Vaqif Əhmədov Malik oğlu (22 yanvar 1941, Qutqaşen) — kimyaçı, kimya elmləri doktoru, professor.[1]
Vaqif Əhmədov | |
---|---|
Vaqif Malik oğlu Əhmədov | |
Doğum tarixi | 22 yanvar 1941(1941-01-22) (84 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | |
Elmi adı | |
İş yerləri | Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu |
Təhsili |
Vaqif Əhmədov Malik oğlu 22.01.1941-ci il Qəbələ şəhərində anadan olmuşdur. 1948–1958-ci illərdə Qəbələdə 1 saylı orta məktəbində oxumuş, sonra 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin (indi Bakı Dövlət Universiteti) kimya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
1963-cü ildə SSRİ EA Element-üzvi Birləşmələr İnstitutunun (Moskva) aspiranturasına daxil olmuş və 1967-ci ildə kimya elmləri namizədi elmi dərəcəsini almışdır.
1967–1983-cü illərdə Neft-Kimya Prosesləri İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi və laboratoriya rəhbəri vəzifələrində çalışmışdır.
1977-ci ildə doktorluq dissertasiyası müdafiə edərək, "Kimya elmləri doktoru" elmi dərəcəsini, 1982-ci ildə isə səmərəli elmi-pedaqoji fəaliyyətinə görə professor elmi adını almışdır.
1984–2000-ci illərdə Bakı Dövlət Universitetinin "Neft Kimyası" və "Yüksəkmolekullu Birləşmələr Kimyası" kafedralarının müdiri vəzifələrində ışləmışdır.
2011–2013-cü illərdə AMEA-nın M. F. Nağıyev adına KPİ-da elmi işlər üzrə direktor müavini, "Nanometal tərkibli kompozitllər" laboratoriyasının müdiri vəzifələrində işləmişdir.
2014-cü ildən etibarən Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun "Nanokompozit katalizatorlar" laboratoriyasının müdiri vəzifəsində işləyir.
Bir sıra xariji ölkələrin: Oksford (İngiltərə) (1973–1974), Roma (İtaliya) (1983), Kanzas (ABŞ) (1986–1987), Ankara Orta Doğu (Türkiyə) (1994–1997), Ər-Riyad (Saudiyyə Ərəbistanı) (2000–2008) Universitetlərinin professoru və elmi araşdırıcısı işləmişdir.
Çox funksiyalı nanometal-kompleks katalizatorların yeni alınma üsullarının işlənib hazırlanması və onların kimyəvi sintezin müxtəlif sahələrində tədqiqi; müxtəlif sintetik və təbii polimerlər əsasında kimyəvi və bioloji aktivliyə malik materialların hazırlanması; tərkibində metal olmayan və təbii biokatalizatorları imitasiya edə bilən yüksək aktivliyə, spesific selektivliyə və ekoloji cəhətdən təmiz, yeni sinif nanoquruluşlu üzvi mənşəli katalizatorların hazırlanması və onların praktiki əhəmiyyət daşıyan bir sıra proseslərdə tətbiqi.
1984–2000-ci illərdə Bakı Dövlət Universitetinin "Neft Kimyası" və "Yüksəkmolekullu Birləşmələr Kimyası" kafedralarının müdiri vəzifələrində ışləmışdır. Onun rəhbərliyi ilə 1 doktorluq və 15 namizədlik dissertasiyaları yerinə yetirilmişdir. Hazırda o, aspirant və dissertantların elmi işlərinə rəhbərlik edir, magister kursu üzrə təhsil alan tələbələrə "Nanokataliz" fənnindən dərs deyir. Bir sıra PhD və doktororluq elmi dərəcəsi almaq üçün dissertasiya işlərinə, xarici jurnallara və Beynəlxalq konfranslara təqdim olunan elmi məqalələrə rəyçi kimi fəaliyyət göstərir. Mühazirə və çıxışlarını üç dildə- azərbaycan, ingilis və rus dillərində sərbəst aparır.