. Love.az

Vaxusti Kotetisvili - Wikipedia - Love.az

Ana Səhifə - Vaxusti Kotetisvili

Vaxuşti Vaxtanqoviç Kotetişvili (gürc. ვახუშტი ვახტანგის ძე კოტეტიშვილი; 4 avqust 1935, Tiflis, Gürcüstan SSR, SSRİ – 7 avqust 2008, Tbilisi) — Gürcü və sovet ədəbiyyatşünası və tərcüməçisi, filologiya elmləri doktoru, professor, Gürcüstan Pedaqoji Elmlər Akademiyasının akademiki. Səba mükafatının qalibi.[2]

Vaxuşti Kotetişvili
gürc. ვახუშტი კოტეტიშვილი
Doğum tarixi 4 avqust 1935(1935-08-04)
Doğum yeri
  • Tiflis, Gürcüstan SSR, SSRİ
Vəfat tarixi 7 avqust 2008(2008-08-07) (73 yaşında)
Vəfat yeri
  • Tbilisi, Gürcüstan
Atası Vaxtanq Kotetişvili
Elm sahələri ədəbiyyat[1], ədəbi tənqid[1], folklorşünaslıq[1]
Elmi dərəcəsi
  • filologiya elmləri doktoru
Təhsili
  • Tbilisi Dövlət Universiteti

Mündəricat

  • 1 Həyatı
  • 2 Əsərləri
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Vaxuşti Kotetişvili 4 avqust 1935-ci ildə Tbilisidə məşhur gürcü yazıçısı, folklorşünası, ədəbiyyatşünası alimi, tənqidçisi, tarixçisi, rəssamı, heykəltəraşı, sənətşünası, jurnalisti və ictimai xadimi Vaxtanq Kotetişvilinin (1893–1937) ailəsində anadan olub. Anası milliyətcə rus Nina Dilevskaya olub. 1937-ci ildə atası repressiyaya məruz qalıb. Ailəsi uzun müddət atasının kimliyini gozlədərək yaşayıb. Vaxuşti Kotetişvilinin xatirələrində yazır ki, məktəb illərində Stalin repressiyaları qurbanı olmuş atasına görə çox əziyyət çəkib. Yalnız İosif Stalinin vəfatından sonra ailə üzvləri rahat nəfəs ala bilib.[3]

Vaxuşti Kotetişvili 1959-cu ildə Tbilisi Dövlət Universitetiinin şərqşünaslıq fakültəsini bitirib. O, 1965–1977-ci illərdə universitetdə dərs deyib.

Kotetişvili ilk şeirini 1954-cü ildə, ilk tərcümələrini isə 1958-ci ildə çap etdirmişdir.

O, 1964-cü ildə XIV əsr İran şairi və sufisi Hafiz Şirazinin yaradıcılığına həsr olunmuş "Hafizin lirikasının şərhi haqqında" adlı namizədlik dissertasiyasını müdafiə etmişdir.[4] Vaxuşti Kotetişvili 1975-ci ildə müdafiə etdiyi "Fars klassik qafiyəsinin quruluşu" adlı dissertasiyasına görə doktorluq dissertasiyası almışdır.[5]

Vaxuşti Kotetişvili İnnokenti Annenski, Maks Voloşin, Nikolay Qumilyov, Osip Mandelştam, Marina Svetayeva, İosif Brodski, Boris Pasternak kimi Rus poeziyasının gümüş əsri nümayəndələrinin əsərlərini gürcü dilinə tərcümə edib. Xatirələrində qeyd etdiyi ki, Pasternakı 45 il ərzində tərcümə edib. O, həmçinin fars poeziyasının da görkəmli tərcüməçisi olub.[6]

Vaxuşti Kotetişvili Tbilisidə, Vaxtanq Kotetişvili küçəsi, 7 ünvanında yaşayıb.

Əsərləri

redaktə

Mənim yaşım bir dəqiqədir. 2005 ISBN 5-94542-174-X[7]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 Kotetišvili, Vaḫušti // Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. ↑ "Литературный конкурс «Саба» — возрождая традиции грузинской литературы". 2018-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-28.
  3. ↑ "Грузия глазами Художника — Вахушти Котетишвили". 2018-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-27.
  4. ↑ "Каталог РНБ". 2018-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-27.
  5. ↑ "Каталог РНБ". 2018-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-27.
  6. ↑ Вахушти Котетишвили: искусство осознания тайн творчества
  7. ↑ "Каталог РНБ". 2018-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-28.

Xarici keçidlər

redaktə
  • Вахушти Котетишвили исполнилось бы 80 лет
  • Вахушти Котетишвили: искусство осознания тайн творчества
  • Семья сына священника и княжны, черный бант и поджог в доме № 7 по улице Котетишвили
  • ვახუშტი კოტეტიშვილი (gürc.)
  • ვახუშტი კოტეტიშვილი – Vakhushti Kotetishvili
  • Тост Вахушти
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vaxuşti_Kotetişvili&oldid=8052364"
LOVE.AZ