. Love.az

Valentin Qlusko - Wikipedia - Love.az

Ana Səhifə - Valentin Qlusko

Valentin Petroviç Qluşko (rus. Валенти́н Петро́вич Глушко́; ukr. Валентин Петрович Глушко, Valentın Petrovıç Hluşko; 20 avqust (2 sentyabr) 1908[1], Odessa, Xerson quberniyası – 10 yanvar 1989[2], Moskva, RSFSR, SSRİ) — raket-kosmik texnikası sahəsində ixtisaslaşmış SSRİ mühəndisi və alimi. O, raket-kosmik texnikasının pionerlərindən biri, SSRİ-də maye yanacaqlı raket mühərriki istehsalının banisi olmuşdur.

Valentin Qluşko
rus. Валентин Петрович Глушко
Rusiyanın poçt markası. 2008-ci il.
Rusiyanın poçt markası. 2008-ci il.
Doğum tarixi 20 avqust (2 sentyabr) 1908[1]
Doğum yeri
  • Odessa, Odessa qəzası[d], Xerson quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 10 yanvar 1989(1989-01-10)[2] (80 yaşında)
Vəfat yeri
  • Moskva, RSFSR, SSRİ
Vəfat səbəbi ateroskleroz[d]
Dəfn yeri
  • Novodeviçye qəbiristanlığı
Milliyyəti ukraynalı
Həyat yoldaşı
  • Susanna Georgiyevskaya[d] (1927–1930)
Elm sahələri raket-kosmik texnika[d]
Elmi dərəcəsi
  • texnika elmləri doktoru (1957)
Elmi adı SSRİ Elmlər Akademiyasının akademiki (1958)
İş yerləri
  • Enerqomaş RKK[d],
  • "Enerji" RKK[d],
  • P. F. Lesqaft adına Təbiət Elmləri İnstitutu[d],
  • Qazdinamik Laboratoriya[d] (1929–),
  • Jukovski adına Hərbi Hava Akademiyası (1933–1934),
  • Tuşino Maşınqayırma Zavodu[d] (–1940),
  • A.N.Tupolev adına Kazan Milli Tədqiqat Texniki Universiteti (1945–)
Təhsili
  • Leninqrad Dövlət Universiteti (1925–)
Üzvlüyü
  • SSRİ Elmlər Akademiyası,
  • SSRİ Elmlər Akademiyası (1953–),
  • Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi
Mükafatları Sosialist Əməyi Qəhrəmanı — 1956 Sosialist Əməyi Qəhrəmanı — 1961
"Lenin" ordeni — 1956 "Lenin" ordeni — 1958 "Lenin" ordeni — 1968 "Lenin" ordeni — 1975 "Lenin" ordeni — 1978 "Oktyabr inqilabı" ordeni — 1971 "Qırmızı əmək bayrağı" ordeni — 1945 "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı — 1970 "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı — 1975 "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı — 1985 "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı — 1945 "Əmək veteranı" medalı — 1984 "Moskvanın 800 illik xatirəsinə" ordeni — 1948
"Lenin" mükafatı — 1957 SSRİ Dövlət mükafatı — 1967 SSRİ Dövlət mükafatı — 1984 Kazan şəhərinin fəxri vətəndaşı (Rusiya) — 1987
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qluşko kosmik sistemlərin baş konstruktoru (1974-cü ildən), "Enerji — Buran" çoxdəfəlik raket-kosmik kompleksinin baş konstruktoru, SSRİ Elmlər Akademiyasının akademiki (1958; 1953-cü ildən müxbir üzv), "Lenin" mükafatı laureatı, iki dəfə SSRİ Dövlət mükafatı laureatı, iki dəfə Sosialist Əməyi Qəhrəmanı (1956, 1961) olmuşdur. O, SSRİ KP MK üzvü (1976–1989) idi.

1929–1934-cü illərdə QDL — OKB-yə rəhbərlik etmiş, onun rəhbərliyi altında dünyada ilk elektrotermik raket mühərrikinin təcrübi nümunələri, 1930-cu ildən isə çox sayda maye yanacaqlı raket mühərrikləri (MRM) yaradılmışdır. Valentin Qluşkonun konstruksiyası olan güclü MRM-lər SSRİ daşıyıcı raketlərin əksər birinci və ikinci pillələrində, eləcə də bir çox hərbi raketlərdə quraşdırılmışdır. Onlar SSRİ-nin ilk Yer süni peyklərinin orbitə çıxarılmasını, Yuri Qaqarinin və digər sovet kosmonavtlarının uçuşlarını, Ay və Günəş sisteminin planetlərinə avtomatik planetlərarası stansiyaların buraxılışını təmin etmişdir. 1974–1989-cu illərdə "Enerji" RKK-nin baş konstruktoru olaraq və Baş Konstruktorlar Şurasının sədri kimi, SSRİ pilotlu kosmonavtika ilə bağlı əsas layihələr üzrə çoxsaylı müəssisə və təşkilatların işlərinə ümumi rəhbərliyi həyata keçirmişdir.

Mündəricat

  • 1 Həyatı
    • 1.1 Təhsili
    • 1.2 QDL və RETİ-də
    • 1.3 Həbs edilməsi
    • 1.4 OKB-RD-də
    • 1.5 Raket sənayesinin yaradılması
    • 1.6 Kosmosun tədqiqi
    • 1.7 "Enerji" RKK-də
  • 2 Ailəsi
  • 3 Şəxsiyyəti
  • 4 Təltif və mükafatlar
  • 5 Mirası
  • 6 Kinematoqrafiyada
  • 7 Elmi işləri
    • 7.1 Redaktoru olduğu əsərlər
  • 8 Qeydlər
  • 9 Mənbə
    • 9.1 İstinadlar
    • 9.2 Ədəbiyyat
  • 10 Xarici keçidlər

Həyatı

redaktə

Təhsili

redaktə
 
Valentin Qluşko Ukraynanın poçt markasında. 2003-cü il.

Valentin Qluşko 20 avqust (2 sentyabr) 1908-ci ildə Odessada, xidmətçi Pyotr Qluşkonun ailəsində anadan olmuşdur. Uşaqlıqda musiqiyə, rəssamlığa və xarici dillərin öyrənilməsinə qabiliyyət göstərmişdir.[3] 1919-cu ildə Odessa Müqəddəs Pavel realnı nəktəbinə qəbul edilmişdir (sonradan bu məktəb Lev Trotski adına "Metall" IV peşə-texniki məktəbi adlandırılmışdır). Məktəbdə oxuyan zaman (1920–1922-ci illər) eyni zamanda professor Pyotr Stolyarskinin rəhbərliyi ilə konservatoriyada skripka sinfində təhsil almış, daha sonra isə Odessa Musiqi Akademiyasına köçürülmüşdür.[4] Həmin illərdə Odessa Rus Dünyaşünaslıq Sevənlər Cəmiyyətinin (RDSC) şöbəsində Dünyaşünaslıq Həvəskarları Dərnəyinin Rəhbərliyini etmişdir. 1924-cü ildə bu təşkilatın 120 üzvü var idi.[3]

1921-ci ilin yazında Jül Vernin bir neçə romanını oxumuşdur. Xüsusilə "Yerdən Aya" və "Ayın ətrafında" romanları onda dərin təəssürat yaratmış, bundan sonra astronomiya ilə bağlı kitabları – xüsusən Kamil Flammarion və Herman Kleynin yazdığı əsərləri öyrənməyə başlamışdır.[5]

1923–1930-cu illərdə Konstantin Siolkovski ilə məktublaşmışdır.[4] 1924-cü ilin martında məktəbli Valentin Qluşko Siolkovskiyə yazmışdır: "(…) planetlərarası əlaqələr mənim idealım və həyatımın məqsədidir, bu böyük işə həyatımı həsr etmək istəyirəm". Qluşko bu vədinə bütün həyatı boyu sadiq qalmışdır.[6]

1924-cü ildə peşə-texniki məktəbi bitirərək diplom alır və eyni il özünün "Planetlərin istismarı problemi" adlı kitabının ilk redaksiyasını tamamlayır; dövri nəşrlərdə kosmik uçuşlara həsr olunmuş elmi-populyar məqalələri dərc olunur: "Yerin Ayı fəth etməsi" (1924), "Yerdən kənar stansiya" (1926) və s.[7]

1925-ci ildə Ukrayna SSR Xalq Təhsil Komissarlığının göndərişi ilə Leninqrad Dövlət Universitetində təhsil almağa göndərilmişdir.[4] Təhsil aldığı dövrdə eyni zamanda P. F. Lesqaft adına Elmi İnstitutun emalatxanalarında fəhlə kimi çalışmış, 1927-ci ildə isə Leninqradın Baş Geodeziya İdarəsində geodeziyaçı kimi fəaliyyət göstərmişdir. 1929-cu ilin yazında diplom işi olaraq "Helioraketoplan" adlı planetlərarası gəmi layihəsini hazırlayır. Bu gəmi Günəş enerjisindən istifadə etməli idi. Yaranan elektrik cərəyanı mühərriklərin yanma kameralarına yönəldilirdi, burada güclü elektrik boşalmalarının təsiri ilə kameralara daxil olan işçi maddənin – bərk (metal tellər) və ya maye (civə və ya elektrokeçirici məhlullar) – termal partlayışı baş verirdi. Hesablamalar göstərmişdir ki, bu, kimyəvi reaksiyalara nisbətən işçi maddənin xeyli yüksək axın sürətini təmin edir. 18 aprel 1929-cu ildə bu işin üçüncü hissəsini, "Metal partlayıcı maddə kimi" adlı və raketoplanın elektrik raket mühərrikinə (ERM) həsr olunmuş hissəsini İxtiralar Komitəsinin şöbəsinə təqdim etmiş, bundan sonra ona bu mühərrikin praktiki reallaşdırılması üçün təcrübi işlərə başlamaq təklif olunmuşdur.[7][8]

Valentin Qluşko universiteti bitirməmişdir. Təqaüd almayan və təsadüfi qazanclarla yaşayan, birinci semestr üçün təhsil haqqını ödəyə bilməyən beşinci kurs tələbəsi Qluşko 1929-cu ilin fevralında, dövlət imtahanlarını verdikdən sonra LDU-dan xaric edilmişdir.[9]

QDL və RETİ-də

redaktə

15 may 1929-cu ildə Valentin Qluşko Qazdinamik Laboratoriyanın (QDL) ştatına qəbul edilmişdir. O dövrdə laboratoriyanı onun təsisçisi Nikolay Tixomirov idarə edirdi. Qluşko burada elektrik və maye yanacaqlı raket mühərrikləri və raketlərin hazırlanması üzrə bölməyə rəhbərlik etmişdir.[10] Sonradan Valentin Qluşko 1974-cü ilə qədər rəhbərlik etdiyi çoxsaylı layihə-konstruktor təşkilatlarını vahid bir təşkilatın inkişaf mərhələləri kimi qəbul edirdi ki, bu təşkilat kosmonavtika tarixinə QDL — OKB kimi daxil olmuşdur.[11][12][13] İndiki dövrdə onun varisi akademik Valentin Qluşko adına "Enerqomaş" RKK-dir.[14]

 
Muzeydə ERD, ORM (1931) və ORM-52 (1993) kəsiyi.
 
