Vəfa Əliseyran qızı Zeynalova (Rzayeva) (4 oktyabr 1975, Bakı) — Azərbaycan teatr və kino aktrisası,[2] Azərbaycanın əməkdar artisti.
Vəfa Zeynalova | |
---|---|
Doğum tarixi | 4 oktyabr 1975(1975-10-04) (49 yaş) |
Doğum yeri | |
Həyat yoldaşı | Samir Rzayev[1] |
Uşaqları |
Səbinə Rzayeva Lalə Rzayeva |
Fəaliyyəti | aktrisa |
Fəaliyyət illəri | 1996-cı ildən |
Təhsili | |
Mükafatları |
![]() |
IMDb | ID2928198 |
Vəfa Zeynalova 4 oktyabr 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirmişdir. 1996-cı ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilmişdir.
Vəfa Zeynalova Azərbaycan Dövlət televiziyasında hazırlanan bir çox teletamaşalarda müxtəlif obrazlar yaratmışdır.
O, 20 iyun 2011-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir.[3]
Ailəlidir, əkiz qızları var.
10 may 2022-ci ildə[4], 6 may 2023-cü ildə[5] və 9 may 2024-cü ildə[6] Prezident Mükafatına layiq görülmüşdür.