. Love.az

Veli Xidirov - Wikipedia - Love.az

Ana Səhifə - Veli Xidirov

Xidirov Vəli Sərxan oğlu — dilçi-qafqazşünas.

Vəli Xidirov
Vəli Sərxan oğlu Xidirov
Doğum tarixi 1936
Doğum yeri Azərbaycan Azərbaycan SSR, Xaçmaz, Palçıqoba
Vəfat tarixi 2010
Vəfat yeri Azərbaycan Azərbaycan
Təhsili
  • Bakı Slavyan Universiteti
Fəaliyyəti dilçi

Mündəricat

  • 1 Həyatı
  • 2 Tədqiqat obyekti
  • 3 Həmçinin bax
  • 4 İstinadlar

Həyatı

redaktə

Vəli Xidirov 1936-cı ildə Xaçmaz rayonunun Palçıqoba kəndində anadan olub. 1957-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və ədəbiyyatı İnstitutunu (indiki Bakı Slavyan Universitetini) bitirb. 1964-cü ildə SSRİ Elmlər Akademiyasının Dilçilik İnstitutunun aspiranturasında təhsilini başa vuraraq Qafqaz dilləri üzrə məşhur dilçi Y.D. Deşeriyevin rəhbərliyi altında Qrız dilində feilin qrammatik kateqoriyaları üzrə namizədlik dissertasiyası müdafiə edib. 1962-ci ildən ali təhsil aldığı təhsil ocağında işləyib. 1972-1982-ci illərdə həmin institutun ümumi və rus dilçiliyi kafedrasının müdiri vəzifəsində çalışıb.

Tədqiqat obyekti

redaktə

Vəli Xidirov tədqiqatlarında Qrız dilində feilin qrammatik kateqoriyalarının digər ləzgi dillərindəki feil kateqoriyaları ilə müqayisəli təhlilini aparmışdır. Onun çoxsaylı məqalələri arasında ləzgi dilləri qrupuna daxil olan ləzgi, rutul, buduq, xınalıq dilləri ilə bağlı araşdırmaları var. Müasir Qrız dili və digər ləzgi dillərinin qrammatikası üzrə çoxsaylı məqalələr və 2007-ci ildə işıq üzü görən "Qrız dilində feil" (rus. "Глагол в крызском языке") kitabının müəllifidir. Kitabda Qrız dili və digər ləzgi dilləri haqda müqayisəli tipoloji təhlillər əasasında üzə çıxarılan zəngin faktiki materiallar əks olunub.

Həmçinin bax

redaktə
  • Qrız
  • Qrızlılar

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vəli_Xidirov&oldid=5866167"
LOVE.AZ