Vəsilə Hacıyeva (Vəsilə Cümşüd qızı Hacıyeva; 12 aprel 1969, Bakı) — siyasi elmlər üzrə elmlər doktoru, professor.[1]
Vəsilə Hacıyeva | |
---|---|
Vəsilə Cümşüd qızı Hacıyeva | |
![]() | |
Doğum tarixi | (56 yaş) |
Doğum yeri |
Bakı şəhəri Azərbaycan SSR |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Cümşüd Hacıyev (Türkel) |
Anası | Şövqiyyə Hacıyeva |
Elm sahəsi | Siyasi elmlər |
Elmi dərəcələri | Siyasi elmlər üzrə elmlər doktoru, Dövlət İdarəçilik Akademiyası |
Elmi adı | Professor |
Təhsili | Mühəndis-sistemotexnik, Azərbaycan Texniki Universiteti |
Elmi rəhbəri | Prof. Cəmil Əhmədli |
Vəsilə Hacıyeva 12 aprel 1969-cu ildə Bakı şəhərində müəllim ailəsində doğulmuşdur.
Atası - Cümşüd Hüseyn oğlu Hacıyev (Türkel) 1936-cı ildə Borçalı mahalının Sarvan (Gürcüstan Respublikasının Marneuli) bölgəsində Hüseyn Məhəmməd ağa oğlu Hacıoğlu və Məşədi Şahval Seyyid Əskər ağa qızı Hacıseyyidlinin (Şahvalın anası Məşədi Faxransa Tiflisin Topçiyevlər nəslindən olmuş və bu nəslin nümayəndələri həm də Topçubaşov soyadını daşımışlar) övladı olaraq dünyaya gəlmiş, 1950-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya Fakültəsində tələbə olarkən tələbə dissident hərəkatının, 1980-ci illərin sonu və 90-cı illərin əvvəlində Milli Azadlıq Hərəkatının fəal iştirakçısı, öncə Birlik Partiyasının ideoloqu və qurucusu, daha sonra isə Türk Dünyası Birliyi Partiyasının qurucusu və lideri olmuşdur. 11 noyabr 2004-cü ildə vəfat etmişdir.
Anası - Şövqiyyə Məhyəddin qızı Hacıyeva 1943-cü ildə Ağdaş şəhərində müəllim ailəsində, 1920-ci illərdə bolşevik hakimiyyəti tərəfindən repressiya və təqibə məruz qalaraq Zərdab rayonundan qaçıb "səsikəsiklər" (qolçomaq) ünvanı qazanmış Məhyəddin Zakir ağa oğlu Kərimov və Yaxşıxanım Alı qızı İsmayılovanın ailəsində anadan olmuşdur, riyaziyyat müəllimi idi. 03 sentyabr 2024-cü ildə vəfat edib.
Orta təhsilinə Bakı şəhərindəki 260 saylı orta məktəbdə başlamış və 1986-cı ildə 171 saylı orta məktəbi bitirmişdir.
1991-ci ildə Azərbaycan Texniki Universitetinin Avtomatika və Hesablama Texnikası Fakültəsini "Elektron Hesablama Maşınları" ixtisası üzrə bitirərək mühəndis-sistemotexnik ixtisasına yiyələnmişdir.
1-15 may, 2019. Akdeniz Universiteti, Antalya. Türkiyə. İqtisadi və idarəetmə elmləri fakültəsində “Siyasət nəzəriyyəsi II”, “Regional siyasət” və “Post-Sovet idarəçiliyi transformasiyası” fənləri üzrə mühazirələr, həmçinin universitetin müəllim və tədqiqatçıları üçün “Liberal demokratiyanın tətbiqi problemlərinə çoxmüstəvili baxış” mövzusunda elmi seminar.
Lokal koordinator. Erasmus Mundus 2013. Partnership title: “Education Force: Driving Mobility for EU - East Europe cooperation”.[14]
1-5 iyun 2015. Viana do Castelo Politexnik İnstitutu. Viana do Castelo. Portuqaliya. Avropa İttifaqına üzv ölkələrin ali təhsil müəssisələrinin beynəlxalq həftəsi.
Siyasət nəzəriyyəsi, kompleks sistemlər, siyasi hakimiyyət nəzəriyyəsi, demokratiya nəzəriyyəsi, beynəlxalq münasibətlər və dünya siyasəti
Azərbaycan Respublikasının Milli Məclisinə 09 fevral 2020-ci il tarixinə təyin olunmuş növbədənkənar parlament seçkilərinə yaşadığı 34 saylı Xətai ikinci dairəsindən müstəqil namizədliyi MSK tərəfindən təsdiqləndi. [29] Arxivləşdirilib 2020-02-29 at the Wayback Machine Həmin dairədən hakim partiya YAP altı çağırış deputat olmuş Mixail Zabelini namizədi kimi irəli sürdü. Vəsilə Hacıyeva ictimaiyyət tərəfindən Mixail Zabelinin əsas rəqibi kimi qəbul olundu. [30], [31], [32]
10 fevral 2020-ci il tarixində Vəsilə Hacıyeva seçki günü seçicilərin seçki hüququnu pozmaqla total saxtakarlıqlar aparılaraq Mixail Zabelinin qalib edilməsi ilə bağlı faktlarla ictimaiyyətə müraciət etdi. [33], [34] 12 fevral 2020-ci il tarixində 34 saylı Xətai ikinci dairəsinin ləğvi tələbi ilə Mərkəzi Seçki Komissiyasına (MSK) şikayətini təqdim etdi. MSK 17 fevral 2020-ci il tarixində keçirdiyi iclasda sadəcə 7 məntəqənin (1, 2, 3, 4, 18, 30, 35) nəticələrinin ləğvi qərarı ilə dairənin ləğvinin qarşısını aldı. [35], [36]; [37] Vəsilə Hacıyeva 20 fevral 2020-ci il tarixində MSK-nın qərarından şikayəti ehtiva edən iddia ərizəsi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etdi. Bakı Apelyasiya Məhkəməsi 22 fevral 2020-ci il tarixli iclasının qərarı ilə mübahisəni MSK-nın xeyrinə həll edərək iddianı təmin etmədi.[38]