Venkatraman Ramakrişnan - (tam. வெங்கடராமன் ராமகிருஷ்ணன்; ing. Venkatraman Ramakrishnan; 1952[2]) hind mənşəli Amerika[8] və Britaniya biokimyaçısı, Tomas Steys və Ada Yonat ilə bərabər “Ribosomun strukturu və funksiyası ilə bağlı tədqiqatlarına görə” 2009-cu il Kimya üzrə Nobel Mükafatı laureatıdır.[9]
Venkatraman Ramakrişnan | |
---|---|
tam. வெங்கட்ராமன் ராமகிருஷ்ணன் | |
![]() | |
Doğum tarixi | 1952[2] |
Elm sahələri | biokimya, Molekulyar biologiya[1] |
İş yerləri |
|
Təhsili | |
Üzvlüyü | |
Mükafatları |
![]() ![]() ![]() ![]() |
mrc-lmb.cam.ac.uk/ribo/h… | |
![]() |
2012-ci ildə Knight Bakalavr dərəcəsini almışdır. 2003-cü ildə London Kral Cəmiyyətinin üzvü daha sonra, 2015-2020-ci illər arasında London Kral Cəmiyyətinin prezidenti kimi yüksək vəzifəyə qədər yüksəlmiş,[10] ABŞ Milli Elmlər Akademiyasının (2004-cü ildən),[11] Leopoldina (2010-cu ildən) və Amerika Fəlsəfə Cəmiyyətinin (2020-ci ildən) üzvü olmuşdur,[12] Hindistan Milli Elmlər Akademiyasının xarici üzvüdür (2009-cu ildən).
Venkatraman Ramakrişnan 1952-ci ildə Hindistanınn Tamil Nadu ştatının Çidambaram şəhərində [13] biokimyaçı alim ailəsində anadan olmuşdur. Üç yaşında o, ailəsi ilə birlikdə Qücərat ştatının Vadodara şəhərinə köçmüşdür. Burada onun valideynləri yerli universitetdə işləyirdilər. V.Ramakrişnan əvvəllər Hindistan Texnologiya İnstitutuna və Xristian Tibb Kollecinə daxil olmağa cəhd etsə də bu cəhdləri müsbət nəticələnməmişdir. Təhsilini əvvəl İsa və Məryəm monastırındakı orta məktəbdə, daha sonra isə eyni universitetdə oxumuşdur. 1971-ci ildə bakalavr dərəcəsi almışdır.[14]
1971-1976-cı illər arasında ABŞ-da təhsilini davam etdirmiş, Ohayo Universitetində[15][16] fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almış, sonra isə San-Dieqodakı Kaliforniya Universitetində daha iki il biologiya üzrə təhsil almışdır.[17]
Yel Universitetində Piter Murun rəhbərliyi altında dissertant kimi ribosomlarla işləməyə başlamışdır.[18] Təcrübəni başa vurduqdan sonra o, müraciət etdiyi 50-yə yaxın Amerika universitetinin heyətində iş tapa bilməmişdir[19] və Brookhaven Milli Laboratoriyasının əməkdaşlarına qoşulmuş və 1983-1995-ci illər arasında burada ribosomları öyrənməyə davam etmişdir. 1995-ci ildə Yuta Universitetində biokimya professoru vəzifəsinə təyin olunmuş, 1999-cu ildən isə 1991-1992-ci illərdə işgüzar səfərdə olduğu Kembric Universitetində molekulyar biologiya laboratoriyasında işləyir.
2002-ci ildən Avropa Molekulyar Biologiya Təşkilatının (AMBT) üzvüdür.