. Love.az

Velicko Colakov - Wikipedia - Love.az

Ana Səhifə - Velicko Colakov

Veliçko Çolakov (12 yanvar 1982 – 20 avqust 2017) — Bolqarıstanı və Azərbaycanı təmsil edən ağır atlet.[1]

Veliçko Çolakov
Şəxsi məlumatlar
Tam adı Veliçko Çolakov
Vətəndaşlığı Bolqarıstan Bolqarıstan →
Azərbaycan Azərbaycan
Doğum tarixi 12 yanvar 1982
Doğum yeri Smolyan, Bolqarıstan
Vəfat tarixi 20 avqust 2017 (35 yaşında)
Vəfat yeri Smolyan, Bolqarıstan
Boyu 205 sm. (5 ft 6 in)
İdman növü Ağır atlet
Medallar

Olimpiya Oyunları
Bürünc 2004 Afina +105 Kq.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karyerası

redaktə

Karyerasının birinci uğuruna Veliçko Çolakov 2002-ci ildə gənclər arasında Dünya və Avropa Çempionatlarının qalibi olmaqla imza atdı.[1]

2003-cü ildə Veliçko Çolakov Kanadada baş tutan Dünya Çempionatında gümüş medalla başa vurdu.[1]

2004-cü ilin mayında Veliçko Çolakov Kiyev şəhərində baş tutan Avropa Çempionatının qalibi oldu.[1] Həmin avqustunda Afina şəhərində (Yunanıstan) baş tutan XXVIII Yay Olimpiya Oyunlarında isə Veliçko Çolakov 447.5-lıq (207.5 + 240.0) nəticə göstərdi və olimpiadanın bürünc medalına sahib oldu.[1]

Olimpiadadan sonra Veliçko Çolakov 2006-cı ildə Polşada baş tutan Avropa Çempionatını gümüş medalla başa vurdu.[1]

2008-ci ildə Veliçko Çolakov və digər bolqar idmançılarından götürülən dopinq-testin analizinin müsbət nəticə verməsi barədə məlumat verildi.[1] Bununla da Bolqarıstan ağır atletləri 2008-ci il olimpiadasında mübarizə aparmadı.[1]

Bir müddət beynəlxalq turnirlərdə çıxış eləməyən Veliçko Çolakov daha sonra bir neçə bolqar ağır atletləri ilə birgə Azərbaycan yığmasının heyətinə cəlb edildi. Veliçko Çolakov 2012-ci ildə Azərbaycanı London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil eləməli olsa da, son anda zədə səbəbilə olimpiada da mübarizə aparmadı.

Veliçko Çolakov 20 avqust 2017-ci ildə 35 yaşında ürəyində olan problemlərə görə vəfat etdi.[1]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 7 8 9 Olympedia.org. "Veliço ÇOLAKOV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Veliçko_Çolakov&oldid=8165043"
LOVE.AZ