Kosmonavtika və Raket Texnikası Muzeyində RLA-1 raketi.

Qluşkonun rəhbərlik etdiyi bölmədə dünyada ilk elektrotermik raket mühərrikinin təcrübi nümunələri yaradılmış və 1930–1931-ci illərdə uğurla sınaqdan keçirilmişdir. Buna baxmayaraq, ERD-nin kosmonavtikada praktiki tətbiqi yalnız kosmik aparatın orbitə çıxarılmasından sonra mümkündür, buna görə də Qluşko 1930-cu ilin əvvəllərindən əsas diqqəti maye yanacaqlı raket mühərriklərinin (MYM) hazırlanmasına yönəltmişdir.[15] Bu mühərriklər üçün oksidləşdirici kimi azot tetroksid, maye oksigen, azot turşusu, yanacaq kimi isə toluol, benzin, kerosin və benzol təklif etmişdir. QDL-də Qluşkonun rəhbərliyi ilə ORM seriyalı MYM-lər hazırlanıb sınaqdan keçirilmişdir: ORM (1931-ci ilin yayında sınaqdan keçirilmiş), ORM-1 (həmin il sınaqdan keçirilmiş) və digər eyni seriyadan olan mühərriklər, o cümlədən 1933–1934-cü illərdə sınaqdan keçirilmiş azot turşusu-kerosin yanacağı istifadə edən ORM-50 (1500 N gücündə, RSTQ-nin 05 raketi üçün nəzərdə tutulmuşdur) və ORM-52 (3000 N gücündə, o dövrdə dünyada ən güclü MYM). ORM-52 mühərriki dəniz torpedaları, İ-4 təyyarəsi (köməkçi güc qurğusu kimi) və QDL-də layihələndirilmiş RLA-1, RLA-2, RLA-3 və RLA-100 raketləri üçün nəzərdə tutulmuşdur.[16][17]

ORM seriyalı mühərriklərin kameralarında Qluşko sirkonium dioksiddən hazırlanmış istiliyədavamlı keramik örtük tətbiq etmişdir ki, bu örtük sonradan raketqayırmada geniş istifadə olunmuşdur. 1933-cü ildən isə o, yanacağın komponent axını ilə kameranın daxili divarının qanadlı səthini yuyan daxili soyutma sistemindən də istifadə etmişdir.[18]

 
Bölmədə ORM-65 mühərriki.

21 sentyabr 1933-cü ildə Mixail Tuxaçevskinin imzaladığı SSRİ İnqilab Hərbi Şurasının əmri ilə QDL və Moskva RSTQ-nin birləşdirilməsi yolu ilə Qırmızı Ordu Reaktiv Elmi-Tədqiqat İnstitutunun (RETİ) yaradılması haqqında qərar qəbul edilmişdir (RETİ 1936-cı ilin sonunda ETİ-3 adlandırılmışdır).[19])[20] 3 yanvar 1934-cü ildə Valentin Qluşko və onun əməkdaşları MYM üzərində işlərini RETİ-də davam etdirmək üçün Moskvaya köçmüşdülər. Qluşko bu institutun 2 nömrəli şöbəsinin "Azot turşulu MYM" sektorunun rəhbəri təyin edilmişdir.[14]

Qluşkonun rəhbərliyi altında sektor 1934–1935-ci illərdə ORM-53 — ORM-64 eksperimental MYM-ləri hazırladı, 15 mart 1936-cı ildən azot turşusu-kerosin yanacağı ilə 1750 N gücündə ORM-65 MYM-si üzərində işlər aparılmışdıt. Bu mühərrik Sergey Korolyovun layihələndirdiyi RP-318 raketoplanı və 212 nömrəli qanadlı raket üçün nəzərdə tutulmuşdu. 5 noyabr 1936-cı ildə bu MYM rəsmi stend sınaqlarından keçmiş, 1937-ci ildə 212 raketinin (29 aprel) və RP-318 raketoplanının (16 dekabr) tərkibində ilk yerüstü atəş sınaqları keçirilmiş, 29 yanvar 1939-cu ildə isə 212 raketinin tərkibində ilk uçuş sınağı həyata keçirilmişdir.[14]

1933–1934-cü illərdə Valentin Qluşko RETİ-də işləməklə yanaşı, N. E. Jukovski adına Hərbi-Hava Mühəndislik Akademiyasında mühazirə kursları oxumuş, 1935-ci ildə Mərkəzi Osoaviaxim Şurasında mühəndislərin ixtisasartırma Reaktiv Kurslarının müdiri və müəllimi olmuşdur. 1935-ci ilin dekabrında Georgi Lanqemak və Valentin Qluşkonun redaktorluğu ilə "Raketlər: onların quruluşu və tətbiqi" kitabı nəşr olundu, 1936-cı ilin martında isə Qluşkonun "Reaktiv mühərriklər üçün maye yanacaq" əsəri çap edilmişdir. 1937-ci ildə Qluşko RETİ-nin "Raket texnikası" elmi məqalələr toplusunda 7 məqalə dərc etmişdir.[4][7]

Buna baxmayaraq, Qluşkonun fəaliyyəti uğursuzluqlarla üzləşməyə başlamışdır. Aprel ayında mühəndis Andrey Kostikov SSRİ KP MK-yə məktub göndərmiş, "əks-inqilabi trotskist diversiya-zərərverici dəstənin açılması"nın ETİ-3-dəki vəziyyətə "daha dərindən baxmağı" tələb etdiyini bildirmiş və burada "şübhə doğuran bir sıra əlamətlər"in olduğunu qeyd etmişdir. O, Qluşkonun maye yanacaqlı mühərriklər üzərində apardığı işləri kəskin tənqid etmiş, institut rəhbərlərinin – xüsusilə ETİ-3 direktoru İvan Kleymyonovun, onun müavini Georgi Lanqemakın və təcrübi istehsal rəhbəri G. G. Nadyojinin iş tərzindəki nöqsanlarda günahlandırmışdır. Kostikov oxşar bəyanatı ETİ-3-ün partiya komitəsinə də göndərmişdi. Hər iki bəyanat NKVD-yə ötürülmüşdü. Bundan sonra ETİ-3-də "partiya xətti" üzrə yoxlamalar başlamış, 2 noyabr 1937-ci ildə Kleymyonov və Lanqemak həbs edilmişdir.[21][22]

13 və 20 fevral 1938-ci ildə ETİ-3-də Mühəndis-Texniki Şuranın (MTS) büro iclasları keçirilmiş, burada "Valentin Qluşkonun zərərverici fəaliyyəti" və onun "xalq düşmənləri" Kleymyonov və Lanqemak ilə əlaqələri müzakirə olunmuşdur.[9] Büro Qluşkonu MTS-in tərkibindən çıxarmaq qərarına gəlmişdir. Sergey Korolyov da çətinliklərlə üzləşmişdir. O, 1 yanvar tarixində şöbə rəhbəri vəzifəsindən kənarlaşdırılmış, 1 iyun tarixində isə RP-318 raketoplanı üzərində işlər dayandırılmışdır.[23]

Həbs edilməsi

redaktə

23 mart 1938-ci ildə Valentin Qluşko həbs olunmuş və 1939-cu ilin avqustuna qədər istintaq altında saxlanılmışdır. O, NKVD-nin Lubyankada yerləşən daxili həbsxanasında və Butırka həbsxanasında saxlanılmışdır. İstintaq zamanı Qluşkoya dəfələrlə rezin dəyənəklər və qurğuşun izolyasiyalı naqillərdən hazırlanmış qamçılarla zərbələr endirilmişdir. Bir çox digər istintaq altındakılar kimi, o da guya antisovet təşkilatında iştirak etdiyini və müdafiə sənayesində zərərverici fəaliyyətlə məşğul olduğunu etiraf edən "səmimi etiraf" sənədini imzalamağa məcbur edilmişdir.[24][a]

Bu arada, ETİ-3-də hazırlanmış və 20 iyul 1938-ci ildə A. Q. Kostikov, L. S. Duşkin, A. N. Dedov və M. P. Kalyanova tərəfindən imzalanmış texniki ekspertiza aktı ortaya çıxmışdır. Bu akt 38 səhifədə Valentin Qluşko və S. P. Korolyovun "zərərverici fəaliyyəti" haqqında ətraflı məlumatları özündə əks etdirirdi.[26][27] Sonradan Duşkinin[28] Kostikovu təmizə çıxarmaq və onun Qluşko ilə Korolyova qarşı repressiyalardakı mənfi rolunu inkar etmək cəhdləri mənbələrdə öz təsdiqini tapmamışdır. Kostikovun SSRİ KP MK-yə və ETİ-3 partiya komitəsinə yazdığı məktubların mətnləri, MTS bürosunun materialları və qeyd olunan texniki ekspertiza aktı saxlanılmışdır.[22][26]

 
Xüsusi iclasdan çıxarış və hökm mətni.

