda |
---|---|---|
ÇFR Kluj | 2–2 (ə.v) (5–6 pen.) |
Dinamo Zaqreb |
Yanq Boys | 3–1 | Kİ Klaksvik |
Seltik | 1–2 | Ferençvaroş |
Süduva Maryampol | 0–3 | Makkabi Tel-Əviv |
Legiya Varşava | 0–2 (ə.v) | Omoniya Nikosiya |
Çelye | 1–2 | Molde |
Ludoqorets Razqrad | 0–1 | Midtyulənd |
Dinamo Brest | 2–1 | Sarayevo |
Qarabağ | 2–1 | Şerif Tiraspol |
Tirana | 0–1 | Srvena Zvezda |
1. komanda | Hesab | 2. komanda |
---|---|---|
AZ | 3–1 (ə.v) | Viktoriya Plzen |
PAOK | 3–1 | Beşiktaş |
Lokomotiva Zaqreb | 0–1 | Rapid Vyana |
31 avqust 2020-ci ildə üçüncü təsnifat mərhələsinin püşkü atıldıqdan dərhal sonra əlavə xüsusi bir püşk atıldı. Bu püşk ikinci təsnifat mərhələsində mübarizəni dayandıran 10 klubdan 2-sini Avroliqanın play-off turuna birbaşa vəsiqə qazandıracaqdı. Həmin püşkün nəticəsinə görə "Tirana" və "Ludoqorets Razqrad" klubları bu şansa nail oldular.[26]
Üçüncü təsnifat mərhələsinin püşkü 31 avqust 2020-ci ildə atılıb.[27] Matçlar 15-16 sentyabr tarixlərində oynandı. Bu mərhələdə mübarizəni dayandıran çempion klublar Avroliqanın play-off turunda, çempion olmayan klublar isə qrup mərhələsində iştirak etmək hüququnu əldə etdilər.
1. komanda | Hesab | 2. komanda |
---|---|---|
Ferençvaroş | 2–1 | Dinamo Zaqreb |
Qarabağ | 0–0 (ə.v) (5–6 pen.) |
Molde |
Omoniya Nikosiya | 1–1 (ə.v) (4–2 pen.) |
Srvena Zvezda |
Midtyulənd | 3–0 | Yanq Boys |
Makkabi Tel-Əviv | 1–0 | Dinamo Brest |
1. komanda | Hesab | 2. komanda |
---|---|---|
PAOK | 2–1 | Benfika |
Dinamo Kiyev | 2–0 | AZ Alkmaar |
Gent | 2–1 | Rapid Vyana |
Play-off turunda da bundan öncəki iki təsnifat mərhələsində olduğu kimi komandalar iki yerə bölünür: çempionlar və çempion olmayanlar. Bu mərhələdən etibarən artıq turnirdə video köməkçi hakim (VAR) texnologiyasından istifadə olunur.
Play-off turunun püşkü 1 sentyabr 2020-ci ildə atıldı.[28] İlk matçlar 22-23, ikinci matçlar isə 29-30 sentyabr tarixlərində oynandı. Bu mərhələdə mübarizəni dayandıran klublar Avroliqanın qrup mərhələsində iştirak hüququ əldə etdilər.
Çempionlar | Qeyri-çempionlar | ||
---|---|---|---|
Səpələnmişlər | Səpələnməmişlər | Səpələnmişlər | Səpələnməmişlər |
1. komanda | Ümumi nəticə | 2. komanda | 1. matç | 2. matç |
---|---|---|---|---|
Slaviya Praqa | 1–4 | Midtyulənd | 0–0 | 1–4 |
Makkabi Tel-Əviv | 2–5 | Red Bull Salzburq | 1–2 | 1–3 |
Olimpiakos | 2–0 | Omoniya Nikosiya | 2–0 | 0–0 |
Molde | 3–3 (SQ) | Ferençvaroş | 3–3 | 0–0 |
1. komanda | Ümumi nəticə | 2. komanda | 1. matç | 2. matç |
---|---|---|---|---|
Krasnodar | 4–2 | PAOK | 2–1 | 2–1 |
Gent | 1–5 | Dinamo Kiyev | 1–2 | 0–3 |
Qrup mərhələsinin püşkü 1 oktyabrda Cenevrədə RTS kanalının studiyasında atıldı.[29] Püşkə əsasən 32 klub hərəsində dördü olmaqla səkkiz qrupa ayrılır. (Eyni ölkədən klubların düşməməsi şərti ilə) Püşkatma üçün klublar aşağıdakı kriteriyalara əsasən dörd səbətdə olurlar:[30][31]
Hər qrupda komandalar dairəvi sistem üzrə bir-biriləriylə həm evdə həm də səfərdə matçlar keçirirlər. Qrup oyunlarının sonunda 1 və 2-ci yeri tutmuş komandalar növbəti mərhələyə yüksəlir. Qrupunu üçüncü yerdə başa vuran klublar isə Avroliqanın 1/16 Final mərhələsində oynama hüququ qazanır.
