. Love.az

Velixan Qarayev - Wikipedia - Love.az

Ana Səhifə - Velixan Qarayev

Vəlixan Qarayev (tam adı: Qarayev Vəlixan Novruz oğlu; 8 iyun 1960) — tibb elmləri doktoru.[1] İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi "Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyi" publik hüquqi şəxsin "Şamaxı Müalicə Diaqnostika Mərkəzi" publik hüquqi şəxsində Direktor vəzifəsində çalışır.

Vəlixan Qarayev
Qarayev Vəlixan Novruz oğlu
Doğum tarixi 8 iyun 1960 (64 yaş)
Vətəndaşlığı SSRİ SSRİ→
Rusiya Rusiya
Milliyyəti azərbaycanlı
İxtisası müalicə işi
Təhsili N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu
Elmi dərəcəsi
  • tibb elmləri doktoru

Mündəricat

  • 1 Həyatı
  • 2 Karyerası
  • 3 Elmi fəaliyyəti
  • 4 Mükafatları
  • 5 Ailəsi
  • 6 İstinadlar
  • 7 Müəllif hüquqları

Həyatı

redaktə

Vəlixan Qarayev 8 iyun 1960-cı ildə anadan olmuşdur.

Karyerası

redaktə

1985-ci ildə N. Nərmanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə işi fakültəsini bitirmişdir. 1985–1986-cı illərdə Saratov Tibb İnstitutunun "Cərrahiyyə" kafedrasında internaturanı həkim cərrah ixtisası üzrə bitirmişdir.

1987-ci ildən 1996-cı ilədək Kazan şəhərində 7 saylı klinik şəhər xəstəxanasının cərrahiyyə şöbəsində — Həkimləri Təkmilləşdirmə Akademiyasının "Ümumi və təcili cərrahiyyə" kafedrasının bazasında cərrah vəzifəsində çalışmışdır.

1996-cı ildən 2000-ci ilədək RF FSX-nın Nijni Novqorod şəhəri Hərbi Tibbi İnstitutunun "Cərrahi xəstəliklər" kafedrasında müəllim işləmişdir.

2000-ci ildən 2011-ci ilədək Kazan şəhərində 7 saylı klinik şəhər xəstəxanasının cərrahiyyə şöbəsində — Həkimləri Təkmilləşdirmə Akademiyasının "Ümumi və təcili cərrahiyyə" kafedrasının bazasında həkim-cərrah kimi çalışıb və şöbə müdiri vəzifəsini əvəz edib. Mütəmadi olaraq Həkimləri Təkmilləşdirmə Akademiyasının "Ümumi və təcili cərrahiyyə" kafedrası ilə elmi-praktik əməkdaşlıq edib.

2011-ci ildən 2012-ci ilədək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şamaxı Müalicə Diaqnostika Mərkəzi cərrahiyyə şöbəsinin müdiri vəzifəsində çalışıb. 2012-ci ildən 01.01.2020-ci ilədək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şamaxı Müalicə Diaqnostika Mərkəzinin Baş həkimi, 01.01.2020-ci ildən indiyədək Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi "Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyi" publik hüquqi şəxsin "Şamaxı Müalicə Diaqnostika Mərkəzi" publik hüquqi şəxsində Direktor vəzifəsində çalışır.[2].

Elmi fəaliyyəti

redaktə

1999-cu ildə namizədlik dissertasiyasını, 2009-cu ildə doktorluq dissertasiyasını müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsini almışdır.

1998-ci ildən ali dərəcəli həkim-cərrahdır. Qarın və döş boşluğları orqanlarında, ətraflarda, damarlarda təcili və planlı cərrahi əlaməliyyatları açıq və endoskopik üsullarla tam həcmdə yerinə yetirir.

49 elmi işin, 1 monoqrafiyanın, 17 ixtira və 5 tədris vəsaitinin müəllifidir.

Mükafatları

redaktə
  •   Rusiya Federasiyasının FSX I dərəcəli diplomu (ixtira və rasionalizatorluq işinə görə) (26 may 2000).
  •   Rusiya Federasiyasının FSX Fəxri Fərmanı (1999).
  •   Rusiya Federasiyasının Tatarıstan Respublikası Dövlət Şurasının Fəxri Fərmanı.

Ailəsi

redaktə

Ailəlidir, bir oğlu və bir qızı var.

İstinadlar

redaktə
  1. ↑ Рауф Гараев: "За бой в тюрьме я заработал 1200 долларов. На воле лишь однажды было больше" Arxivləşdirilib 2016-03-07 at the Wayback Machine. business-gazeta.ru  (rus.)
  2. ↑ Şamaxı rayon İcra Hakimiyyəti başçısının yanında şuranın iclası keçirilmişdir. shamaxi-ih.gov.az, 04.04.2014  (az.)

Müəllif hüquqları

redaktə
  • : [email protected] (Simral Mahmudov)
  • Facebook profili
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vəlixan_Qarayev&oldid=7408837"
LOVE.AZ