15 avqust 1939-cu ildə Qluşko SSRİ NKVD yanında xüsusi iclasda RSFSR Cinayət Məcəlləsinin 58–7 və 58–11-ci maddələri ilə 8 il müddətinə islah-əmək düşərgəsinə məhkum edilmişdir, lakin sonradan texniki büroda işləmək üçün saxlanılmışdır.[22] O, 1940-cı ilə qədər NKVD-nin 4-cü xüsusi şöbəsinin konstruktor qrupunda (yəni, "şaraşka") 82 nömrəli Tuşino aviamotorqayırma zavodu (NKAP) işləmişdir.[22] Burada əvvəlcə sürətli dəniz torpedası üçün GG-3 qaz generatoru, daha sonra isə ikimühərrikli "S-100" qırıcı təyyarəsinin manevr qabiliyyətini artırmaq üçün nəzərdə tutulmuş köməkçi JRD qurğusunun layihəsini hazırlamışdır.[29][30]

1940-cı ilin payızında Qluşkonun qrupu 16 nömrəli Kazan aviasiya motorqayırma zavoduna köçürülmüşdür. O, burada nasoslu yanacaq təchizatı ilə təchiz edilmiş köməkçi təyyarə MYM-lərinin hazırlanmasına davam etmişdir.[30][31] Qrup 16 nömrəli zavodun ərazisində yerləşirdi, lakin zavodun direktoruna deyil, mühəndis-metallurq diplomuna malik olan NKVD-nin xüsusi KB rəhbəri, dövlət təhlükəsizliyi kapitanı V. A. Beketova tabe idi.[29][32] 1942-ci ilin fevralında qrupa həmçinin əvvəllər Aleksey Çaromskinin qrupunda turbokompressor üzərində işləyən məhbuslar və sərbəst işçilər daxil edilmişdir.[29][33]

1941-ci ilin payızından etibarən Kazan xüsusi həbsxanası rəsmi olaraq "SSRİ NKVD-nin 4-cü Xüsusi Şöbəsinin OKB-si, NKAP-ın 16 nömrəli zavodunda" (OKB-16) adlandırılmışdır. OKB-nin rəhbəri Beketov olmuşdur. Bu xüsusi türmə tipli KB rəsmi olaraq yalnız 1942-ci ilin yanvarında SSRİ Aviasiya Sənayesi Xalq Komissarlığının əmri ilə təsdiq edildi. Həmin vaxt OKB-16-nın strukturunda hər bir tematik layihə üzrə müəyyən işçi heyəti ilə konstruktor büroları yaradılmışdır: KB-1 (baş konstruktor B. S. Steçkin) və KB-2 (baş konstruktor Valentin Qluşko). Sonuncu 1941-ci ilin sonunda köməkçi təyyarə JRD RD-1 üzərində işlərin genişləndirilməsi ilə əlaqədar baş konstruktor vəzifəsini almışdır.[34][35] KB-2-nin ştat cədvəlində iki baş konstruktor müavini var idi: konstruktor işləri üzrə müavin (G. S. Jiritski) və təcrübi işlər üzrə müavin (D. D. Sevruk).[29][36]

KB-2-nin tərkibinə yüksəkixtisaslı alimlər, konstruktorlar, eksperimentatorlar, texnoloqlar, metallurqlar və kimyagərlər daxil edilmişdi. Əvvəllər qeyd olunanlardan başqa, burada professorlar K. İ. Straxoviç, A. İ. Qavrilov, V. V. Pazuxin, mühəndislər V. A. Vitka, G. N. List, N. L. Umanski, N. S. Şnyakin, A. A. Meyerov, A. S. Nazarov, N. A. Jeltuxin işləyirdilər.[30][37] 1942-ci ilin noyabrında Kazan şaraşkasına Sergey Korolyov köçürülmüş və o da KB-2-nin tərkibinə daxil edilmişdir. O, 1943–1944-cü illərdə 8 yanvar 1943-cü ildə yaradılmış və OKB-16 strukturunda nisbətən avtonom mövqe tutan "reaktiv qurğunun hazırlanması üzrə 5 nömrəli qrup"un rəhbəri idi.[38][39][40] KB-2 əməkdaşlarının müxtəlif elm və texnika sahələrindən gətirdikləri təcrübə və biliklər büronun kollektivinə aviasiya MYM-lərinin orijinal konstruksiyalarını uğurla hazırlamağa və istehsala tətbiq etməyə imkan vermişdir.[30][37]

RD-1-in yaradılması üzrə işlər SSRİ Dövlət Müdafiə Komitəsi tərəfindən uğurlu hesab edilmiş və daxili işlər xalq komissarı Lavrenti Beriya 16 iyul 1944-cü ildə Dövlət Müdafiə Komitəsinin sədri İosif Stalinə məktubla müraciət etmiş, OKB-16-da xüsusi fərqlənmiş 35 məhbus mütəxəssisin (siyahı məktuba əlavə edilmişdi) məhkumluqlarının ləğv edilməsi ilə azad edilməsini təklif etmişdir. Stalin buna razılıq vermiş və 27 iyul 1944-cü ildə SSRİ Ali Soveti Rəyasət Heyəti bu siyahıdakı məhbusların məhkumluqlarının ləğvi ilə vaxtından əvvəl azad edilməsi haqqında qərar qəbul etmişdir. Buraya KB-2-nin 9 aparıcı işçisi daxil idi: V. A. Vitka, Valentin Qluşko, G. S. Jiritski, S. P. Korolyov, G. N. List, V. L. Prjetslavski, D. D. Sevruk, N. L. Umanski, N. S. Şnyakin. 9 avqustda onlara vaxtından əvvəl azadlıq verildiyi elan olunmuç, 3–4 gün sonra isə pasportlar verilmişdir.[38]

OKB-RD-də

redaktə

Həmin 1944-cü ilin avqustunda keçmiş KB-2 Aviasiya Sənayesi Xalq Komissarlığının əmri ilə Reaktiv Mühərriklər Təcrübi-Konstruktor Bürosuna – OKB-RD-yə çevrilmişdir. Bu büro həmçinin, açıq adla OKB-SD (Xüsusi Mühərriklər Təcrübi-Konstruktor Bürosu) kimi tanınmışdır. Buraya KB-2-nin sərbəst işçiləri və yeni azad edilmiş əməkdaşları, eləcə də NKVD-nin 4-cü xüsusi şöbəsinin xüsusi kontingentinə daxil olan məhbusların bir hissəsi cəlb olunmuşdur. Qluşko baş konstruktor olaraq qalmış, Jiritski və Sevruk onun müavinləri olmuşdular. 1944-cü ilin payızında Sergey Korolyov da baş konstruktorun digər müavini təsdiq edilmişdir.[38][41][42]

1944–1946-cı illərdə RD-1 MYM-sinin yerüstü və uçuş sınaqları Pe-2R, La-7, Yak-3, Su-6 və Su-7 təyyarələrində keçirilmişdir. 9000 N gücündə üç kameralı azot turşusu-kerosin RD-3 MYM-si hazırlanmış, RD-1XZ MYM-sinin kimyəvi təkrar alışdırma ilə stend və uçuş sınaqları (Yak-3RD və Pe-2R təyyarələrində) aparılmışdır.[14] Yak-3 təyyarəsində maksimum sürət artımı 182 km/saat təşkil etmişdir.[43]

İkinci Dünya müharibəsi illərində OKB-RD işçilərinin gərgin əməyi dövlət mükafatı ilə qeyd olunmuşdur. 1945-ci ilin sentyabrında SSRİ Ali Soveti Rəyasət Heyətinin "Yeni texnikanın konstruksiyası və yaradılması sahəsində hökumət tapşırıqlarının nümunəvi icrası"na görə fərmanı ilə aviasiya sənayesi konstruktorlarının böyük qrupu, o cümlədən OKB-RD işçiləri mükafatlandırılmışdır: Qluşko və Sevruk "Qırmızı əmək bayrağı" ordeni, Vitka, Jiritski, Korolyov, List, Umanski və Şnyakin isə "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdular.[38]

1 may 1945-ci ildə Aviasiya Sənayesi Xalq Komissarlığının əmri ilə reaktiv mühərriklər üzrə mühəndis-texniki kadrların hazırlanması məqsədilə Kazan Aviasiya İnstitutunda (KAİ) SSRİ-də ilk dəfə raket mühərrikləri kafedrası təşkil edilmiş və bu kafedraya Valentin Qluşko rəhbərlik etmişdir.[44][45] Kafedranın əsasını OKB-RD-nin aparıcı işçiləri təşkil etmişdir: KAİ direktoru G. V. Kamenskovun 14 iyul 1945-ci il tarixli əmri ilə təsdiq edilmiş ştat cədvəlinə əsasən, G. S. Jiritski professor vəzifəsini tutmuş, S. P. Korolyov, G. N. List, D. D. Sevruk və D. Y. Bragin isə baş müəllim vəzifələrinə təyin olunmuşdular.[37][38] Kafedra 1949-cu ilə qədər fəaliyyət göstərmiş və sonra aviamühərriklər nəzəriyyəsi kafedrasına birləşdirilmişdir. 1965-ci ildə xüsusi mühərriklər kafedrası kimi yenidən müstəqil şəkildə bərpa edilmişdir. İndiki dövrdə reaktiv mühərriklər və energetik qurğular kafedrası adlanır.[45]

Buna baxmayaraq, onların çoxu o dövrdə ciddi şəkildə tədrislə məşğul ola bilməmişdi. 1945-ci ilin iyul-sentyabr aylarında OKB-RD-nin rəhbər işçilərinin əksəriyyəti Almaniyaya A-4 ("Fau-2") alman hərbi ballistik raketlərinin konstruksiyasını öyrənmək üçün ezamiyyətə göndərilmişdi.[46][47] Qluşko mühəndis-polkovnik rütbəsində Almaniyaya ezam olunmuş, 1945-ci ilin iyul-dekabr ayları və 1946-cı ilin may-dekabr ayları ərzində orada qalmışdır. bu müddətin böyük hissəsini Nordhauzen İnstitutunda A-4 mühərriklərinin öyrənilməsi şöbəsinin rəhbəri kimi ələ keçirilmiş alman raket texnikasını öyrənməklə keçirmişdir.[3][48] 1946-cı ilin yayında Qluşko Berlin komendanturasının girişində yeni general geyimində avtomobildən düşən Kostikovu gözlənilmədən görmüşdür. "Bu, Lanqemak və hamımız üçündür" sözləri ilə keçmiş Kostikovu elə güclü şəkildə üzünə vurmuşdu ki, geyimi qanla ləkələnmişdir. Sonradan komendant Kostikovun döyülməsi ilə bağlı şikayətinə cavab olaraq yazmışdır: "Cinayət işinin başlanmasına imtina edilir. Ona layiq olduğu cəza verilib".[49]

Raket sənayesinin yaradılması

redaktə

13 may 1946-cı ildə SSRİ Nazirlər Sovetinin "Reaktiv silahlanma məsələləri" haqqında 1017–419ss nömrəli qərarı çıxmışdır. Qərarda Valentin Qluşkonun adının birbaşa qeyd olunmamağına baxmayaraq, bu sənədə əsasən o, yeni iş yerinə təyin edilmişdir.[50] 3 iyul 1946-cı ildə SSRİ Aviasiya Sənayesi naziri Mixail Xruniçevin əmri ilə OKB-RD Kazandan Moskva yaxınlığındakı Ximkiyə, 456 nömrəli aviasiya zavoduna köçürülmüşdür. Zavod ballistik raketlər və təyyarələr üçün MYM istehsalı üçün yenidən profilləşdirilməli idi, OKB-RD isə güclü MYM-lərin layihələndirilməsinə keçmiş və OKB-456 adlandırılmışdır. Həmin əmrlə Valentin Qluşko OKB-456-nın baş konstruktoru təyin edilmişdir (indiki "Enerqomaş" RKK). Demək olar ki, dərhal Baş Konstruktorlar Şurası formalaşdı və Qluşko maye yanacaqlı raket mühərriklərinin baş konstruktoru kimi bu şuraya daxil edilmişdir.[46][51][52] 1946-cı ilin noyabrında keçmiş OKB-RD-nin işçilərinin əksəriyyəti ailələri ilə birlikdə Ximkiyə köçmüşdür. Təxminən eyni vaxtda Nordhauzen İnstitutunun işçiləri arasından A-4 raket mühərrikinin bərpasında texniki yardım göstərmək üçün seçilmiş 17 alman mütəxəssisi də ailələri ilə Ximkiyə gəlmişdir.[48]

1947-ci ilin sonundan 1948-ci ilin əvvəlinə qədər OKB-456 və 456 nömrəli zavodda yerli materiallardan və lokal texnologiya ilə ilk RD-100 mühərrikləri (boşluqda 307 kN gücündə)[53] istehsal olunmuşdur. Bu mühərriklər əsasən A-4 mühərrikini təkrarlayır və R-1 raketi üçün nəzərdə tutulmuşdu. Bununla paralel olaraq, 600 km məsafəli R-2 raketi üçün RD-101 və 3000 km məsafəli R-3 raketi üçün RD-110 mühərrikləri üzərində işlərə başlanılmışdır. Bu yeni layihələrdə alman mütəxəssisləri artıq cəlb olunmamışdır. Onlar zavodun köməkçi bölmələrinə köçürülmüş və 1950-ci ilin avqustunda Almaniyaya göndərilmişdir.[54]

 
RD-108 mühərriki.

