Videokonfrans — kompüter imkanlarından istifadə etməklə məsafədən ünsiyyət üçün nəzərdə tutulmuşdur. Videokonfrans şəbəkə vasitəsilə insanlara bir-birini eşitməyə və görməyə, interaktiv rejimdə məlumat mübadiləsi aparmağa və onları birgə emal etməyə imkan verən texnologiyadır. O, məsafə maneəsini aradan qaldırmağa imkan yaradır.
Videokonfransın tətbiq sahəsi olduqca böyükdür. Bu gün videokonfrans istifadə edilmədiyi fəaliyyət sahəsi demək olar ki qalmayıb.
Düzgün tətbiq edildikdə, videokonfrans böyük və məsafəli iş qüvvəsi istifadə edən təşkilatlara dərhal nəzərə çarpacaq maliyyə və inzibati faydalarını verməyə başlayacaqdır. Videokonfrans fəaliyyət səmərəliliyini, rəqabət üstünlüklərini, məhsuldarlığı və nəticə etibarilə şirkətin mənfəətini artırır. Belə videokonfrans avadanlıqlarını əsasən regionlarda, şəhərlərdə və yaxud digər ölkələrdə filialları olan şəbəkə ticarət müəssisələri və ya beynəlxalq şirkətlərin yerli nümayəndəliyi üçün gündəlik ya aylıq iclaslar, əməkdaşlar üçün treninqlər keçirmək, daimi əlaqəda qalmaq üçün mühüm alət hesab etmək olar.