Vadi Ram (ərəb. وادي رم) və ya Ay vadisi (ərəb. وادي القمر) — İordaniyanın Akaba mühafazasının 60 km şərqində yerləşən vadi və səhra. Vadi Ram İordaniyanın ən böyük vadisidir.[1] "Ram" sözü Arami dilində "yüksək" və ya "qalxaq" deməkdir.[2] Adının arami tələffüzü ilə olan əlaqəsini əks etdirmək üçün arxeoloqlar Ram vadisi yox, Vadi Ramm adından istifadə edirlər.
Vadi Ram | |
---|---|
ərəb. وادي رم | |
![]() | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 1.750 m |
Sahəsi | 720 km² |
Uzunluğu |
|
Yerləşməsi | |
29°35′35″ şm. e. 35°25′12″ ş. u.HGYO | |
Ölkə |
![]() |
Vilayət |
|
Rəsmi adı | ing. Wadi Rum Protected Area |
Tipi | Təbii |
Kriteriya | i, iii, iv |
Tarixi | 2011 (12-ci sessiya) |
İstinad nöm. | 1377 |
Region | Ərəb ölkələri |
![]() |
Vadi Ram qədim dövrlərdən başlayaraq müxtəlif mədəniyyətlər tərəfindən məskunlaşdırılmışdır. Bu mədəniyyətlərdən biri olan nəbatilər burada qayaüstü rəsmlər, graffitilər və məbədlər yaratmışlar.
Qərbdə bu vadi Ərəbistanlı Lourensin Ərəb üsyanı (1917–1918) dövründə buradan bir neçə dəfə keçməsi ilə tanınır.[3] 1980-ci illərdə vadidəki qaya quruluşlarından biri Lourensin müharibənin sonlarında yazdığı eyniadlı kitabın şərəfinə "Müdrikliyin yeddi sütunu" adlandırılmışdır, lakin bu kitabda Ramla bağlı heç bir şey yoxdur.
Ərazi Vadi Ramın əsas vadisində cəmlənmişdir. İordaniyanın ən hündür nöqtəsi olan 1,840 metrlik Cəbəl Umm ad Dami Vadi Ram kəndinin 30 km cənubunda yerləşir.[4] Bu kənd Ramdan olan Zalabiya bədəvisi Difallah Ateeq tərəfindən məskunlaşılmışdır. Aydın və təmiz havada buradan Səudiyyə Ərəbistanı ilə olan sərhədi və Qırmızı dənizi görmək mümkündür.
İordaniyanın və mərkəzi Ramın ən hündür ikinci zirvəsi olan Cəbəl Ram (dəniz səviyyəsindən 1.734 metr) Ram vadisində yerləşir və qarşısında yerləşən Cəbəl um İşrin ondan cəmi 1 metr alçaqdır.
Vadi Ramda yerləşən Xəzəli kanyonunda mağara divarında Tamidik dövrünə aid olduğunu düşünülən insan və antilop petroqlifləri aşkarlanmışdır. Vadi Ram qəsəbəsində hal-hazırda bir neçə yüz bədəvi yaşayır. Onların bir qız və bir oğlan məktəbi, bir neçə mağazası, dördtəkərli nəqliyyat vasitələri vardır.[5]
Son dövrlərdə Geof Lauton Vadi Ramda permakultura ekosisteminin qurulması sahəsində uğur əldə etmişdir.[6]
Vadi Ramda bir çox filmin çəkilişində istifadə olunmuşdur. Film istehsalçıları bu yerdən xüsusilə Mars mövzusundakı filmlərin çəkilişində istifadə edirlər.[7]
Mett Damon Vadi Ram haqqında deyir:[13]
Mən bu yerə pərəstiş edirəm, bura, doğrudan da, xüsusi yerdir. Bura mənim həyatımda gördüyüm ən gözəl və heyranedici yerlərdən biridir və bura indiyə qədər Yerdə gördüyüm yerlərin heç birinə bənzəmir. |