. Love.az

Vikipediya Genc Vikipediyacilarin Qis Dusergesi 2023 - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Genc Vikipediyacilarin Qis Dusergesi 2023
Gənc vikipediyaçıların qış düşərgəsi 2023
Başlama tarixi 8 dekabr 2023
Bitmə tarixi 10 dekabr 2023
Əvvəlki Gənclərin Vikipediya düşərgəsi 2023
Sonrakı Gənclər ilə Vikipediyanı öyrənək, öyrədək və paylaşaq 2024
Təşkilatçılar Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, "Azərbaycan vikimediaçıları" istifadəçi qrupu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gənc Vikipediyaçıların qış düşərgəsi 2023 — "Azərbaycan vikimediaçıları" istifadəçi qrupu tərəfindən təcrübəli və yeni, gənc vikipediyaçılar üçün Göygöl şəhərində keçirilməsi təklif edilən və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəklədiyi "Gənc vikipediyaçıların qış düşərgəsi" layihəsi çərçivəsində təşkil ediləcək vikidüşərgə. Vikidüşərgə 8–10 dekabr tarixlərində Göygöl rayonunda Göygöl Olimpiya İdman Kompleksində keçiriləcəkdir. Düşərgə iştirakçılarının xərcləri təşkilatçılar tərəfindən qarşılanacaqdır.

Mündəricat

  • 1 Məqsədlər
  • 2 Düşərgənin yeri və şəraiti
  • 3 Necə iştirak etməli
  • 4 Təşkilat Komitəsi
  • 5 Düşərgənin qrafiki
    • 5.1 1-ci gün — 8 dekabr, cümə
    • 5.2 2-ci gün — 9 dekabr (şənbə)
    • 5.3 3-cü gün — bazar, 10 dekabr
  • 6 Qalereya
  • 7 Mediada
  • 8 Həmçinin bax

Məqsədlər

redaktə
  • Azərbaycanda Vikimedia hərəkatının gücləndirilməsi, fəal istifadəçilər arasında sıx əlaqələrin və əməkdaşlığın qurulması, yeni könüllülərin cəlb edilməsi,
  • Azərbaycan Respublikası Gənclər və idman Nazirliyi və onun fəaliyyəti haqqında Vikipediyada məqalələrin yaradılması;
  • Vikipediyanın çağdaş dönəmdə informasiyanın əldə edilməsində xüsusi əhəmiyyətə malik virtual məlumat platforması olmasının Azərbaycan cəmiyyətində aktuallaşdırılması;
  • Vikipediyadan istifadənin kütləviləşdirilməsi, müasir texnoloji vasitələrdən istifadə etmək bacarığına malik gənc könüllülərin Vikipediyaya cəlb edilməsi istiqamətində təbliğat işlərinin aparılması;
  • Vikipediyanın Azərbaycan dili bölməsi üzrə, eyni zamanda digər aparıcı dil bölmələrində ölkəmiz, idman və gənclər siyasəti ilə bağlı fəaliyyətin məqsədli və planlı şəkildə həyata keçirilməsi üçün maarifləndirmə tədbirlərinin görülməsi.

Düşərgənin yeri və şəraiti

redaktə

Vikidüşərgə Göygöl rayonunda yerləşən Göygöl Olimpiya İdman Kompleksində keçiriləcəkdir.

Necə iştirak etməli

redaktə

Düşərgədə iştirak etmək üçün müraciətlər BU QEYDİYYAT FORMASI ilə qəbul edilir. Son qeydiyyat tarixi: 03 dekabr 2023; 23:59:59.

  • Düşərgənin iştirakçıları Təşkilat Komitəsi üzvlərinin qiymətləndirməsi əsasında seçiləcəkdir.

Təşkilat Komitəsi

redaktə

Düşərgənin təşkili və iştirakçıların seçilməsi Təşkilat Komitəsinin sədri və aşağıdakı üzvləri tərəfindən həyata keçiriləcəkdir:

  • A.Aida88 (müzakirə • töhfələr • statistikalar) – Sədr
  • Wertuose (müzakirə • töhfələr • statistikalar)
  • Royalityone (müzakirə • töhfələr • statistikalar)
  • Toghrul R (müzakirə • töhfələr • statistikalar)

Düşərgənin qrafiki

redaktə

1-ci gün — 8 dekabr, cümə

redaktə
Saat Hadisə Yer Qeyd
07:00 Avtobusa minik "Gənclik" metrostansiyasının yaxınlığı (Badamlı binasının önü)

