Sarvastivada-vaybhaşika (sanskr. सर्वास्तिवाद-वैभाषिक) və ya sadəcə vaybhaşika (वैभाषिक), — hinayana buddizminin fəlsəfi məktəbi. E.ə. III–II əsrlərdə inkişaf etmişdir. Əsas mənbəsi Vasubandhunun "Abhidharmakoşa" traktatıdır. Buddist dharmalar təlimini inkişaf etdirmişdir.[1] Odur ki bu məktəbin fəlsəfəsi şüurların və varlıqların axını yaradan və keçmişdə, indidə və gələcəkdə reallıq yaradan elementlər kimi dharmalar təliminə əsaslanır. Dharmanın bir anlıq görünmək, hərəkətlər etmək və ya başqaları ilə birləşmək, sonra isə növbəti dharmaya yol açmaq məqsədilə yox olmaq üçün vaxtı var. Sonsuza qədər davam edən bu proses "dharma dalğası" adlanır. Həyatın cərəyanlarında həmişə aydın görünməyən, lakin digər dharmaları həyəcanlandıran, narahat edən və pozan dharma (kleşa) həmişə mövcuddur.[2]