. Love.az

Vikipediya 2018 Bahar Vikidusergesi - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya 2018 Bahar Vikidusergesi
2018 Bahar Vikidüşərgəsi
Başlama tarixi 2 iyun 2018
Bitmə tarixi 3 iyun 2018
Yeri
  • Quba
Əvvəlki 2017 Yay Vikidüşərgəsi
Sonrakı 2019 Yay Vikidüşərgəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
2018 Bahar Vikidüşərgəsinin iştirakçıları

2018 Bahar Vikidüşərgəsi — "Azərbaycan Vikimedia Könüllüləri" İctimai Birliyi tərəfindən təcrübəli və yeni vikipediyaçılar üçün Quba rayonunda keçirilməsi təklif edilən və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəklədiyi "Azərbaycandilli Vikipediya könüllülərinin Bahar düşərgəsi" layihəsi çərçivəsində təşkil ediləcək vikidüşərgə. Vikidüşərgə 2–3 iyun tarixlərində Quba rayonunda keçiriləcəkdir. İştirakçıların layihədə iştirak xərcləri təşkilatçılar tərəfindən qarşılanacaqdır.

Mündəricat

  • 1 Məqsədlər
  • 2 Görüləcək işlər
  • 3 Düşərgənin yeri və şəraiti
  • 4 Necə iştirak etməli
  • 5 Təşkilat Komitəsi
  • 6 Düşərgənin qrafiki
    • 6.1 1-ci gün — Şənbə, 2 iyun
    • 6.2 2-ci gün — Bazar, 3 iyun
  • 7 Həmçinin bax
  • 8 Xarici keçidlər

Məqsədlər

redaktə
  • Azərbaycanda Vikimedia hərəkatının gücləndirilməsi, fəal istifadəçilər arasında sıx əlaqələrin və əməkdaşlığın qurulması, yeni könüllülərin cəlb edilməsi, multikulturalizm cəhətdən zəngin olan və qədim tarixə malik Quba rayonu və onun mədəniyyətinə dair Vikipediyada məqalələrin yaradılması;
  • Vikipediyanın çağdaş dönəmdə informasiyanın əldə edilməsində xüsusi əhəmiyyətə malik virtual məlumat platforması olmasının Azərbaycan cəmiyyətində aktuallaşdırılması;
  • Vikipediyadan istifadənin kütləviləşdirilməsi, müasir texnoloji vasitələrdən istifadə etmək bacarığına malik gənc könüllülərin Vikipediyaya cəlb edilməsi istiqamətində təbliğat işlərinin aparılması;
  • Vikipediyanın Azərbaycan dili bölməsi üzrə, eyni zamanda digər aparıcı dil bölmələrində ölkəmizlə bağlı fəaliyyətin məqsədli və planlı şəkildə həyata keçirilməsi üçün maarifləndirmə tədbirlərinin görülməsi.

Görüləcək işlər

redaktə

Vikidüşərgədə 35 nəfərin iştirakı nəzərdə tutulur. Onlardan 10-u yeni, 25-i təcrübəli istifadəçilər olacaqdır.

Düşərgə müddətində az-vikidə 150 məqalənin yaradılması, Vikianbara 400 fotoşəkilin yüklənməsi nəzərdə tutulmuşdur.

Düşərgə dövründə iştirakçılara müxtəlif ölkələrdə vikipediyaçıların həyata keçirdikləri layihələr, Vikipediyada tətbiq edilən müxtəlif faydalı alətlər, Vikidata və s. barədə təqdimatlar olacaqdır.

Düşərgənin yeri və şəraiti

redaktə

Vikidüşərgənin Quba şəhərində yerləşən "Quba Holiday Village" istirahət mərkəzində keçirilməsi nəzərdə tutulub.

Necə iştirak etməli

redaktə

Düşərgədə iştirak etmək üçün müraciətlər BU QEYDİYYAT FORMASI ilə qəbul edilir.

Son qeydiyyat tarixi: 15 may 2018; 23:59:59.

Düşərgənin iştirakçıları Təşkilat Komitəsi üzvlərinin qiymətləndirməsi əsasında seçiləcəkdir.

Təşkilat Komitəsi

redaktə

Düşərgənin təşkili və iştirakçıların seçilməsi Təşkilat Komitəsinin aşağıdakı üzvləri tərəfindən həyata keçiriləcəkdir:

Təşkilat Komitəsinin rəhbəri
  • Wertuose
Təşkilat Komitəsinin üzvləri
  • Cekli829
  • Eldarado
  • Eminn
  • Fortius-94

Düşərgənin qrafiki

redaktə

1-ci gün — Şənbə, 2 iyun

redaktə
Saat Hadisə Yer Qeyd
07:30-08:00 Avtobusa minik 20 Yanvar abidə-kompleksinin önü (20 Yanvar metrostansiyasının yanı) Vaxtında gəlmək xahiş olunur
08:00–10:30 Bakı-Quba yolu —
10:30–11:30 Oteldə yerləşmə "Holiday Village" istirahət mərkəzi İştirakçılar 1 kottecdə 6 nəfər olmaqla yerləşdiriləcək
11:30–12:00 Çay fasiləsi —
12:00–14:00 Təlim —
14:00–15:30 Nahar fasiləsi —
15:30–17:30 Məqalə yaratma — 75 məqalənin yaradılması nəzərdə tutulub.
17:30–18:00 Çay fasiləsi —
18:00–19:30 Məqalə yaratmaq — Əlavə 75 məqalənin yaradılması nəzərdə tutulub.
19:30–21:30 Axşam yeməyi —
21:30-dan sonra Sərbəst vaxt —

2-ci gün — Bazar, 3 iyun

redaktə
Saat Hadisə Yer Qeyd
08:00-09:00 Səhər yeməyi —
09:30–10:00 Avtobusa minik —
10:00–15:00 Qubanın tarixi-mədəniyyət abidələrinə fotogəzinti Arada çay fasiləsi veriləcək Vikianbara yükləmək üçün 400 fotoşəkil çəkiləcək
16:00–17:00 Nahar/Axşam yeməyi —
17:00–17:15 Bağlanış mərasimi —
17:15–18:00 Avtobusa minik —
18:00–20:00 Quba-Bakı yolu —
20:00 20 Yanvar metrostansiyasına gəliş 20 Yanvar abidə-kompleksinin önü (20 Yanvar metrostansiyasının yanı)

Həmçinin bax

redaktə
  • Vikipediya:2017 Yay Vikidüşərgəsi
  • Vikipediya:2019 Yay Vikidüşərgəsi
  • Vikipediya:Vikidüşərgə 2022
  • Vikipediya:Gənclərin Vikipediya düşərgəsi 2023

Xarici keçidlər

redaktə
  Vikianbarda 2018 Bahar Vikidüşərgəsi ilə əlaqəli mediafayllar var.
  • Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vebsaytı
  • Vikipediyaçılar Quba Soyqırımı Memorial Kompleksində
 
"Azərbaycan vikimediaçıları" istifadəçi qrupunun keçirdiyi Vikidüşərgələr
Bahar Vikidüşərgəsi
  • 2018 Quba
Yay Vikidüşərgəsi
  • 2017 Qax
  • 2019 Şamaxı
  • 2023 Lənkəran
  • 2024 Şəki
  • 2025 Qazax
Payız Vikidüşərgəsi
  • 2022 Sumqayıt
Qış Vikidüşərgəsi
  • 2023 Göygöl
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:2018_Bahar_Vikidüşərgəsi&oldid=7716452"
LOVE.AZ