Vasili İqnatenko (d. 13 mart1961; Braqin, Belarus SSR - ö. 13 may1986; Moskva, Sovet İttifaqı) — Ukraynanın Milli Qəhrəmanı (2006); 1986-cı il aprelin 26-da Çernobıl AES-da baş verən qəzanın söndürülməsində xidmətləri olub.
Ukraynanın Milli Qəhrəmanı — Ukrayna Prezidenti Viktor Yuşenkonun 22 aprel 2006-cı il tarixli Sərəncamı ilə 1986-cı ildə Çernobıl AES-da baş verən qəzanın söndürülməsində xidmətlərinə görə təltif edildi.
"İgidliyə görə" fərqlənmə nişanı — Ukrayna Prezidenti Leonid Kuçmanın 8 may 1996-cı il tarixli Sərəncamı ilə 1986-cı ildə Çernobıl AES-da baş verən qəzanın söndürülməsində xidmətlərinə görə təltif edildi.
"Qırmızı Bayraq" ordeni — Ölümündən sonra təltif edildi.