. Love.az

Uhan Universiteti - Wikipedia - Love.az

Ana Səhifə - Uhan Universiteti

Uhan Universiteti (çin. ənən. 武漢大學, sadə. 武汉大学) ― Çin Xalq Respublikasının Hubey əyalətinin Uhan şəhərində yerləşən tədqiqat universiteti.

Uhan Universiteti
WHU
çin. ənən. 武漢大學, sadə. 武汉大学
Əvvəlki adları Ziqianq İnstitutu (1893)
Fanqyan İnstitutu (1902)
Milli Uçanq Ali Normal Kolleci (1913)
Milli Uçanq Normal Universiteti (1923)
Milli Uçanq Universiteti (1924)
Milli Uçanq Çonqşan Universiteti (1926)
Milli Uhan Universiteti (1928)
Şüar Özünü inkişaf etdirmə, əzmkarlıq, həqiqət axtarma və yenilik[1]
Əsası qoyulub 1893
Tip Milli tədqiqat universiteti
Tələbə sayı 58720
Müəllim sayı 7325
Ölkə
  •  Çin
Sayt en.whu.edu.cn
30°32′27″ şm. e. 114°21′40″ ş. u.HGYO
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əsası Tzin sülaləsi dövründə məsul vəzifələr tutmuş Çang Çidong tərəfindən 1893-cü ildə qoyulmuşdur.[2] Yerləşdiyi əyalətin ən böyük ali təhsil müəssisələrindən biri olan universiteti, eyni zamanda, Çin Xalq Respublikasının ən qabaqcıl ali təhsil ocaqları arasındadır. Hazırda, 3 kollec, 27 məktəb, 5 institut başda olmaqla, çoxsaylı elmi vahidlərdə dünyanın 111 ölkəsindən təhsil alan 58720 tələbəsi vardır.[3] Əsas kampusu Uhan şəhərində, Luociya təpəsində yerləşir.

Uhan Universiteti ÇXR Təhsil Nazirliyi tərəfindən başladılmış universitetlərin təkmilləşdirilməsi proqramının nüfuzlu hesab olunan "A sinfi"nin üzvü olmaqla yanaşı, "Layihə 985" və "Layihə 211" kimi dövlət maliyyələşdirmə proqramlarının da tərkib hissəsidir. 2017-ci ildə Çin üzrə dərc olunmuş ali təhsil müəssisələri sıralamasında 3-cü yerdə qərarlaşmışdır.

Müxtəlif sahələrdə görkəmli şəxsiyyətlər yetişdirən universitetin məzunları arasında Çin Kommunist Partiyasının banilərindən Çen Tankyu, Qazaxıstanın baş naziri Karim Masimov, Xiaomi şirkətinin qurucusu Ley Jun da vardır.

Mündəricat

  • 1 Tarixi
    • 1.1 Erkən tarixi
    • 1.2 Yeni dövr
  • 2 Elmi strukturu
    • 2.1 Kolleclər
    • 2.2 Məktəblər
    • 2.3 İnstitutlar, departmanetlər və digər elmi vahidlər
  • 3 Tədris infrasturkturu
    • 3.1 Kampusları
    • 3.2 Kitabxanası
  • 4 Reytinq və akkreditasiya
  • 5 İstinadlar

Tarixi

redaktə

Erkən tarixi

redaktə

Universitetin əsası Tzin sülaləsinin hakimiyyəti dövründə Ubey və Xunan əyalətlərinin rəhbəri olmuş Çang Çidong 1893-cü ildə təsis etdiyi Ziqianq İnstitutuna söykənir. 1893-1928-ci illər arasında müxtəlif adlar və statuslar altında fəaliyyət göstərən ali təhsil müəssisəsi 1928-ci ildən etibarən bugünkü adı ilə fəaliyyət göstərir.

İlkin dövrlərdə ali təhsil qurumunda çin dili, riyaziyyar, təbiət elmləri və sahibkarlıq üzrə dərslər tədris olunurdu. Ardınca Minerallar İnstitutunun və Kimya İnstitutunun yaradılması ilə mühəndisliyə dair tədris olunan dərslərin sayı da artdı. Dövr ərzində dil təhsilində də bir sıra yeniliklər mənimsənildi və ingilis, fransız, alman, rus, yapon dillərinin tələbələrə öyrədilməsinə start verildi.

Yeni dövr

redaktə

Elmi strukturu

redaktə

Uhan Universitetində tədris prosesi 3 kollec, 27 məktəb, 5 institut başda olmaqla, çoxsaylı elmi vahidlərdə həyata keçirilir.

Kolleclər

redaktə
  • Çin dili və ədəbiyyatı kolleci
  • Kimya və molekulyar elmlər kolleci
  • Tibb elmləri kolleci

Məktəblər

redaktə
  • Fəlsəfə məktəbi
  • Jurnalistika və ictimai əlaqələr məktəbi
  • Xarici dillər və ədəbiyyat məktəbi
  • Tarix məktəbi
  • Biznes və iqtisadiyyat məktəbi
  • Hüquq məktəbi
  • Marksizm məktəbi
  • Siyasi elmlər və ictimai idarəetmə məktəbi
  • İnformasiya idarəetməsi məktəbi
  • Riyaziyyat və statistika məktəbi
  • Fizika və təxnologiya məktəbi
  • Təbii sərvətlər və ətraf mühit məktəbi
  • Mexanika mühəndisliyi məktəbi
  • Avtomatlaşdırma və elektrik mühəndisliyi məktəbi
  • Şəhər planlaşdırılması məktəbi
  • İnşaat mühəndisliyi məktəbi
  • Su mənbələri və hidroenerji məktəbi
  • Elektron informasiya məktəbi
  • Kompüter elmləri məktəbi
  • Geodeziya məktəbi
  • İnformasiya mühəndisliyi məktəbi
  • Çap və qablaşdırma məktəbi
  • Kiber-elm və mühəndilsik məktəbi
  • İbtidai tibb məktəbi
  • Sağlamlıq elmləri məktəbi
  • Əczaçılıq elmləri məktəbi
  • Stomotologiya məktəbi

İnstitutlar, departmanetlər və digər elmi vahidlər

redaktə
  • İncəsənət departamenti
  • Sosiologiya departamenti
  • Pedaqoji institut
  • Təkmilləşdirilmiş tədqiqatlar institutu
  • Texnoloji elmlər institutu
  • Çin sərhəd və okean tədqiqatları institutu
  • Şəhərləşmə və regional inkişaf institutu
  • İnformasiya mühəndisliyi üzrə dövlər laboratoriyası
  • Birinci xəstəxana
  • İkinci xəstəxana

Tədris infrasturkturu

redaktə

Kampusları

redaktə

Kitabxanası

redaktə

Reytinq və akkreditasiya

redaktə

İstinadlar

redaktə
  1. ↑ "Overview". en.whu.edu.cn (ingilis). Wuhan University. 2022-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2021.
  2. ↑ "Wuhan University". bachelorsportal.com (ingilis). 2021-06-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2021.
  3. ↑ "Wuhan University". studyinchina.com.my (ingilis). 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2021.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Uhan_Universiteti&oldid=8045694"
LOVE.AZ