Vəhşi ov — german-skandinav mifologiyasında sürü halında olan bir qrup xəyali atlı ovçu. Bu ovçular elflər, pərilər və ya ruhlar ola bilərlər.[1][2] Ovun rəhbəri adətən Odin ilə bağlı adlı bir fiqur olur,[3] ancaq bəzi hallarda Böyük Teodrix, Danimarka kralı IV Valdemar Atterdaq, Uels mifik tanrısı Qvin ap Nudd kimi tarixi və ya əfsanəvi şəxsiyyətlər, eləcə də İrod Antipa, Kabil, Cəbrayıl və Şeytan kimi Bibliyada olan varlıqlar da ola bilər.
Vəhşi ov müharibə və vəba kimi faciələrin əlaməti hesab edilirdi.[4] Ova şahid olan insanlar oğurlanaraq cəhənnəmə və ya pəri diyarına aparılırdı.[5] Bəzi yerlərdə insanların ruhlarının kavalkada qoşulmaq üçün yatdıqları yerdə götürüləcəyinə inanılırdı.[6]
Alman folkloru əsasında aparılan müqayisəli yanaşmaya əsaslanaraq, hadisəyə adətən "Wilde Jagd" (azərb. Vəhşi ov/təqib) və ya "Wildes Heer" (azərb. Vəhşi ordu) deyilir. Hadisənin "Vəhşi ordu" və ya "Qəzəbli ordu" adlandırıldığı Almaniyada onun liderinə müxtəlif kimliklər verilmişdi. Bunlara Vodan, Krampus, Perxta və Çovğun xanım (alm. Frau Holle) aiddir. Vəhşi ov orta əsrlərdən sonrakı folklorda da öz əksini tapır.
Bu hadisə İngiltərədə "Herlaþing" (azərb. Herlanın yığıncağı), "Woden's Hunt" (azərb. Vodenin ovu), "Herod's Hunt (azərb. Herodun ovu) və ya "Cain's Hunt" (azərb. Cəbrayılın ovu),[7] Kornuallda "The Devil's Dandy Dogs" (azərb. Şeytanın məlaikə itləri),[8] Şimali İngiltərədə "Gabriel's Hounds" (azərb. Cəbrayılın köpəkləri),[9][10][11] Şimali Amerikada isə "Ghost Riders" (azərb. Ruh süvariləri) adlandırılırdı.[12] Uelsdə buna oxşar bir hadisəyə "Cŵn Annwn" (azərb. Annunun köpəkləri) deyərdilər.
Vəhşi ov Skandinaviyada "Oskoreia" (azərb. Qışqırtılı süvarilər), "Asgårdsreia" (azərb. Asqard gəzintisi),[a] "Odens jakt" (azərb. Odinin ovu) və ya "Vilda jakten" (azərb. Vəhşi ov) olaraq tanınırdı.
Hadisə Fransanın şimalında "Mesnée d'Hellequin" (azərb. Arlekin ailəsi),[b] Kanadada "Chasse-galerie" kimi bilinirdi. Hadisə Qərbi slavyan Mərkəzi Avropasında "Divoký hon", "Dziki Gon", "Dziki Łów", "Divja Jaga" (azərb. Vəhşi ov) və ya "Štvaní" (azərb. Qısqı) adlandırılırdı.
Eyni folk mifinin başqa variasiyaları İtaliyada "Caccia Morta" (azərb. Ölü ovu), "Caccia infernale" (azərb. Dözülməz ov) və "Caccia selvaggia" (azərb. Vəhşi ov), Qalisiyada "Estantiga" (azərb. Qədim ordu), Leonda isə "Hueste de Ánimas" (azərb. Ruh qoşunları) adlandırılırdı.
Peter Nikolay Arbonun 1872-ci ildə çəkdiyi "Åsgårdsreien" əsəri Vəhşi ovun Skandinaviya versiyasını təsvir edir. Burada Odin ovun rəhbəridir.[13]
Vəhşi ov "Marvel Comics" brendinə aid olan Tor seriyasında da görünür. Burada onun rəhbəri Lənətlənmiş Malekitdir.
Vəhşi ovun elementləri Andrey Sapkovskinin "Cadugər" adlı fantastik roman seriyasında mövcuddur. "CD Projekt Red" tərəfindən istehsal olunmuş və 2015-ci ildə satışa çıxarılmış "The Witcher 3: Wild Hunt" oyununun süjetinin əsas hissəsi Vəhşi ovdan bəhs edir.[14]
Vəhşi ov "The Elder Scrolls" rol video oyunu seriyasında Bosmer (odun elfləri) tərəfindən uğur əldə etmək üçün müharibədən əvvəl tətbiq olunan bir mərasimdir. Elflər dəhşətli varlıqlardan ibarət bir orduya çevrilir və önünə çıxan hər kəsi öldürür. Daedrik lord Hirsin də Vəhşi ovdan ilhamlanaraq yaradılmışdır.[15]
Vəhşi ov "Magic: The Gathering" stolüstü oyununda iki fərqli kartda təsvir olunmuşdur.
In the Middle Ages the wild hunt was also called Cain's hunt, Cain being another progenitor of the Wandering Jew
"He oftentimes will start,
For overhead are sweeping Gabriel's Hounds,
Doomed, with their impious lord, the flying hart
To chase for ever through aerial grounds."
Gabriel's hounds are wild geese, so called because their sound in flight is like a pack of hounds in full cry
The skull-faced Wild Hunt are derived from the European folk villains of the same name.
Vikianbarda Vəhşi ov ilə əlaqəli mediafayllar var. |