Matçlar 2020-ci ilin 20–21 oktyabr, 27–28 oktyabr, 3–4 noyabr, 24–25 noyabr, 1–2 dekabr və 8–9 dekabr tarixlərində oynanacaq. Çempionlar Liqasına qatılan komandalar avtomatik olaraq UEFA Gənclər Liqasına da qatılır.
14 fərqli ölkənin komandası burada iştirak edir. 26 klub mübarizəyə elə bu mərhələdən başlayır. "Krasnodar", "Midtyulənd", "İstanbul Başakşehir" və "Renn" ilk dəfədir ki, bu mötəbər turnirin qrup mərhələsində iştirak edir. Bununla yanaşı, Çempionlar Liqası tarixində ilk dəfədir ki, üç rus klubu bu mərhələdə oynama hüququ qazanıb.[32]
|
|
|
|
Rəng |
---|
UEFA Çempionlar Liqasında növbəti mərhələyə yüksələnlər |
2020–21 UEFA Avropa Liqasında 1/16 mərhələsinə keçənlər |
Mübarizəni dayandıranlar |
|
|
|
|
|
|
Qeydlər:
|
|
|
|
|
|
|
|
|
|
Qruplarını üçüncü yerdə başa vuran komandalar 2020–21-ci il UEFA Avropa Liqası mövsümünün 1/16 final mərhələsinə qatılır.
Sıra | Qr | Komanda | O | Q | H | U | QT | QF | Xal | ||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
1 | H | Ayaks | 6 | 3 | 1 | 2 | 12 | 6 | +6 | 10 | Səpələnmişlər |
2 | E | Red Bull Salzburq | 6 | 2 | 1 | 3 | 16 | 13 | +3 | 7 | |
3 | F | İnter | 6 | 2 | 1 | 3 | 10 | 9 | +1 | 7 | |
4 | G | Benfika | 6 | 2 | 1 | 3 | 10 | 11 | −1 | 7 | |
5 | D | Bayer Leverkuzen | 6 | 2 | 0 | 4 | 5 | 9 | −4 | 6 | Səpələnməmişlər |
6 | C | Şaxtyor Donetsk | 6 | 1 | 3 | 2 | 8 | 13 | −5 | 6 | |
7 | B | Olimpiakos | 6 | 1 | 1 | 4 | 8 | 14 | −6 | 4 | |
8 | A | Brügge | 6 | 0 | 3 | 3 | 4 | 12 | −8 | 3 |
Rəng |
---|
Səpələnmiş klublar |
Səpələnməmiş klublar |
Qrup | Qrup birincisi | Qrup ikincisi |
---|---|---|
A | Bayern Münhen | Atletiko Madrid |
B | Real Madrid | Borussiya Münhenqladbax |
C | Mançester Siti | Porto |
D | Liverpul | Atalanta |
E | Çelsi | Sevilya |
F | Borussiya Dortmund | Latsio |
G | Yuventus | Barselona |
H | Paris Seyn-Jermen | RB Leypsiq |
1/8 Final | 1/4 Final | Yarı Final | Final (29 may – Portu) | |||||||||||||||||
Latsio | 1 | 1 | 2 | |||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Bayern Münhen | 4 | 2 | 6 | |||||||||||||||||
Bayern Münhen | 2 | 1 | 3 | |||||||||||||||||
Paris Seyn-Jermen (SQ) | 3 | 0 | 3 | |||||||||||||||||
Barselona | 1 | 1 | 2 | |||||||||||||||||
Paris Seyn-Jermen | 4 | 1 | 5 | |||||||||||||||||
Paris Seyn-Jermen | 1 | 0 | 1 | |||||||||||||||||
Mançester Siti | 2 | 2 | 4 | |||||||||||||||||
Borussiya Münhenqladbax | 0 | 0 | 0 | |||||||||||||||||
