Vüsalə Hacıyeva (3 oktyabr 1999[3]) — Azərbaycanlı qadın futbolçu. Türkiyə Superliqasında çıxış edən "Ünye" klubunun və qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvüdür.[4] Əsasən yarımüdafiəçi kimi çıxış edir.[2]
Vüsalə Hacıyeva | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | [1] (25 yaş) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | azərbaycanlı | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | yarımüdəfiəçi [2] | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub | Ünye | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Nömrəsi | 77 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
Azərbaycan futbolunun yetirməsidir. O, Azərbaycanda "Tovuz",[5] "Təhsil",[6] "Sumqayıt"[7] və Qubek klublarında çıxış edib. Balakənin "Qubek" komandası ilə 2018/19 mövsümündə ölkə çempionatının gümüş mükafatçısı olub. Həmçinin həmən mövsümün ən yaxşı oyunçusu seçilib.[8]
2018-ci ilin yayında Rusiyanın "Torpedo" (İjevsk) klubuna keçib. Bu onun karyerasında ilk xarici klub olur. O, Rusiya Premyer Liqasında debüt matçını 4 avqust 2018-ci ildə, "Ryazan-VDV" klubuna qarşı baş tutan matçın 46-cı dəqiqəsində Kristina Fofanovanı əvəzləyərək, keçirir.[9] "Torpedo"da keçirdiyi ilk mövsümündə ümumilikdə iki oyun keçirib. 2019-cu ildə komandadan ayrılaraq mövsümünün ilk yarısını buraxır. Ancaq yayda təkrar İjevsk klubuna qayıdır. 16 avqust 2019-cu ildə "Torpedo"nun "Çertanovo" klubu ilə baş tutmuş matşında o, Rusiya çempionatlarında ilk qolunu vurur.[10]
2021 və 2022-ci illərdə İrlandiyanın "Peamount United F. C." və Gürcüstanın "FC Samegrelo Chkhorotsku" klublarında çıxış edir.[11][12]
2021-ci ilin dekabrında Hacıyeva Türkiyəyə gedir və 2021–22 Türkiyə Superliqasında oynamaq üçün Ankaranın "Fomget" klubuna qoşulur.[13]
2022–23 Türkiyə Super Liqası mövsümündə "Hatayspor"a transfer olur.[14] Mövsümün ikinci yarısında Diyarbəkirin "Amed" klubuna yollanır.[14] O, mövsüm ərzində ümumilikdə 27 oyunda meydana çıxır və 1 qol vurur.
2024-cü ilin avqust ayının sonunda vətənə qayıdır. Ancaq az sonra təkrar Türkiyəyə dönür və Super Liqaya yeni yüksələn Ordunun "Ünye" klubuna qoşulur.[14]
Vüsalə Hacıyeva Azərbaycan millisinin üzvüdür.[2] Onun Milli komandalara ilk dəvəti, 2014-cü ildə, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası olub.[5] O, milli komandalarda 17-dən çox beynəlxalq matçda çıxış edib.