10 oktyabr 1948-ci ildə RD-100 mühərriki ilə R-1 raketinin uğurlu buraxılışı həyata keçirilmişdir. 1951-ci ildə R-2 raketinin uçuş sınaqları uğurla başa çatmışdır. R-3 raketinin yaradılması ilkin işlər mərhələsində dayandırılmışdır. 19 aprel 1953-cü ildə OKB-456 tərəfindən hazırlanmış RD-103 mühərriki (boşluqda 500 kN gücündə) ilə R-5 raketinin maksimum məsafəyə (1200 km) uğurlu buraxılışı reallaşdırılmışdır.[53][55][56]

23 oktyabr 1953-cü ildə Valentin Qluşko SSRİ Elmlər Akademiyasının Texniki Elmlər Şöbəsi (istilik texnikası) üzrə müxbir üzvü seçilmişdir.[57] İki gün sonra o, Sergey Korolyovdan (Qluşko ilə eyni vaxtda Akademiyanın müxbir üzvü seçilmişdir) teleqram almışdır. Korolyov yazmışdır: "Bütün qəlbimlə səni, ən əziz dostum, qucaqlayıram və SSRİ Elmlər Akademiyasına üzv seçilməyin münasibətilə təbrik edirəm (…) Sənə çoxlu sağlamlıq, güc və sevimli Sovet Vətənimizin xeyrinə yeni böyük qələbələr arzulayıram". Korolyov və Qluşkonun səmərəli əməkdaşlığı həqiqətən də sonradan kosmonavtika tarixinə əbədi yazılmış bir sıra parlaq nailiyyətlərə səbəb olmuşdur, baxmayaraq ki, 1959–1960-cı illərdə ağır raket-daşıyıcıların inkişaf perspektivləri və onların üçün yanacaq komponentlərinin ən məqsədəuyğun seçimi ilə bağlı fikirlərindəki ziddiyyətlər hər iki raket texnikası pionerinin şəxsi münasibətlərinə mənfi təsir göstərmişdir.[58]

1954–1957-ci illərdə OKB-456-da Qluşkonun rəhbərliyi ilə Sergey Korolyovun OKB-1-də yaradılan R-7 raketi və onun modifikasiyaları üçün nəzərdə tutulmuş RD-107 (boşluqda 1000 kN gücündə) və RD-108 (boşluqda 941 kN gücündə) raket mühərrikləri hazırlanmışdıt. Onlar müvafiq olaraq yan bloklar (1-ci pillə) və mərkəzi blok (2-ci pillə) üçün nəzərdə tutulmuşdu.[59]

2 fevral 1956-cı ildə keçirilən sınaqların nəticəsində döyüş nüvə başlığı ilə R-5M raketinin uğurlu buraxılışından sonra Valentin Qluşko (və raketin hazırlanmasında iştirak edən digər şəxslər) SSRİ Ali Soveti Rəyasət Heyətinin 20 aprel 1956-cı il tarixli "uzunməsafəli ballistik raketlərin yaradılmasındakı xidmətlərinə görə" fərmanı ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, OKB-456 isə "Qırmızı əmək bayrağı" ordeni ilə təltif olunmuşdur.[60][61] 29 sentyabr 1956-cı ildə Qluşko reabilitasiya edilmişdir.[62] Həmin ilin noyabrında SSRİ KP-yə üzv qəbul olunmuşdur.[61] Reabilitasiyadan sonra Valentin Qluşko QDL və RETİ-də güllələnmiş yoldaşlarının ailələrinə kömək etmək və sovet kosmik proqramının əsasını qoyanların adlarını əbədiləşdirmək üçün çox səy göstərmişdir.[62]

21 avqust 1957-ci ildə OKB-456-nın konstruksiyası olan RD-107 və RD-108 MYM-ləri ilə qitələrarası ballistik raket (QBR) R-7-nin ilk uğurlu buraxılışı həyata keçirilmişdir. Bu mühərriklər sonradan uzun illər raket texnikasında istifadə olunmuşdur.[63] 1977-ci ildə akademik Aleksandr İşlinski onlar haqqında yazmışdır: "akademik Valentin Petroviç Qluşkonun konstruksiyası olan mühərriklərin misilsiz etibarlılığı hələ də heyranlığa səbəb olur".[64]

Kosmosun tədqiqi

redaktə
 
Korolyev və Qluşko ilk peykin buraxılmasının 50 illiyinə həsr olunmuş 2007-ci ildə Ukrayna suvenir vərəqində.
 
RD-301 mühərriki

4 oktyabr 1957-ci ildə kosmik tədqiqatlara start verilmişdir. "Sputnik" daşıyıcı raketi (R-7 raketinin eyni mühərriklərlə modifikasiyası) ilə ilk Yerin süni peyki orbitə çıxarılmışdır.[65] İlk peykin buraxılmasındakı töhfəsinə görə Valentin Qluşko və digər aparıcı alim və konstruktorlar "Lenin" mükafatına layiq görülmüşdülər.[66] 26 oktyabr 1957-ci ildə Ali Attestasiya Komissiyasının qərarı ilə ona dissertasiya müdafiə etmədən texnika elmləri doktoru elmi dərəcəsi verilmişdir,[7] 20 iyun 1958-ci ildə isə Valentin Qluşko SSRİ Elmlər Akademiyasının Texniki Elmlər Şöbəsi (energetika) üzrə həqiqi üzvü seçilmişdir.[57] Planetin ilk kosmonavtı Yuri Qaqarinin kosmos uçuşunu təmin etməkdəki töhfəsinə görə OKB-456 (RN "Vostok" üçün RD-107 və RD-108 mühərriklərini hazırlamışdı) "Lenin" ordeni ilə təltif olunmuş, baş konstruktor Valentin Qluşko isə 17 iyun 1961-ci ildə ikinci dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.[66][67]

Sonrakı illərdə Qluşkonun rəhbərliyi ilə aşağı qaynayan və yüksək qaynayan yanacaqlardan istifadə edən güclü JRD-lər hazırlanmışdır. Bunlar sovet daşıyıcı raketlərinin birinci pillələrində və əksər ikinci pillələrində, eləcə də bir çox hərbi raketlərdə istifadə olunmuşdur.[68] Natamam siyahıya RD-119, RD-214, RD-216, RD-219 ("Kosmos" RD üçün), RD-253 ("Proton" RN-nin 1-ci pilləsi üçün), yuxarı pillələr və sürətləndirici bloklar üçün eksperimental RD-301 (dünyada yeganə flor-ammi yak yanacaqlı MYM) və bir çox digər mühərriklər daxildir.[69][14][70]

Bununla belə, Qluşko SSRİ Nazirlər Sovetinin 23 iyun 1960-cı il tarixli qərarı ilə gündəmə gətirilən N-1 super ağır daşıyıcı raketinin mühərriklərinin hazırlanması sifarişini ala bilməmişdir. OKB-1 1 oktyabr 1960-cı ildə bu raketin 1-ci və 2-ci pillələri üçün mühərriklərin hazırlanması üzrə texniki tapşırıqları həm OKB-456 (Valentin Qluşko), həm də N. D. Kuznetsovun KB-sinə göndərmişdir. Hər iki firma layihə-konstruktor işlərinə başlamışdır: Qluşkonun OKB-sində yanacaq kimi azot tetroksid + NDMQ kombinasiyasına üstünlük verilmiş (ehtiyat variant kimi oksigen + NDMQ kombinasiyası da nəzərdən keçirilirmişdir), Kuznetsovun OKB-sində isə oksigen-kerosin yanacağı seçilmişdir.[71] Korolyov Qluşkonun təkliflərinə qarşı aktiv şəkildə çıxış edərək, NDMG-nin yüksək toksikliyini arqument kimi göstərdi; nəticədə 16 iyul 1962-ci ildə keçirilən Dövlət Mütəxəssis Komissiyasının iclasında sifariş Kuznetsovun OKB-sinə verilməsi qərara alınmışdır.[72]

"Enerji" RKK-də

redaktə
 
LV "Enerji" kosmik gəmisi ilə "Buran" kosmik gəmisi.

