. Love.az

Urmiya Universiteti - Wikipedia - Love.az

Ana Səhifə - Urmiya Universiteti

Urmiya Universiteti (fars. دانشگاه ارومیه‎‎‎) — İran İslam Respublikasının Qərbi Azərbaycan ostanının mərkəzi olan Urmiya şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin rektoru Rəhim Hubnəqidir[1][3].

Urmiya Universiteti
Xəritə
37°31′50″ şm. e. 45°02′50″ ş. u.HGYO
Əsası qoyulub 1965
Tip Universitet
Rektor Rəhim Hubnəqi[1]
Tələbə sayı 16826[1]
Şəhər Urmiya
Ölkə
  •  İran[2]
Sayt urmia.ac.ir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Tarixi
  • 2 Tədris
  • 3 Kontingent
  • 4 Azərbaycan dilinin tədrisi
  • 5 Nəşrlər
    • 5.1 "Axar su" jurnalı
    • 5.2 "Yol" jurnalı
  • 6 Tanınmış məzunları
  • 7 Şəkilləri
  • 8 Həmçinin bax
  • 9 İstinadlar
  • 10 Xarici keçidlər

Tarixi

redaktə

Urmiya Universiteti 1965-ci ildən fəaliyyət göstərir.

Tədris

redaktə

Bu universitetdə müxtəlif sahələr üzrə 87 fənn üzrə dərslər keçirilir[1].

Kontingent

redaktə

Urmiya Universitetində 16 min 826 tələbə təhsil alır[1].

Universitetin 487-dən çox müəllim-professor heyəti var[1].

Azərbaycan dilinin tədrisi

redaktə

Müvafiq icazənin alınmasından sonra 2017-ci ildən universitetdə bakalavr pilləsi üzrə Azərbaycan dili və ədəbiyyatı fənni üzrə 2 dərs tədris olunacaq[1]. Azərbaycan dili dərsində iştirak könüllü olacaq[1].

Nəşrlər

redaktə

"Axar su" jurnalı

redaktə

2006-cı ildə Urmiya Universitetində təhsil alan tələbə qızlar "Axar su" dərgisinin çapı üçün icazə alsalar da, onun yalnız bir sayı işıq üzü görmüşdür[4]. Bundan sonra jurnalın çapına qadağa qoyulmuşdur[4]. Belə ki, bütün tələbələr arasında paylanılan jurnal işıq üzü görən kimi Urmiya Universitetinin rəhbərliyi və təhlükəsizlik orqanları tələbələri millətçiliyi təbliğ etməkdə günahlandıraraq dərginin növbəti sayının buraxılmasına qadağa qoymuşlar[4]. Jurnalın işıq üzü görmüş yeganə nömrəsində Azərbaycan ədəbiyyatı və mədəniyyatı ilə bağlı yazılar dərc edilmişdir[4].

"Yol" jurnalı

redaktə

Universitetin tələbələri Azərbaycan və fars dillərində "Yol" ictimai-mədəni jurnalını buraxırlar[5]. Jurnalın baş redaktoru Zəkəriya Səfaidir[5]. Jurnalda əsasən Azərbaycanın ictimai və mədəni məsələləri ilə əlaqədar yazılar dərc edilir[5].

Tanınmış məzunları

redaktə
  • Məhəmməd Oraz
  • Nadir Qazipur

Şəkilləri

redaktə
  •  
    Qədim binalarından biri olan Vuden binası
  •  
    İnzibati departamenti
  •  
    Çarman auditoriyası

Həmçinin bax

redaktə
  • İran universitetlərinin siyahısı

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 7 8 İranın bu universitetində Azərbaycan dilinin tədrisinə icazə verildi Arxivləşdirilib 2017-01-11 at the Wayback Machine. qafqazinfo.az, 08.01.2017  (az.)
  2. ↑ 1 2 Directory of Open Access Journals. 2003.
  3. ↑ دکتر رحیم حب نقی Arxivləşdirilib 2016-12-05 at the Wayback Machine. asatid.urmia.ac.ir  (fars.)
  4. ↑ 1 2 3 4 URMİYA UNİVERSİTETİ TƏLƏBƏLƏRİNİN BURAXDIĞI «AXAR SU» JURNALININ NƏŞRİNƏ QADAĞA QOYULUB Arxivləşdirilib 2015-12-09 at the Wayback Machine. mediaforum.az, 12.01.2007
  5. ↑ 1 2 3 Urmiya Universitetində buraxılan “Yol” jurnalının 3-cü sayı işıq üzü görüb Arxivləşdirilib 2018-09-10 at the Wayback Machine. dak.az, 27.04.2016  (az.)

Xarici keçidlər

redaktə
  Vikianbarda Urmiya Universiteti ilə əlaqəli mediafayllar var.
  "Cənubi Azərbaycan" portalı
  "Universitet" portalı
  • urmia.ac.ir — rəsmi saytı
Universitet haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Urmiya_Universiteti&oldid=7407997"
LOVE.AZ