VI Mitridat Evpator[2][3] (həmçinin Yevpator;[4] yun. Μιθραδάτης; e.ə. 134 və ya e.ə. 132[1], Sinop, Pont çarlığı – e.ə. 63, Bosfor dövləti) — Pont çarı (e.ə. 120–63).
VI Mitridat Evpator | |
---|---|
q.yun. Μιθραδάτης Στ' Εὐπάτωρ | |
![]() | |
Pont çarı | |
e.ə. 120 – 63 | |
Əvvəlki | V Mitridat |
Sonrakı | II Farnak |
Şəxsi məlumatlar | |
Doğum tarixi | e.ə. 134 və ya e.ə. 132[1] |
Doğum yeri | |
Vəfat tarixi | e.ə. 63 |
Vəfat yeri | |
Fəaliyyəti | hərbi lider[d] |
Uşaqları | |
![]() |
Mitridat mənası "Mitra tərəfindən verilmiş" olan farsların "Mihrdat" adının yunanca yazılışıdır. Mitra qədim İran günəş tanrısının adıdır.[5] Adın özü qədim İran Miθra-dāta- sözündəndir.[6]
VI Mitridat e.ə. 130-cu ildə anadan olmuş, e.ə. 120-cu ildə Pont taxtına çıxmışdır. O, e.ə. 107-cü ildə Savmakın üsyanını yatırdıqdan sonra Bospor dövlətini, Qara dəniz sahilindəki bütün yunan şəhərlərini, həmçinin Kiçik Ermənistanı və Kolxidanı özünə tabe etmişdir. VI Mitridat Kappadokiya, Qalatiya və Vifiniyanı ələ keçirmək məqsədi ilə Romaya qarşı müharibələr aparmışdır (e.ə. 90–84, 83–81, 74–63), lakin darmadağın edilmiş, özünü öldürmüşdür.[3]