Veyisli (əvvəlki adı: Çalaberti) — Azərbaycan Respublikasının Goranboy rayonunun Veyisli kənd inzibati ərazi dairəsində kənd.[1] 3 iyul 1998-ci il tarixli 518-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Goranboy rayonunun Çalaberti kəndi Veyisli kəndi, Çalaberti kənd inzibati ərazi vahidi Veyisli kənd inzibati ərazi vahidi adlandırılmışdır.[2]
Veyisli | |
---|---|
40°35′09″ şm. e. 46°43′31″ ş. u.HGYO | |
Ölkə | |
Rayon | Goranboy rayonu |
Tarixi və coğrafiyası | |
Əvvəlki adı | Çalaberti |
Mərkəzin hündürlüyü | 241 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Milli tərkibi | azərbaycanlılar |
Etnoxronim | goranboylu |
Rəsmi dili | Azərbaycan dili |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ 2241 |
Nəqliyyat kodu | 22 |
Digər | |
goranboy-ih.gov.az {{ref-Azərbaycanca}} | |
Xəritəni göstər/gizlə
|
Kəndin keçmiş adı Veyisli tarixi Çiləbörd mahalının adıyla bağlıdır. Oykonim "çala" (çuxur, dərə) və "bert" (ər. "qala") sözlərindən düzəlib ("-i" mənsubiyyət şəkilçisi), "dərə qalası" deməkdir. 1998-ci ildən kənd Veyisli adı ilə rəsmiləşdirilmişdir.[3]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1555 nəfər əhali yaşayır.[4]
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Goranboy rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |