Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər. |
Qasımov Vaqif Əlicavad oğlu — Bakı Mühəndislik Universiteti, İnformasiya və kompüter texnologiyaları fakültəsi, dekan, Texnika Elmləri Doktoru, Professor. 8 iyun 1963-cü ildə Azərbaycan Respublikasının Hacıqabul rayonunun Padar kəndində anadan olmuşdur. 1978-ci ildə 12 №-li Padar 8 illik məktəbini, 1980-ci ildə isə Qarasu kənd orta məktəbini fərqlənmə ilə bitirmişdir.
Vaqif Qasımov | |
---|---|
Vaqif Əlicavad oğlu Qasımov | |
![]() | |
Doğum tarixi | (61 yaş) |
Doğum yeri | Padar, Hacıqabul rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
![]() ![]() |
Atası | Qasımov Əlicavad Zəbulla oğlu |
Anası | Qasımova Durna Qulam qızı |
Elm sahələri | informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi, proqramçı |
Elmi dərəcəsi | texnika elmləri doktoru |
Elmi adı | professor |
İş yerləri | Bakı Mühəndislik Universiteti, İnformasiya və kompüter texnologiyaları fakültəsi, dekan |
Təhsili | Moskva Neft və Qaz İnstitutu (indiki Moskva Dövlət Neft və Qaz Universiteti) |
Mükafatları | |
beu.edu.az/az/staff/vaqa… |
1981-ci ildə M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin) "İstehsal proseslərinin avtomatlaşdırılması" fakültəsinə daxil olmuş, "Tətbiqi riyaziyyat" ixtisası üzrə təhsil almağa başlamışdır. Təhsildə xüsusilə fərqləndiyinə görə institutun "Tətbiqi riyaziyyat" kafedrasında laborant vəzifəsinə işə qəbul edilmişdir. Əlaçı tələbə olduğuna görə Vaqif Qasımov həmin dövrdə Ümummilli lider Heydər Əliyev tərəfindən həyata keçirilən məqsədli təhsil proqramı çərçivəsində təhsilini davam etdirmək üçün 1983-cü ildə İ. M. Qubkin adına Moskva Neft və Qaz Universitetinə göndərilmişdir. 1986-cı ildə həmin universitetin "Avtomatika və hesablama texnikası" fakültəsini "Tətbiqi riyaziyyat" ixtisası üzrə bitirərək mühəndis-riyaziyyatçı və proqramçı ixtisaslarına yiyələnmiş, informasiya texno-logiyaları sahəsində mütəxəssis kimi formalaşmışdır. Ali təhsilini başa vurduqdan sonra 1986-cı ildə milli kadr kimi Azərbaycana qayıdaraq, təyinat üzrə Azərbaycan Milli Elmlər Akademiyasında elmi fəaliyyətə başlamışdır. 1986-cı ildə Akademiyanın Fizika İnstitutunun Fiziki-kimyəvi biologiya bölməsində böyük laborant, 1987–90-cı illərdə Nəbatat İnstitutunun Biologiyada riyazi modelləşdirmə sektorunda kiçik elmi işçi vəzifələrində işləmişdir. 1990-cı ildən fəaliyyətini Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya və Telekommunikasiya Elmi Mərkəzində (indiki İnformasiya Texnologiyaları İnstitutu) davam etdirmişdir. O, burada böyük elmi yaradıcılıq yolu keçərək, I dərəcəli mühəndis, aparıcı mühəndis, qrup rəhbəri vəzifələrində çalışmış, 1993-cü ildən 2000-ci ilədək isə informasiya sistemləri, kompüter şəbəkələri və informasiya təhlükəsizliyi problemləri ilə məşğul olan elmi-tədqiqat laboratoriyasına rəhbərlik etmişdir. Proqramçı mühəndis kimi bir çox dövlət və hökumət strukturlarında, banklarda və digər təşkilatlarda kompüter texnologiyalarının tətbiqi, informasiya sistemlərinin, məlumat bazalarının, kompüter şəbəkələrinin yaradılması və tətbiqi ilə nəticələnən praktiki layihələr həyata keçirmişdir. Azərbaycanda İnternet şəbəkəsinin ilk qovşağının yaradılması və sonradan genişlənməsi işində çox yaxından iştirak etmişdir. Həmin dövrdə Azərbaycan Milli Elmlər Akademiyasının elmi-tədqiqat institutlarını, respublikanın aparıcı universitetlərini və digər dövlət təşkilatlarını özündə birləşdirən akademik İnternet mərkəzinin yaradılmasında bilavasitə iştirak etmiş və bu mərkəzə rəhbərlik etmişdir.
V. Ə. Qasımov respublika və beynəlxalq bir çox layihələrdə yaxından iştirak etmişdir:
1998-ci ildə "Açıq tipli kompüter şəbəkələrində informasiya təhlükəsizliyi sisteminin effektiv strukturunun qurulması və realizə edilməsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. 2005-ci ildə ona dosent elmi adı verilmişdir.[1] 2008-ci ildə isə "Qlobal informasiya şəbəkələrində paylanmış strukturlu intellektual informasiya-axtarış sistemlərinin layihələndirilməsinin əsasları və tətbiqi" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək texnika elmləri doktoru alimlik dərəcəsi almışdır. 2011-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona "İnformasiya təhlükəsizliyi" ixtisası üzrə professor elmi adı verilmişdir. V. Ə. Qasımov elmi-tədqiqat fəaliyyəti ilə yanaşı pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. O, 1992–1996-cı illərdə Qərb Universitetində baş müəllim, 1998–2007-ci illərdə Azərbaycan Texniki Universitetində, 2007–2008-ci illərdə Bakı Dövlət Universitetində dosent vəzifələrində çalışmış, müasir informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, ali riyaziyyat və s. sahələrdə mühazirələr oxumuşdur. Onun yetişdirdiyi kadrlar dövlət və hökumət orqanlarında, aparıcı xarici təşkilatların Azərbaycan ofislərində, xaricdə müvəffəqiyyətlə fəaliyyət göstərirlər. 2000-ci ildən 2016-cı ilin sonunadək Milli Təhlükəsizlik Nazirliyinin (indiki Dövlət Təhlükəsizlik Xidməti) Heydər Əliyev adına Akademiyasında xidmət et-mişdir. Tədris şöbəsinin rəisi və fakültənin rəisi vəzifələrində işləmişdir. 2016-cı ildən 2019-cu ilədək Milli Aviasiya Akademiyasında "İnformasiya texnologiyaları" kafedrasının professoru vəzifəsində çalışmışdır. 2019-cu ildən 2024-cü ilədək Azərbaycan Texniki Universitetinin "Kompüter texnologiyaları və kibertəhlükəsizlik" kafedrasının müdiri vəzifəsində işləmişdir. 2024-cü ilin sentyabr ayından Bakı Mühəndislik Universitetinin İnformasiya və kompüter texnologiyaları fakültəsinin dekanı vəzifəsində işləyir[2]. Eyni zamanda həmin universitetin "kibertəhlükəsizlik və kompüter mühəndisliyi" kafedrasının professorudur. 2009-cu ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının informatika sahəsi üzrə Ekspert şurasının üzvü olmuşdur, hazırda Texnika üzrə Ekspert Şurasının sədridir. İnformasiya təhlükəsizliyi, kriptoqrafiya, steqanoqrafiya, informasiya axtarışı və təhlili üsulları və alqoritmləri, paylanmış informasiya sistemləri, kompüter şəbəkələri, məlumat və biliklər bazaları, süni intellekt sistemləri, qeyri-səlis riyaziyyat və digər sahələrdə elmi tədqiqatlarını davam etdirir. ABŞ, Finlandiya, Almaniya, Türkiyə, Hindistan, Macarıstan, Rusiya, Ukrayna, Qazaxıstan, Sloveniya, Litva, Gürcüstan və s. ölkələrdə 25-dən artıq beynəlxalq səviyyəli elmi-praktiki konfranslarda və simpoziumlarda elmi məruzələrlə çıxış etmişdir. O, 200-dən artıq elmi əsərin, o cümlədən 2 ixtiranın, 5 monoqrafiyanın, 16 dərslik və dərs vəsaitinin, 4 albom-kitabın,[3] 5 tədris proqramının, 170-dən artıq elmi məqalənin və tezisin müəllifidir.[4] Əsərləri respublikanın ali təhsil müəssisələrində dərslik və dərs vəsaitləri kimi istifadə olunur.[5] Onlarla elmi məqaləsi respublikadan kənarda, o cümlədən ABŞ, Rusiya, Türkiyə, Hindistan, Ukrayna, Qazaxstan, Macarıstan, Litva və digər ölkələrdə nüfuzlu elmi jurnallarda dərc olunmuşdur. Onun "İnformasiya təhlkəsizliyi: kompüter cinayətkarlığı və kiberterrorçuluq" adlı monoqrafiyası "İntellekt-2008" mükafatına layiq görülmüşdür.[6]
V. Ə. Qasımov fəaliyyəti dövründə bir sıra təltif və mükafatlar almışdır. Xidməti vəzifələrinin icrası zamanı xüsusilə fərqləndiyinə görə 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə, eləcə də Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirinin əmrləri ilə müxtəlif medal və Fəxri Fərmanlarla təltif edilmişdir.[7] Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı
Bakı Mühəndislik Universitetinin rəsmi saytı
Arxivləşdirilib 2019-11-18 at the Wayback Machine