N-1 proqramının yaradılması prosesi uzanmış, planlaşdırılmış işlərin icra müddətləri dəfələrlə pozulmuşdur. 1974-cü il mayda SSRİ KP MK-də Dmitri Ustinovun sədrliyi ilə keçirilən iclasın tövsiyələrinə və 17 may tarixli SSRİ Müdafiə Şurasının qərarlarına əsasən, N-1 üzərində işlərin dayandırılması, Vasili Mişinin Mərkəzi Eksperimental Maşınqayırma Konstruktor Bürosunun (MEMKB; Korolyovun ölümündən sonra OKB-1 belə adlandırılmışdı) baş konstruktoru vəzifəsindən azad edilməsi, MEMKB-nin "Enerji" RKK-yə çevrilməsi (buraya 1 yanvar 1967-ci ildən OKB-456-nın adlandırıldığı "Enerqomaş" KB daxil edilmişdir) və Qluşkonun yeni RKK-nin baş konstruktoru təyin edilməsi haqqında 21 may tarixli SSRİ Nazirlər Sovetinin qərarı qəbul edilmişdir. Həmin gün Ümumi Maşınqayırma naziri Sergey Afanasyevin əmri ilə Valentin Qluşko "Enerji" RKK-nin direktoru və baş konstruktoru təyin olunmuşdur.[73]

Elə həmin gün Qluşko, artıq keçmiş MEMKB-yə gələrək baş konstruktor kabinetini tutmuş və ilk iş olaraq Mişinin müəssisəyə buraxılmamasını əmr etmişdir. Sonradan V. P. Mişin Moskva Aviasiya İnstitutunda pedaqoji fəaliyyətlə məşğul olmuşdur. N-1 mövzusu üzrə işlərin dayandırılması haqqında vəd edilmiş SSRİ Nazirlər Sovetinin qərarını gözləmədən (bu qərar yalnız 1976-cı ilin fevralında ortaya çıxmışdır), Qluşko 5 iyun tarixində "Enerji" NPO-nun rəhbəri kimi ilk əmri – 54 nömrəli əmri imzalamışdır. Bu əmrlə RKK-də N1-L3 kompleksi və N-1 daşıyıcı raketi üzrə bütün işlər dayandırılmışdır. Digər proqramlar üzrə işlər davam etdirilmiş, 17 fevral 1976-cı il tarixli SSRİ Nazirlər Sovetinin çoxdəfəlik kosmik sistemin yaradılması haqqında qərarından sonra isə "Enerji" — "Buran" proqramı üzərində işlər "Enerji" RKK-nin uzun illər əsas istiqamətinə çevrilmişdir.[73]

N1-L3 kompleksi üzrə işlərin dayandırılması Qluşko üçün ay proqramından imtina anlamına gəlmirdi. O, 1974-cü ilin oktyabrında "Enerji" RKK-nin yaxın illər üçün kompleks iş planını təklif etmişdir. Bu planın bəndlərindən biri Ayda uzunmüddətli elmi-tədqiqat bazasının yaradılması idi. Bunun üçün "LEK" (ay ekspedisiya gəmisi) kosmik gəmisinin yaradılması təklif olunurdu. Bu gəmi "birbaşa sxem" ilə (Ay orbitində qovşaqlar olmadan, "Apollon" proqramından fərqli olaraq) Aya çatsın. LEK güclü əsas və dörd idarəedici MYM ilə təchiz olunmuş eniş pilləsindən, qalxma pilləsindən və yaşayış blokundan ibarət olmalı idi. LEK-i Ay orbitinə çıxarmaq üçün yeni super güclü "Vulkan" raket-daşıyıcısı (N1F variantında N-1-in 49,700 kN-ə qarşı 73,800 kN başlanğıc gücü ilə) yaradılması təklif edilmişdir. Bu raket aşağı Yer orbitinə 200 tonluq obyektləri çıxara bilərdi.[74][75]

 
RD-170 mühərriki.

Valentin Qluşko ilk növbədə ABŞ-nin "Kosmik şattl" sisteminə bənzər çoxdəfəlik kosmik sistemin yaradılması qərarına qarşı çıxmışdı, lakin bu qərar hərbçilərin güclü təzyiqi ilə qəbul edilmişdir. Layihə işləri zamanı Qluşko SSRİ variantında "Buran" gəmisinin orbitə çıxarılması üçün yeni "Enerji" daşıyıcı raketinin (başlanğıc gücü 35,700 kN)[75] istifadə olunmasını təmin etmişdir. Bu zaman iki bərk yanacaqlı sürətləndiricinin analoqu kimi raketin 1-ci pilləsini təşkil edən dörd başlanğıc sürətləndiricisi (RD-170 mühərrikləri ilə) çıxış etmiş, xarici yanacaq çəninin analoqu isə dörd oksigen-hidrogen RD-0120 MYM (Aleksandr Konopatovun baş konstruktor rəhbərliyi ilə "Ximavtomatika" KB-də yaradılmışdır) ilə təchiz olunmuş 2-ci pillə olmuşdur.[76][77] Oksigen-kerosin RD-170 mühərriki, ideyası Qluşkoya məxsus olan və "Enerqomaş" KB-nın baş konstruktoru Vitali Radovskinin birbaşa rəhbərliyi ilə hazırlanan, Yer səthində 7260 kN, vakuumda isə 7900 kN gücünə malik olaraq dünyada ən güclü MYM olmuşdur.[78][79]

Qluşko eyni başlanğıc sürətləndiriciləri və unifikasiya edilmiş 2-ci pilləsi olan üç daşıyıcı raket ailəsinin yaradılacağını gözləyirdi: "Qroza" (iki sürətləndirici ilə), "Enerji" (dörd sürətləndirici ilə) və "Vulkan" (səkkiz sürətləndirici ilə). Buna baxmayaraq, "Qroza" və "Vulkan" DR-ləri üzrə işlərin maliyyələşdirilməsi üçün vəsait tapılmamışdır. "Enerji" DR-nin ilkin layihəsi 1976-cı ilin dekabrında tamamlanmış, 1977-ci ilin noyabrında isə SSRİ Nazirlər Sovetinin super ağır "Enerji" daşıyıcı raketinin və "Buran" kosmik gəmisinin yaradılması haqqında qərarı qəbul edilmişdir.[76][77][78]

1977-ci ilin iyununda Qluşko "Enerji" RKK-nin direktoru vəzifəsindən getmiş, lakin ömrünün sonuna qədər birliyə baş konstruktor kimi rəhbərliyi davam etdirmişdir. O, 1974–1989-cu illərdə Baş Konstruktorlar Şurasının sədri olaraq, "Enerji" RKK-nin aparıcı rol oynadığı layihələr üzrə ölkənin raket-kosmik sənayesi müəssisə və təşkilatlarının işlərinin texniki rəhbərliyini və koordinasiyasını həyata keçirmişdir. O, "Soyuz" pilotlu kosmik gəmilərinin, "Proqress" yük gəmisinin, "Salyut" orbital stansiyalarının təkmilləşdirilməsi, "Mir" orbital kompleksinin yaradılması və "Enerji" — "Buran" çoxdəfəlik nəqliyyat-kosmik sisteminin inkişafı üzrə işlərə rəhbərlik etmişdir.[67][80]

15 may 1987-ci ildə 1-ci pilləsində RD-170 MYM-ləri quraşdırılmış "Enerji" daşıyıcı raketinin uğurlu buraxılışı həyata keçirilmişdir. 15 noyabr 1988-ci ildə "Buran" kosmik gəmisi "Enerji" daşıyıcı raketi ilə orbitə çıxarılaraq ilk (və yeganə) kosmik uçuşunu yerinə yetirmişdir.[14]

Valentin Qluşko SSRİ Ali Sovetinin Millətlər Şurasının VII–XI çağırış deputatı (Kalmık MSSR-dən),[81] SSRİ KP MK üzvü (1976–1989),[80] Beynəlxalq Aeronavtika Akademiyasının həqiqi üzvü (1976) olmuşdur.[82]

Bir neçə onillik ərzində Valentin Qluşko SSRİ Elmlər Akademiyası Rəyasət Heyətində "Maye raket yanacağı" problemi üzrə Elmi Şuranın rəhbəri olmuşdur.[83] O, raket yanacaqlarının xüsusiyyətlərinin öyrənilməsi üzrə elmi təşkilatların işlərini koordinasiya etmiş, nəticədə 1956–1982-ci illərdə bu yanacaqlarda istifadə olunan müxtəlif maddələrin xassələri haqqında məlumatları əks etdirən 40 cildlik istinad nəşrləri çap olunmuşdur.[84]

Valentin Qluşko 10 yanvar 1989-cu ildə, 81 yaşında, beyin arteriyalarının aterosklerozundan vəfat etmişdir.[7] O, Moskvada yerləşən Novodeviçye qəbiristanlığında dəfn olunmuşdur.[85]

Ailəsi

redaktə

Valentin Qluşkonun atası Pyotr Leontyeviç Qluşko idi. O, fermer əməkçisinin oğlu olmağına baxmayaraq, ali təhsil almışdı. Valentin Qluşkonun anasının adı Matrona Semyonovna idi. Cütlüyün üç övladı var idi: qızı Qalina (1907-ci ildə anadan olub) və oğulları Valentin (1908-ci ildə anadan olmuşdur) və Arkadi (1915-ci ildə anadan olmuşdur).[86]

Valentin Qluşkonun ilk evliliyi Susanna Mixaylovna Zqut (ikinci evliliyində Georgiyevskaya, sonradan uşaq yazıçısı olmuşdur) ilə bir neçə il davam etmişdir. İkinci həyat yoldaşı Tamara Sarkisova ilə (bu evlilik rəsmi qeydiyyata alınmamışdı) Qluşkonun 1938-ci ildə Yevgeniya adlı qızı olmuşdur. Qluşko həbsdən azad edildikdən sonra Tamara Sarkisova ilə münasibətləri bərpa olunmadı. Almaniyadan ezamiyyətdən qayıtdıqdan sonra Qluşko Maqda Maksovna Qluşko (qızlıq soyadı Esmin, 1926–1993) ilə evlənmişdi. O, ingilis dili müəllimi idi. Maqda Qluşko 1960-cı illərdən başlayaraq uzun illər Moskva Dövlət Universitetinin Mexanika və Riyaziyyat fakültəsinin ingilis dili kafedrasının müdiri olmuşdur. O, 1980-ci ildən filologiya elmləri doktorudur.[87] Onların iki övladı olmuşdur: qızı Elena (1948-ci ildə anadan olmuşdur) və oğlu Yuri (1952-ci ildə anadan olmuşdur). 1959-cu ildə OKB-456 əməkdaşı Lidiya Dmitriyevna Perışkova ilə tanış olmuşdur. 1972-ci ildə onların Aleksandr[5][7][88] adlı oğlu olmuşdur. Aleksandr Qluşko sonradan tarixçi olmuşdur.[89]

Şəxsiyyəti

redaktə

Boris Çertokun öz xatirələrində qeyd etdiyi kimi, Valentin Qluşko yüksək texniki səriştəsi, geniş erudisiyası, ümumi mədəniyyəti və cari problemlər arasında əsas vəzifəni tez müəyyənləşdirmək bacarığı ilə fərqlənirdi, baxmayaraq ki, bəzən tabeliyində olanlara və həmkarlarına qarşı həddindən artıq tələbkarlıq göstərirdi. O, istənilən daxili vəziyyətdə sakit görünüşünü qoruya bilirdi. Qluşko həmişə səliqəli və qüsursuz geyinirdi.[90]

Qluşko, qızğın xasiyyətli Korolyovdan fərqli olaraq, heç vaxt tabeliyində olanlara qışqırmazdı.[91] O, işində "hər kəs öz işini yaxşı görsə, ümumi iş də yaxşı olar" prinsipinə əməl edirdi.[92]

