. Love.az

Ulul Emr - Wikipedia - Love.az

Ana Səhifə - Ulul Emr

Ulul-Əmr (ərəbcə: أولو الأمر) — əmr sahibləri deməkdir. Onlar Ulul-Əmr ayəsinə görə itaətləri vacib olan kəslərdir. Bu terminə Nisa surəsinin 59-cu ayəsində rast gəlinir.

"Ulul-Əmr"in məsumluğu və kim olduqları haqqında şiə və sünni teoloji və təfsir kitablarında çoxlu fikirlər söylənilmişdir. İmamiyyəyə görə "Ulul-Əmr" sözündən məqsəd şiə imamlarıdır; Amma əhli-sünnənin nəzərindən raşidi xəlifələri, ədalətli hökmdarlar və icma da onun nümunələrindəndir.

Şiələr hesab edirlər ki, "Ulul-Əmr" ayəsində əmr sahiblərinə qeyd-şərtsiz itaətə vurğu edildiyi üçün bu ayə əmr sahiblərinin məsumluğuna dəlalət edir; Amma əksər sünni alimləri inanırlar ki, bu ayədən "Ulul-Əmr"in məsumluğu əldə edilmir.

Mündəricat

  • 1 "Ulul-Əmr" ayəsi
  • 2 Həmçinin bax
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

"Ulul-Əmr" ayəsi

redaktə
Əsas məqalə: Ulul-Əmr ayəsi

Əmr sahibləri mənasına olan "Ulul-Əmr" kəlməsi “Nisa” surəsinin 59-cu ayəsindən götürülmüşdür:

«یا أَیهَا الَّذِینَ آمَنُواْ أَطِیعُواْ اللّهَ وَأَطِیعُواْ الرَّسُولَ وَأُوْلِی الأَمْرِ مِنکمْ»

"Ey iman gətirənlər, Allaha itaət edin, Onun Peyğəmbərinə və öz əmr sahiblərinizə itaət edin".

Fəzl ibn Həsən Təbərsi[1] və Əllamə Təbatəbai[2] kimi şiə təfsirçiləri və imamiyyə mütəkəllimləri (teoloqları) bu ayədən əmr sahiblərinin məsumluğunu ifadə edirlər.[3] Sonra "Ulul-Əmrin" nümunələri haqqında rəvayətlərə istinad edərək on iki imamın məsumluğu haqqında dəlil gətirirlər.[4]

Həmçinin bax

redaktə
  • Vilayət (İslam)

İstinadlar

redaktə
  1. ↑ Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.3, s.100 və 101
  2. ↑ Təbatəbai, Əl-mizan, h.q 1417, c.4, s.319
  3. ↑ Əllamə Hilli, Kəşful-murad, h.q 1417, s.493
  4. ↑ Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.3, s.100 və 101; Təbatəbai, Əl-mizan, h.q 1417, c.4, s.319

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ulul-əmr&oldid=8156664"
LOVE.AZ