. Love.az

Urmis - Wikipedia - Love.az

Ana Səhifə - Urmis

Urmis — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Üstüpü kənd inzibati ərazi vahidində kənd.[1] 1 mart 2003-cü il tarixli 423-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Üstüpü kənd inzibati ərazi dairəsi tərkibindəki Urmis kəndi rayonun ərazi vahidləri uçot məlumatından çıxarılmışdır.[2]

Urmis
39°04′30″ şm. e. 45°58′16″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Urmis xəritədə
Urmis
Urmis

Mündəricat

  • 1 Coğrafi mövqeyi
  • 2 Adının mənşəyi
  • 3 Tarixi
  • 4 İstinadlar
  • 5 Həmçinin bax

Coğrafi mövqeyi

redaktə

Dağətəyi ərazidədir.[1]

Adının mənşəyi

redaktə

Oykonim türk dillərindəki ur/or (biçin, biçmək) və miz (düz, çöl) komponentlərindən düzəlib, "biçilən çöl, biçənək" mənasındadır. Kəndin ərazisində biçənək olduğu üçün belə adlanırdı.[1] Bir başqa ehtimalla toponim rumlu mənasında izah edilir.[3]

Tarixi

redaktə

XIX əsrdə - çar Rusiyası dövründə Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indiki Ermənistanın Sisyan rayonunda) kənd adı olub. İrmis kimi də xatırlanır. 1918-ci ildə kəndin əhalisi qovulmuş və Osmanlıdan gəlmə ermənilər yerləşdirilmişdir. 1946-cı ildə kənd ermənicə Artaşat adlandırılmışdır.[3]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. II cild. Bakı: Şərq-qərb, 2007, s. 255-256
  2. ↑ "Naxçıvan Muxtar Respublikası şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında 1 mart 2003-cü il tarixli 423-IIQ saylı Azərbaycan Respublikasının Qanunu". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-29.
  3. ↑ 1 2 Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti. 4 hissədə. III hissə. Bakı, "Oğuz eli", 1998

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Urmis&oldid=8143467"
LOVE.AZ