Mançester Siti | 2 | 2 | 4 | |||||||||||||||||
Mançester Siti | 2 | 2 | 4 | |||||||||||||||||
Borussiya Dortmund | 1 | 1 | 2 | |||||||||||||||||
Sevilya | 2 | 2 | 4 | |||||||||||||||||
Borussiya Dortmund | 3 | 2 | 5 | |||||||||||||||||
Mançester Siti | 0 | |||||||||||||||||||
Çelsi | 1 | |||||||||||||||||||
Atalanta | 0 | 1 | 1 | |||||||||||||||||
Real Madrid | 1 | 3 | 4 | |||||||||||||||||
Real Madrid | 3 | 0 | 3 | |||||||||||||||||
Liverpul | 1 | 0 | 1 | |||||||||||||||||
RB Leypsiq | 0 | 0 | 0 | |||||||||||||||||
Liverpul | 2 | 2 | 4 | |||||||||||||||||
Real Madrid | 1 | 0 | 1 | |||||||||||||||||
Çelsi | 1 | 2 | 3 | |||||||||||||||||
Porto (ə.v) | 2 | 2 | 4 | |||||||||||||||||
Yuventus | 1 | 3 | 4 | |||||||||||||||||
Porto | 0 | 1 | 1 | |||||||||||||||||
Çelsi | 2 | 0 | 2 | |||||||||||||||||
Atletiko Madrid | 0 | 0 | 0 | |||||||||||||||||
Çelsi | 1 | 2 | 3 |
1/8 Final mərhələsinin püşkatma mərasimi 14 dekabr 2020-ci ildə keçirildi.[34] İlk matçlar 16, 17, 23 və 24 fevral, ikinci matçlar isə 9, 10, 16 və 17 mart 2021-ci il tarixlərində keçirildi.
1. komanda | Ümumi nəticə | 2. komanda | 1. matç | 2. matç |
---|---|---|---|---|
Borussiya Münhenqladbax | 0–4 | Mançester Siti | 0–2 | 0–2 |
Latsio | 1–6 | Bayern Münhen | 1–4 | 1–2 |
Atletiko Madrid | 0–3 | Çelsi | 0–1 | 0–2 |
RB Leypsiq | 0–4 | Liverpul | 0–2 | 0–2 |
Porto | 4–4 (SQ) | Yuventus | 2−1 | 2–3 (ə.v) |
Barselona | 2–5 | Paris Seyn-Jermen | 1–4 | 1–1 |
Sevilya | 4–5 | Borussiya Dortmund | 2–3 | 2–2 |
Atalanta | 1–4 | Real Madrid | 0–1 | 1–3 |
1/4 Final mərhələsinin püşkatma mərasimi 19 mart 2021-ci ildə keçirildi. İlk matçlar 6-7 aprel, ikinci matçlar isə 13-14 apreldə oynandı.
1. komanda | Ümumi nəticə | 2. komanda | 1. matç | 2. matç |
---|---|---|---|---|
Mançester Siti | 4–2 | Borussiya Dortmund | 2–1 | 2–1 |
Porto | 1–2 | Çelsi | 0–2 | 1–0 |
Bayern Münhen | 3–3 (SQ) | Paris Seyn-Jermen | 2–3 | 1–0 |
Real Madrid | 3–1 | Liverpul | 3–1 | 0–0 |
Yarı finalın müqəddəratı da öncəki mərhələdə olduğu kimi 19 mart 2021-ci ildə müəyyənləşdi. İlk matçlar 27-28 aprel, ikinci matçlar isə 4-5 mayda oynandı.
1. komanda | Ümumi nəticə | 2. komanda | 1. matç | 2. matç |
---|---|---|---|---|
Paris Seyn-Jermen | 1–4 | Mançester Siti | 1–2 | 0–2 |
Real Madrid | 1–3 | Çelsi | 1–1 | 0–2 |
29 may 2021 23:00 (Azərbaycan saatı ilə) |
|
Draqao Stadionu, Portu Tamaşaçı: 14110[35] Hakim: Antonio Matey Laus (İspaniya) |