Təltif və mükafatlar

redaktə
  • Sosialist Əməyi Qəhrəmanı (20.04.1956, 17.06.1961):[34][67]
  1. SSRİ Ali Soveti Rəyasət Heyətinin 20 aprel 1956-cı il tarixli, "tamamilə gizli" statuslu 235/13 saylı fərmanı ilə "uzun mənzilli ballistik raketlərin yaradılmasındakı xidmətlərinə görə".[93]
  • "Lenin" ordeni (20.04.1956, 01.09.1958, 30.08.1968, 17.09.1975, 01.09.1978)[67][80]
  • "Oktyabr inqilabı" ordeni (26.04.1971)[67][80]
  • "Qırmızı əmək bayrağı" ordeni (16.09.1945)[67][80]
  • "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı (1970)[94]
  • "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı (1975)[94]
  • "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı (1985)[94]
  • "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı (1945)[94]
  • "Əmək veteranı" medalı (1984)[94]
  • "Moskvanın 800 illik xatirəsinə" medalı (1948)[94]
  • "Lenin" mükafatı (1957)[82]
  • SSRİ Dövlət mükafatı (1967, 1984)[82]
  • SSRİ Elmlər Akademiyasının K. E. Tsiolkovski adına qızıl medalı (1958)[82]
  • Pol Tissandye adına diplom (FAİ, 1967)[94]

Valentin Qluşko Kaluqa (1975), Odessa (1975), Korolyov və Ximki (1979), Baykonur (1983), Kazan (1987), Primorsk və Elista (1988) şəhərlərinin fəxri sakini olmuşdur.[67]

Mirası

redaktə
 
Rusiya Bankının Valentin Qluşkonun 100 illik yubileyinə həsr olunmuş xatirə sikkəsi, gümüş, 2 rubl, 2008-ci il.
  • 1994-cü ildə Beynəlxalq Astronomiya İttifaqı Ayın görünən tərəfindəki kraterə Qluşko adını vermişdir.[95]
  • Həmçinin, onun şərəfinə 1976-cı ildə Nikolay Çernıx tərəfindən kəşf edilmiş (6357) Qluşko asteroidi adlandırılmışdır.[96]
  • Valentin Qluşkonun bürünc büstləri Odessada və Baykonurda, abidələri isə Moskvada və Ximkidə qoyulmuşdur.[67]
  • Onun adı ilə adlandırılmışdır: Moskvada küçə (Severnı Butovo rayonu), Sankt-Peterburqda keçid, Kazanda, Kaluqada, Ximkidə və Baykonurda küçələr.
  • "Enerqomaş" RKK müəssisəsinə onun adı verilmişdir.
  • Onun şərəfinə Krasnodar şəhərinin 72 nömrəli gimnaziyası adlandırılmışdır.[97]
  • Odessada, Qluşkonun yaşadığı Olqiyevskaya küçəsi 10 nömrəli evdə xatirə lövhəsi quraşdırılmış, ev isə memarlıq və şəhərsalma abidəsi kimi tanınmışdır.[98]
  • 2011-ci ildən Valentin Qluşkonun adı "Aeroflot" şirkətinin təyyarəsinə verilmişdir.[99]
  • 1973-cü ildə təsis edilmiş Kosmonavtika və Raket Texnikası Muzeyinə (Petropavlovsk qalası, Sankt-Peterburq) onun adı verilmişdir.[100]
  • 2008-ci ildə Rusiya Bankı Valentin Qluşkonun 100 illik yubileyinə "Rusiyanın görkəmli şəxsiyyətləri" seriyasında 2 rubl nominal dəyərli gümüş xatirə sikkəsi buraxmışdır.[101]

thumb|150px|Qluşkonun stendi muzeydə.

  • 2018-ci ildə alimin 110 illik yubileyi ilə əlaqədar Ukrayna Milli Bankı "Ukraynanın görkəmli şəxsiyyətləri" seriyasında Valentin Qluşkoya həsr olunmuş, neyzilberdən hazırlanmış 2 qrivna nominal dəyərli xatirə sikkəsini dövriyyəyə buraxmışdır.[102]
  • Akademik Valentin Qluşko adına "Ədəbiyyatda elmin təbliği" Beynəlxalq mükafatı yaradılmışdır.

Kinematoqrafiyada

redaktə
  • Sergey Korolyovun bioqrafiyası əsasında çəkilmiş "Alovun ram edilməsi" (1972; SSRİ) bədii filmində canlandırılan personajlardan biri OKB-1-in ilk Baş Konstruktorunun silahdaşı, Yevgeni Oqnyev adı ilə təqdim olunan şəxsdir. Ümumiyyətlə qəbul edilir ki, bu personajın prototipi Valentin Qluşkadır. Buna baxmayaraq, İqor Qorbaçovun canlandırdığı Oqnyev xarici görünüşcə daha çox Vasili Mişinə bənzəyir. Bundan əlavə, filmdə Başkirtsev və Oqnyev arasında dostluq münasibətlərinin göstərilməyinə baxmayaraq, Korolyovun həyatının son illərində Qluşko ilə münasibətləri gərgin idi. Dmitri Ustinov şahidlik etmişdir ki, "Korolyovun sağlığında biz onu Qluşko ilə barışdıra bilmədik. Əgər onlar Başkirtsev və Oqnyev kimi dost olsaydılar, bizdə çox şey başqa cür cərəyan edərdi".[103]
  • SSRİ və ABŞ-nin kosmik yarışdakı rəqabətinə həsr olunmuş "Kosmos uğrunda mübarizə" (2005; Rusiya, ABŞ, Almaniya, Birləşmiş Krallıq) teleserialında Valentin Qluşkonun rolunu rusəsilli ABŞ aktyoru Ravil İsyanov ifa etmişdir.[104] Serialda iddia edilmişdir ki, Qluşkonun həbsindən sonra o, Korolyovu günahlandırmış və bu, Korolyovun həbsinə səbəb olmuş, bu fakt isə Korolyovun Qluşkoya qarşı mənfi münasibətinin əsasını təşkil etmişdir. Bu versiya faktiki materiallarla təsdiqlənmir.[105][106][107] Qluşkonun ifadələrində Korolyovun soyadı çəkilmişdir, lakin yalnız Qluşkonun özünün "zərərverici fəaliyyətindən" zərərçəkən şəxs kimi qeyd olunmuşdur.[22]
  • Soyuq müharibə dövründə və müharibədən sonrakı illərdə kosmosun mənimsənilməsində liderlik uğrunda mübarizədən bəhs edən "Kedr göyü dəlir" (2011; Rusiya) teleserialında Qluşkonun rolunu Yuri Qrebelnik ifa etmişdir.
  • "Baş" filmində Qluşkonun rolunu aktyor Boris Şerbakov canlandırmışdır.

Elmi işləri

redaktə

Valentin P. Qluşko 400-dən çox elmi məqalə, məqalə və ixtiraların müəllifidir. Onun əsərlərindən bəziləri:

  • Лангемак Г.Э., Глушко В.П. Ракеты: их устройство и применение. М.—Л.: ОНТИ. 1935.
  • Глушко В.П. Жидкое топливо для реактивных двигателей. Ч.1. М.: ОНТИ. 1936.
  • Глушко В.П. Основы устройства реактивных двигателей на жидком топливе. М.: Изд-во МВТУ. 1948.
  • Глушко В.П. Источники энергии и их использование в реактивных двигателях. М.: Воениздат. 1955.
  • Петрович Г.В. Ракетные двигатели ГДЛ — ОКБ. 1929—1969. М.: Наука. 1969. (Г. В. Петрович— псевдоним В. П. Глушко[62])
  • Глушко В.П. Путь в ракетной технике. Избранные труды, 1924—1946. М.: Машиностроение. 1977.
  • Глушко В.П. Развитие ракетостроения и космонавтики в СССР. — 3-е изд. М.: Машиностроение. 1987.
  • Избранные работы академика В.П.Глушко. Часть 3. Химки: НПО «Энергомаш». Составители: B.C.Судаков, В.Ф.Рахманин, Р.Н.Котельникова, А.С.Козлов, Л.Д.Пёрышкова, С.А.Колинова, Н.М.Евсюкова. 2008.

Redaktoru olduğu əsərlər

redaktə
  • Термодинамические и теплофизические свойства продуктов сгорания: Справочник : В 10-ти т. / В. Е. Алемасов, А. Ф. Дрегалин, А. П. Тишин, В. А. Худяков ; [Под ред. акад. В. П. Глушко (отв. ред.) и др.] ; АН СССР. ВИНИТИ.— Москва, 1971–1980.— 26см.
    • Т. 1: Методы расчёта.— 1971.— 265 с. : черт.
    • Т. 2: Топлива на основе кислорода / В. Е. Алемасов, А. Ф. Дрегалин, А. П. Тишин [и др.].— 1972.— 489 с. : граф.
    • Т. 3: Топлива на основе кислорода и воздуха.— 1973.— 624 с. : граф.
    • Т. 4: Топлива на основе четырёхокиси азота.— 1973.— 528 с. : граф.
    • Т. 5: Топлива на основе четырёхокиси азота, азотной и хлорной кислоты.— 1973.— 543 с. : граф.
    • Т. 6: Топлива на основе перекиси водорода.— 1973.— 748 с. : граф.
    • Т. 7: Топлива на основе фтора.— 1974.— 655 с. : граф.
    • Т. 8: Топлива на основе фторных окислителей.— 1971-.— 718 с. : ил.
    • Т. 9: Рабочее тело— водород : Гидрореагирующие топлива.— 1978.— 633 с. : ил.
    • Т. 10: Применяемые, исследуемые и возможные топлива. Ч. 1. Исходные данные. Двухкомпонентные топливные композиции.— 1980.— 379 с. : ил.
    • Т. 10: Применяемые, исследуемые и возможные топлива. Ч. 2. Многокомпонентные топливные композиции.— 1980.— 396 с. : ил.

