Uzaqşərq tısbağası və ya Çin trioniksi (lat. Pelodiscus sinensis) — şirinsu tısbağası olaraq Trionychidae fəsiləsinə daxil olan tısbağa növü. Asiya ərazisində geniş arealda yayılmışdır. Trionychoidea ən məşhur nümayəndələrindən biridir. Bir sıra Asiya ölkələrində qida kimi istifadə edilir və bu səbəbdən xüsusi şəraitdə yetişdirilir.
Uzaqşərq tısbağası | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
![]() | ||||||||||
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Uzaqşərq tısbağası |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Pelodiscus — "dəniz diski", sinensis — "çin". ing. Chinese soft-shelled turtle, Suppon. alm. Chinesische Weichschildkröte. fr. Trionyx de Chine
Tısbağanın karapası adətən 20–25 santımetri keçmir. Bəzən isə çanağının uzunluğu 40 sm olan tısbağalara rast gəlinir. Onların ortalama çəkisi 4,5 kq[3] Bu yaxınlarda ovlanan tısbağa 11 kq çəkiyə malik olmuşdur. Çanağının uzunluğu isə 46 sm olmuşdur[4][5]
Tısbağanın panseri dairəvidir və tavaya bənzəyir. Kənarları onun suyun altındakı lildə gizlənməsini asanlaşdırır. Çanağın üzəri yumşaq dəri ilə örtülmüşdür. Cavan tısbağalarda çanaq tam dairəvidir. Getdikcə isə çanaq uzanır.
Çanağın üst hissəsi yaşıltıl-boz və ya yaşımtıl-qonur rəngdə olur. Baş, boyun və ətraflarda yaşıltıl-boz və ya yaşımtıl-qonur rəngdə olur. Başında kiçik tünd ləkələri müşahidə etmək mümkündür. Göz ətrafından arxaya ensiz xətt gedir[6][7]
Ətrafları suda üzməyə uyğunlaşmışdır. Uzun boyuna sahibdir. Çənəsi güclüdür. Sifətinin son ucunda uzun və yumşaq xortum yerləşir.
Çin trioniksi əsasən Asiyada yayılmışdır: Şərqi Çin, Vyetnam, Koreya, Yaponiya, həmçinin Haynan, Tayvan kimi adalarda yayılmışdır.
Onlara Rusiyanın Uzaq Şərq regionunda, Xabarovsk və Primorsk diyarları ərazisində rast gəlinir. Əsasən Amur çayı və onun iri qollarında, həmçinin Xanka gölündə rast gəlmək mümkündür[8]
Onlar Ryukyu adaları, Bonin adaları, Tayland, Malayziya, Sinqapur, Timor, Havay adaları, Marian adaları və Qırğızıstan ərazisinə qətirilərək çoxaldılmışdır.
Təbii düşmənləri əsasən yırtıcı quşlar və məməlilərdir. Onlar tısbağaların əsasən yumurtalarını yeyirlər. Təbii düşmənləri arasında qarğalar, yenotabənzər it, tülkü, porsuğ bəzənsə qabanlardır. Bəzi illərdə yırtıcılar tərəfindən qoyulan yumurtanın 100 % yeyilir.
Rusiyanın Uzaq şərq regionunda aparılan araşdırmalar zamanı tısbağalarda 9 növ parazit akşarlanmışdır:
Bu parazitlərin bir çoxu uzaqşərq tısbağasına uyumlu olaraq yaşayır.[9]
Asiya ölkələrində tısbağanın əti və yumurtası qida kimi istifadə edilir. Bu tısbağanın əti Tısbağa şorbasında delikates hesab edilir. Tısbağaları qırmaqlar və torlarla ovlayırlar. Onlar qida arxasınca bəzən balıqçı torlarına daxil olurlar. Bu səbədən balıqçılar arasında sevilməyən qonaq hesab edilir. Bu isə onların öldürülməsinə səbəb olur.