. Love.az

Van Myeu - Wikipedia - Love.az

Ana Səhifə - Van Myeu

Ədəbiyyat Məbədi — Vyetnamın Hanoy şəhərində məbəd.

Van-Myeu
Văn Miếu
Xəritə
21°01′43″ şm. e. 105°50′08″ ş. u.HGYO
Ölkə
  •  Vyetnam
Yerləşir Hanoy
Tikilmə tarixi 1070[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Məbədin həyətindəki göl

Mündəricat

  • 1 Tarixi
  • 2 İmperial Akademiya
  • 3 Ərazisi
  • 4 Yenidənqurma işləri
  • 5 Tarixi abidə
  • 6 Qalereya
  • 7 İstinadlar
  • 8 Xarici keçidlər

Tarixi

redaktə

Məbədin əsası 1070-ci ildə imperator Li Than Tonq tərəfindən qoyulmuşdur.[2] Məbəd Çin alimi Konfutsiyə həsr edilmişdir.[2]

İmperial Akademiya

redaktə

1076-cı ildə Ədəbiyyat Məbədinin ərazisində Kral, dövlət qulluqçuları, zadəgan və digər elit təbəqəyə məxsus ailələrin övladlarının təhsil alması məqsədilə universitet - İmperial Akademiya yaradılmışdır.[2] Bu, Vyetnamın ilk milli universiteti hesab olunur.[2] Dövlət imtahanlarında yüksək nəticələr əldə etmiş şəxslərin adları məbədin həyətindəki xüsusi daş lövhələrin üzərində qeyd olunurdu.[2] Həmin daş lövhələrdən 82-si hazırda məbədin həyətində nümayiş etdirilir.[2]

Ərazisi

redaktə

Ümumi sahəsi 54 min kvadratmetr olan kompleksin ərazisində Ədəbiyyat gölü, park və s. vardır.[2]

Yenidənqurma işləri

redaktə

Tran sülaləsinin hakimiyyəti dövründə (1225-1400-cü illər) məbəddə yenidənqurma işləri aparılmışdır.[2] Təmir işləri digər sülalələrin hakimiyyətləri dövründə də ardıcıllıqla davam etdirilmişdir.[2] Təqribən iki əsr ərzində müharibələrə və fəlakətlərə baxmayaraq, binanın orijinal memarlıq üslubu qorunub saxlanmışdır.[2]

Ədəbiyyat Məbədində əsaslı təmir işləri 1920-ci, 1954-cü və 2000-ci illərdə aparılmışdır.[2]

Tarixi abidə

redaktə

Ədəbiyyat Məbədi 1906-cı ildə - Fransa müstəmləkəçiliyi dövründə tarixi abidə kimi qeydiyyata alınmışdır.[2] Kompleks 2010-cu ildə UNESCO-nun dünya mədəni irs siyahısına daxil edilmişdir.[2]

Qalereya

redaktə
  •  
  •  
  •  
  •  

İstinadlar

redaktə
  1. ↑ (not translated to lzh) 大越史記全書 (классич. кит.). 1479.
  2. ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Vyetnamda Ədəbiyyat Məbədi ilə tanış olub. Arxivləşdirilib 2014-05-24 at the Wayback Machine trend.az  (az.)

Xarici keçidlər

redaktə
  Vikianbarda Van-Myeu ilə əlaqəli mediafayllar var.
   Vyetnam ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Van-Myeu&oldid=7406586"
LOVE.AZ