Qeydlər

redaktə
  1. ↑ İstintaq zamanı Valentin Qluşko Sergey Korolyova böhtan ataraq onu günahlandırmışdır. Nəticədə Korolyov həbs olunmuş və sonradan 58-ci maddə ilə 10 il düşərgə cəzasına məhkum edilmişdir. Daha sonra Qluşko və Korolyov arasında düşmənçilik münasibətləri yaranmışdır ki, bu da SSRİ kosmik proqramının inkişafına təsir göstərmişdir.[25]

Mənbə

redaktə

İstinadlar

redaktə
  1. ↑ 1 2 ГЛУШКО // Большая российская энциклопедия (rus.). Москва: Большая российская энциклопедия, 2004.
  2. ↑ 1 2 Valentin Petrovich Glushko // Encyclopædia Britannica (ing.).
  3. ↑ 1 2 3 Стернин Л.Е. «Всё, что создал Валентин Петрович Глушко, он создавал впервые». К 100-летию со дня рождения // Природа (rus). № 8. Наука. 2008. 58—67.
  4. ↑ 1 2 3 4 Симоненков, 2014. səh. 136
  5. ↑ 1 2 Mark Wade. "Glushko, Valentin Petrovich". Энциклопедия Астронавтика[ing.]. 2016-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-22.
  6. ↑ Рахманин В.Ф. Тридцать три года в ракетной технике: успехи, разногласия, конфликты (PDF) // Двигатель. № 4. 2015. 68—77. 2016-12-26 tarixində arxivləşdirilib (PDF).
  7. ↑ 1 2 3 4 5 6 Глушко А.В. "Академик Глушко Валентин Петрович". www.buran.ru. 2021-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-26.
  8. ↑ Космонавтика СССР, 1986. səh. 26—27
  9. ↑ 1 2 Глушко А.В. Взаимоотношения академика В.П.Глушко со своими руководителями (PDF) // Дерибасовская — Ришельевская: Одесский альманах. Кн.28. Одесса: Печатный дом. Сост. Ф.Д.Кохрихт, Е.М.Голубовский, О.И.Губарь. 2007. ISBN 966-8099-99-0.— С.32–57.
  10. ↑ Глушко, 1987. səh. 29
  11. ↑ Энциклопедия «Космонавтика», 1985. səh. 78, 88
  12. ↑ Космонавтика СССР, 1986. səh. 33
  13. ↑ Глушко, 1987. səh. 39—42
  14. ↑ 1 2 3 4 5 6 "НПО «Энергомаш» имени академика В.П.Глушко. Вехи истории". НПО «Энергомаш» имени академика В.П.Глушко. 2016-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-26.
  15. ↑ Рахманин и Судаков, 2008. səh. 18
  16. ↑ Глушко, 1987. səh. 27—31
  17. ↑ Космонавтика СССР, 1986. səh. 27
  18. ↑ Рахманин и Судаков, 2008. səh. 19—20
  19. ↑ Голованов, 1994. səh. 226
  20. ↑ Глушко, 1987. səh. 35
  21. ↑ Глушко, 2010. səh. 349, 361—368, 402
  22. ↑ 1 2 3 4 5 Рахманин В.Ф. Тридцать три года в ракетной технике: успехи, разногласия, конфликты. Криминальные страницы биографии Глушко и Королёва (PDF) // Двигатель. № 5. 2015. 52—60. 2016-05-20 tarixində arxivləşdirilib (PDF).
  23. ↑ Голованов, 1994. səh. 230, 233
  24. ↑ Симоненков, 2014. səh. 137
  25. ↑ Уокер, 2024. səh. 119
  26. ↑ 1 2 Глушко А.В. Опровергать факты нельзя // Техника— молодёжи. № 7. 2000. 10—14.
  27. ↑ Голованов, 1994. səh. 248, 249
  28. ↑ «Так кто же есть кто!» Интервью Л.С.Душкина // Крылья Родины. № 7. 1989. 28—31. Стр. 28 Arxiv surəti 15 mart 2014 tarixindən Wayback Machine saytında, 29 Arxiv surəti 15 mart 2014 tarixindən Wayback Machine saytında, 30 Arxiv surəti 15 mart 2014 tarixindən Wayback Machine saytında, 31 Arxiv surəti 15 mart 2014 tarixindən Wayback Machine saytında.
  29. ↑ 1 2 3 4 Рахманин В.Ф. Тридцать три года в ракетной технике: успехи, разногласия, конфликты. Как во городе было во Казани (PDF) // Двигатель. № 6. 2015. 46—52. 2016-12-26 tarixində arxivləşdirilib (PDF).
  30. ↑ 1 2 3 4 Глушко, 1987. səh. 39
  31. ↑ Симоненков, 2014. səh. 138—139
  32. ↑ Голованов, 1994. səh. 305
  33. ↑ Янбердина Ю.А. Георгий Сергеевич Жирицкий: личность и деятельность // XXII Туполевские чтения (школа молодых учёных): Междунар. молодёжная науч. конф., 19—21 октября 2015года: Материалы конф. Сб. докладов. Т.5. Казань: Фолиант. 2015. ISBN 978-5-905576-52-2.— С.510–513.
  34. ↑ 1 2 Энциклопедия «Космонавтика», 1985. səh. 78
  35. ↑ Голованов, 1994. səh. 302
  36. ↑ "Татарстан— один из арсеналов победы в Великой Отечественной войне 1941—1945 гг". Госкомархив Республики Татарстан. 2016-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-01.
  37. ↑ 1 2 3 Грибин В.Г. О Георгии Сергеевиче Жирицком // МЭИ: история, люди, годы. Сборник воспоминаний. Т.1. Выдающиеся деятели МЭИ. М.: Издательский дом МЭИ. Под ред. С.В.Серебрянникова. 2010. ISBN 978-5-383-00576-7.— С.420–430.
  38. ↑ 1 2 3 4 5 Рахманин В.Ф. Тридцать три года в ракетной технике: успехи, разногласия, конфликты. Совместная работа В.П.Глушко и С.П.Королёва в Казани (PDF) // Двигатель. № 1. 2016. 34—45. 2016-12-26 tarixində arxivləşdirilib (PDF).
  39. ↑ Голованов, 1994. səh. 313
  40. ↑ Королёв. Энциклопедия жизни и творчества, 2014. səh. 12
  41. ↑ Энциклопедия «Космонавтика», 1985. səh. 79
  42. ↑ Глушко, 1987. səh. 39—40, 58
  43. ↑ Рахманин и Судаков, 2008. səh. 21
  44. ↑ Глушко, 1987. səh. 5
  45. ↑ 1 2 Дрегалин А.Ф., Глебов Г.А. К 70-летию кафедры В.П.Глушко, С.П.Королёва: первой в стране кафедры ракетных двигателей // Актуальные проблемы авиационных и аэрокосмических систем: процессы, модели, эксперимент . 20. № 1 (40). 2015. 161—172.
  46. ↑ 1 2 Рахманин В.Ф. Тридцать три года в ракетной технике: успехи, разногласия, конфликты. Изучение немецкой ракетной техники и организация её воспроизводства в СССР (PDF) // Двигатель. № 2. 2016. 38—47. 2016-12-26 tarixində arxivləşdirilib (PDF).
  47. ↑ Рахманин В.Ф. О «немецком следе» в истории отечественного ракетостроения. Часть1 // Двигатель. № 1. 2005. 52—55. 2022-11-20 tarixində arxivləşdirilib.
  48. ↑ 1 2 Рахманин В.Ф. О «немецком следе» в истории отечественного ракетостроения. Часть2 // Двигатель. № 2. 2005. 50—54. 2016-11-28 tarixində arxivləşdirilib.
  49. ↑ Качур и Глушко, 2008. səh. 418—419
  50. ↑ Постановление СМ СССР от 13 мая 1946 года № 1017–419сс "Вопросы реактивного вооружения"
  51. ↑ Э. Белобородько. "Когорта. К 100-летию со дня рождения академика В.П.Бармина". Портал «Русское воскресение». 2013-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-05.
  52. ↑ Королёв. Энциклопедия жизни и творчества, 2014. səh. 288
  53. ↑ 1 2 Энциклопедия «Космонавтика», 1985. səh. 327—328
  54. ↑ Рахманин В.Ф. О «немецком следе» в истории отечественного ракетостроения. Часть3 // Двигатель. № 4. 2005. 40—43. 2017-04-17 tarixində arxivləşdirilib.
  55. ↑ Рахманин В.Ф. Тридцать три года в ракетной технике: успехи, разногласия, конфликты. Первые собственные ракеты дальнего действия (PDF) // Двигатель. № 3. 2016. 24—30. 2016-12-26 tarixində arxivləşdirilib (PDF).
  56. ↑ Королёв. Энциклопедия жизни и творчества, 2014. səh. 14—15
  57. ↑ 1 2 "Глушко Валентин Петрович. Историческая справка". // Официальный сайт РАН. 2021-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-25.
  58. ↑ Черток, кн.4, 1999. səh. 47—49
  59. ↑ Энциклопедия «Космонавтика», 1985. səh. 67—68, 327—329
  60. ↑ Черток, кн.3, 1999. səh. 14
  61. ↑ 1 2 Рахманин В.Ф. Тридцать три года в ракетной технике: успехи, разногласия, конфликты. Первая стратегическая ракета Р-5М (PDF) // Двигатель. № 5—6. 2016. 52—60. 2017-01-13 tarixində arxivləşdirilib (PDF).
  62. ↑ 1 2 3 Глушко А.В. Взаимоотношения академика В.П.Глушко со своими руководителями (окончание) (PDF) // Дерибасовская — Ришельевская: Одесский альманах. Кн.29. Одесса: Печатный дом. Сост. Ф.Д.Кохрихт, Е.М.Голубовский, О.И.Губарь. 2007. ISBN 966-8099-99-0.— С.15–31.
  63. ↑ Рахманин В.Ф. Проблематичное начало и драматический конец разработки ракеты-носителя Н1. Часть 10 (PDF) // Двигатель. № 3. 2013. 48—55. 2017-01-02 tarixində arxivləşdirilib (PDF).
  64. ↑ Ишлинский А. Ю. Механика: Идеи, задачи, приложения. М.: Наука. 1985.— С.584.
  65. ↑ Энциклопедия «Космонавтика», 1985. səh. 67, 186
  66. ↑ 1 2 Судаков В.С., Рахманин В.Ф. Разработка ЖРД РД-107 и РД-108 для семейства РН Р-7 (к пятидесятилетию полёта Ю.А.Гагарина) // Двигатель. № 1. 2011. 26—31. 2016-12-25 tarixində arxivləşdirilib.
  67. ↑ 1 2 3 4 5 6 7 8 "Дважды Герой Социалистического Труда Глушко Валентин Петрович". Интернет-проект «Герои Страны». 2016-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-31.
  68. ↑ Энциклопедия «Космонавтика», 1985. səh. 88
  69. ↑ Глушко, 1987. səh. 94—95
  70. ↑ Энциклопедия «Космонавтика», 1985. səh. 202, 307, 329—331
  71. ↑ Рахманин В.Ф. Проблематичное начало и драматический конец разработки ракеты-носителя Н1. Часть 1 // Двигатель. № 6. 2011. 36—43.
  72. ↑ Рахманин В.Ф. Проблематичное начало и драматический конец разработки ракеты-носителя Н1. Часть 2 (PDF) // Двигатель. № 1. 2012. 30—34. 2016-12-29 tarixində arxivləşdirilib (PDF).
  73. ↑ 1 2 Рахманин В.Ф. Проблематичное начало и драматический конец разработки ракеты-носителя Н1. Часть 7 (PDF) // Двигатель. № 6. 2012. 34—41. 2022-11-20 tarixində arxivləşdirilib (PDF).
  74. ↑ Афанасьев И.Б. Неизвестные корабли. Новое в жизни, науке, технике. Серия «Космонавтика, астрономия»; №12. М.: Знание. 1991. ISBN 5-07-002194-X.— С.60–62.
  75. ↑ 1 2 Афанасьев И.Б. «Лунная тема» после Н1—Л3 // Авиация и космонавтика. № 2. 1993. 42—44. 2017-01-02 tarixində arxivləşdirilib.
  76. ↑ 1 2 Гладкий В.Ф. Как родился проект «Энергия — Буран» // Авиация и космонавтика. № 1. 2002. 9—13. 2017-01-02 tarixində arxivləşdirilib.
  77. ↑ 1 2 Афанасьев И.Б. Космические многоразовые // Авиация и космонавтика. № 4. 1993. 20—21. 2014-07-02 tarixində arxivləşdirilib.
  78. ↑ 1 2 Рахманин и Судаков, 2008. səh. 25
  79. ↑ Рахманин В.Ф. Проблематичное начало и драматический конец разработки ракеты-носителя Н1. Часть 16 (PDF) // Двигатель. № 3. 2014. 28—36. 2017-01-02 tarixində arxivləşdirilib (PDF).
  80. ↑ 1 2 3 4 5 Королёв. Энциклопедия жизни и творчества, 2014. səh. 298
  81. ↑ Списки депутатов Верховного Совета СССР: 7-й созыв Arxiv surəti 27 oktyabr 2014 tarixindən Wayback Machine saytında, 8-й созыв Arxiv surəti 26 noyabr 2012 tarixindən Wayback Machine saytında, 9-й созыв Arxiv surəti 24 dekabr 2013 tarixindən Wayback Machine saytında, 10-й созыв Arxiv surəti 24 dekabr 2013 tarixindən Wayback Machine saytında, "11-й созыв". // Сайт «Справочник по истории Коммунистической партии и Советского Союза. 1898— 1991». 2013-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-05.
  82. ↑ 1 2 3 4 Энциклопедия «Космонавтика», 1985. səh. 89
  83. ↑ "История предприятия. Валентин Петрович Глушко (1908—1989)". // Сайт ПАО «Ракетно-космическая корпорация „Энергия“ имени С.П.Королёва». 2017-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-06.
  84. ↑ Краев М.В., Назаров В.П. Основоположник отечественного ракетно-космического двигателестроения // Вестник СибГАУ. № 2 (19). 2008. 105—109.
  85. ↑ "Глушко Валентин Петрович (1908—1989) (могила на Новодевичьем кладбище)". // Сайт «Московские могилы». 2021-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-05.
  86. ↑ Глушко А.В. Выпускник реального училища Святого Павла— академик Валентин Петрович Глушко (PDF) // Всемирные Одесские новости. № 5 (64). 2006. 4. 2020-09-29 tarixində arxivləşdirilib (PDF).
  87. ↑ "Глушко Магда Максовна". // Сайт «Летопись Московского университета». 2017-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-09.
  88. ↑ Осипчук, Игорь. Сын академика Валентина Глушко: «После разговора со Сталиным отца освободили и сняли с него судимость» // Факты и комментарии. № от 3сентября. 2013.
  89. ↑ "Можайцев И. Встреча в Музее героев // Вестник героев.— 2018.— Октябрь.— №6 (78).— С. 8" (PDF). 2021-10-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-03-27.
  90. ↑ Черток, кн.4, 1999. səh. 48, 68
  91. ↑ Голованов, 1994. səh. 562
  92. ↑ Голованов, 1994. səh. 694
  93. ↑ Указ Президиума Верховного Совета СССР "О присвоении звания Героя Социалистического Труда т.т. БарминуВ. П., ГлушкоВ. П., КоролевуС. П., КузнецовуВ. Н., МишинуВ. П., ПилюгинуН. А., РязанскомуМ. С. за заслуги в деле создания дальних баллистических ракет" от 20 апреля 1956года.
  94. ↑ 1 2 3 4 5 6 7 Глушко А.В. "Глушко Валентин Петрович". Энциклопедия «Космонавтика». 2016-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-01.
  95. ↑ Losiak A., Kohout T., O’Sulllivan K., Thaisen K., Weider S. "Lunar Impact Crater Database". // Lunar and Planetary Institute, Lunar Exploration Intern Program, 2009; updated by T.Öhman in 2011. 2014-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-25.
  96. ↑ "Discovery Circumstances: Numbered Minor Planets (5001)—(10000)". // Website of The Minor Planet Center (MPC). 2015-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-01. (#apostrophe_markup)
  97. ↑ "Основные сведения | Гимназия № 72 имени академика В.П. Глушко г. Краснодар". 2018-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-11.
  98. ↑ "Одесса, Ольгиевская улица, 10". // Сайт «Домофото: архитектурная фотобаза». 2017-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-01.
  99. ↑ "Аэрофлот ввёл в эксплуатацию самолёт А320 «В.Глушко»". // Сайт www.aeroflot.com. 2011-02-02. 2017-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-11. (#apostrophe_markup)
  100. ↑ "Притяжение Космоса. Музей космонавтики и ракетной техники". // Сайт «Музеи России». 2016-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-30.
  101. ↑ "2 рубля 2008 года «Глушко В.П.»". // Сайт «Деньги России». 2018-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-16.
  102. ↑ "Валентин Глушко". // Сайт «Національний банк України». 2018-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-03.
  103. ↑ Черток, кн.4, 1999. səh. 345
  104. ↑ "Битва за космос". // Сайт «Энциклопедия отечественного кино». 2017-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-02.
  105. ↑ Сергей Лесков. "Юрий Гагарин нашёлся в Румынии". Газета «Известия». 2006-04-10. 2013-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-02.
  106. ↑ "Космонавт Савицкая возмущена фильмом Первого канала «Битва за космос»". // Сайт РИА «Новости». 2011-04-11. 2017-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-02. (#apostrophe_markup)
  107. ↑ Глушко А.В. "К слову о фильме «Битва за космос»". // Сайт Энциклопедии «Космонавтика». 2017-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-02.

Ədəbiyyat

redaktə
  • Берег Вселенной: воспоминания ветеранов космодрома Байконур. Киев: Феникс. Под общ. ред. А.С.Болтенко. 2014. ISBN 978-966-136-169-9.
  • «Военный энциклопедический словарь ракетных войск стратегического назначения» (8500 nüs.). Москва: Большая Российская энциклопедия. Министерство обороны России.; Гл.ред.: И. Д. Сергеев, В. Н. Яковлев, Н. Е. Соловцов. 1999. ISBN 5-85270-315-X..— С.131–132.
  • Глушко А.В. Первопроходцы ракетостроения. История ГДЛ и РНИИ в биографиях их руководителей. М.: Фонд содействия авиации «Русские витязи». 2010. ISBN 978-5-7325-0665-5.
  • Голованов Я.К. Королёв: факты и мифы. М.: Наука. 1994. ISBN 5-02-000822-2. Arxiv surəti 1 fevral 2014 tarixindən Wayback Machine saytında
  • Качур П.И., Глушко А.В. Валентин Глушко. Конструктор ракетных двигателей и космических систем. Знаменитые конструкторы России. XXвек. СПб.: Политехника. 2008. ISBN 978-5-7325-0665-5.
  • Космонавтика: Энциклопедия. М.: Сов. энциклопедия. Гл. ред. В.П.Глушко. 1985.
  • Космонавтика СССР. М.: Машиностроение. Сост. Л.А.Гильберг, А.А.Еременко. 1986.
  • Осташев А.И. Сергей Павлович Королёв— гений XX века. Прижизненные личные воспоминания об академике С.П.Королёве. М.: Изд-во Изд-во Моск. гос. ун-та леса. 2010. ISBN 978-5-8135-0510-2.
  • Позамантир Р.Д. Ракетно-космический наукоград Королёв. М.: ИП Струченевская О.В. 2018. ISBN 978-5-905234-12-5.
  • Рахманин В.Ф., Судаков В.С. Валентин Петрович Глушко (к 100-летию со дня рождения) // Актуальные проблемы авиационных и аэрокосмических систем: процессы, модели, эксперимент . 13. № 2 (27). 2008. 18—25.
  • С.П.Королёв. Энциклопедия жизни и творчества. М.: РКК «Энергия» им. С.П.Королёва. Гл. ред. В.А.Лопота. 2014. ISBN 978-5-906674-04-3.
  • Симоненков В.И. Судьбы учёных в сталинских спецтюрьмах. М.: Авторская книга. 2014. ISBN 978-5-91945-520-2.
  • Черток Б.Е. Ракеты и люди. — 2-е изд. М.: Машиностроение. 1999. ISBN 5-217-02934-X.
  • Черток Б.Е. Ракеты и люди. Кн.3. Горячие дни холодной войны. — 2-е изд. М.: Машиностроение. 1999. ISBN 5-217-02936-6.
  • Черток Б.Е. Ракеты и люди. Кн.4. Лунная гонка. М.: Машиностроение. 1999. ISBN 5-217-02942-0.
  • Стивен Уокер. Первый. Новая история Гагарина и космической гонки. М.: Альпина нон-фикшн. 2024 [Stephen Walker. Beyond: The Astonishing Story of the First Human to Leave Our Planet and Journey into Space]. 578. ISBN 978-5-00139-664-2..

Xarici keçidlər

redaktə
  •   Vikianbarda Valentin Qluşko ilə əlaqəli mediafayllar var.
  • "Глушко Валентин Петрович". // Официальный сайт РАН. 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-21.
  • Глушко А. В. "Академик Глушко Валентин Петрович". // Сайт www.buran.ru. 2021-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-26. (#apostrophe_markup)
  • "«Последняя любовь бога огня». Документальный фильм". // Сайт Телестудии Роскосмоса. 2016-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-21.
  • "История предприятия. Валентин Петрович Глушко (1908—1989)". // Сайт ПАО «Ракетно-космическая корпорация „Энергия“ имени С.П.Королёва». 2017-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-06.
  • "НПО «Энергомаш» имени академика В.П.Глушко. Вехи истории". // Сайт НПО «Энергомаш» имени академика В.П.Глушко. 2016-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-26.
  • Статьи на Math-Net.Ru
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Valentin_Qluşko&oldid=8131335"
LOVE.AZ