Koordinatlar: 40°24′02″ şm. e. 49°50′59″ ş. u.HGYO

Vaxtında gəlmək xahiş olunur
07:00–11:30 (12:00) Bakı-Göygöl yolu —
12:00 OİK-də yerləşmə Göygöl Olimpiya İdman Kompleksi İştirakçılar 1 kottecdə (otaqda) 3 və 4 nəfər olmaqla yerləşdiriləcək
12:30–13:00 Promo məhsulların verilməsi Reception Düşərgə iştirakçılarının vahid uni-formasının paylanması Qeyd: Köynəkləri geyinmək mütləqdir
13:00–14:00 Nahar fasiləsi Göygöl Olimpiya İdman Kompleksinin restoranı
14:00–15:00 Açılış tədbiri Konfrans zalı Açılış tədbirində hamının iştirakı mütləqdir
Qruplar üzrə bölgü Peşəkar və yeni gənc istifadəçilərin bir-birilərini tanıması, məqalələr yaradarkən biliklərin, təcrübələrin mübadiləsi asudə vaxtın təşkilində qruplar üzrə oyunlarda birlikdə oynamaq. (Məqalə müsabiqəsi (fərdi və qruplar üzrə)
Qrup foto Olimpiya İdman Kompleksində kollektiv foto OİK önü
15:00 – 17:00 Təlimlər (yeni istifadəçilər üçün) Konfrans zalı Vikipediya təlimləri (profil açma, məqalə yaratma, vikiləşdirmə) Təlimçilər: A.Aida88 və Gunay M.E.
Vikianbar Təlimçi: Toghrul R
Vikiverilənlər
15:00 – 17:00 Edit-a-thon – Məqalə yaratma və redaktə etmə OİK-nin restoranı Peşəkar, təcrübəli istifadəçilərin isə eyni zamanda məqalə yaratma və redaktə etməsi
17:00 – 18:00 Çay fasiləsi OİK-nin restoranı
18:00 – 19:00 Təlimlər (təcrübəli və yeni istifadəçilər üçün) Konfrans zalı Vikimedia layihələri Təlimçi: Turkmen
"Vikipediyada maraqlı alətlər" Təlimçi: Nemoralis
19:00 – 20:00 Şam yeməyi Olimpiya İdman Kompleksinin restoranı
20:00-dan sonra Sərbəst vaxt İntellektual oyunlar (qruplar arası)

2-ci gün — 9 dekabr (şənbə)

redaktə
Saat Hadisə Yer Qeyd
08:00–09:00 Səhər idmanı etmək Göygöl Olimpiya İdman Kompleksinin idman zalı Təlimçi:
Sahil Dosməmmədov
09:00 – 09:45 Səhər yeməyi Göygöl Olimpiya İdman Kompleksinin restoranı
10:00 – 11:00 Təlimlər Konfrans zalı "Narrativlər, neytrallıq, etibarlı mənbələr" Təlimçi: Solavirum
Vikikitab Təlimçi: Eminn
11:00–11:30 Yarım saatlıq çay fasiləsi
11:30 – 12:30 Təlimlər Konfrans zalı "Süni intellekt və Vikipediya" Təlimçi: Əhməd Qurbanov
Vikimənbədə əsərlərin yerləşdirilməsi Təlimçi: Araz Yaquboglu
13:00–14:00 Nahar fasiləsi OİK-nin restoranı
14:00 – 16:30
  • Qrup işləri
  • Edit-a-thon (məqalə yaratma)
  • Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və onun fəaliyyəti haqqında peşəkar vikipediyaçıların məqalə redaktə etməsi və yaratması
Böyük konfrans zalı Yeni istifadəçilərin məqalə yaratmasında təcrübəli vikipediyaçıların dəstəyi vacibdir. İdman və gənclər mövzularında məqalələrin öncədən hazırlanması tövsiyə edilir
16:30–17:00 Yarım saatlıq çay fasiləsi
17:00–19:00
  • Qrup işləri
  • Edit-a-thon (məqalə yaratma)
  • Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və onun fəaliyyəti haqqında peşəkar vikipediyaçıların məqalə redaktə etməsi və yaratması
Böyük konfrans zalı Yeni istifadəçilərin məqalə yaratmasında təcrübəli vikipediyaçıların dəstəyi vacibdir. İdman və gənclər mövzularında məqalələrin öncədən hazırlanması tövsiyə edilir
19:00–20:00 (İştirakçılar üçün sərbəst vaxt)

Təşkilat Komitəsi tərəfindən qalib komandların müəyyən edilməsi.

Məqalələrin qiymətləndirilməsi

20:00–21:00 Şam yeməyi Göygöl Olimpiya İdman Kompleksinin restoranı
21:00 Bağlanış tədbiri Rəsmi hissə Böyük konfrans zalı (sertifikatların təqdimatı)
Bədii hissə Əyləncəli vaxt

3-cü gün — bazar, 10 dekabr

redaktə
Saat Hadisə Yer Qeyd
08:00–09:00 Səhər idmanı etmək Göygöl Olimpiya İdman Kompleksinin idman zalı Təlimçi:
Sahil Dosməmmədov
09:00–10:00 Səhər yeməyi Göygöl Olimpiya İdman Kompleksinin restoranı
10:00–14:00 Gəzinti Göygöl rayonunun tarixi, mədəni, təbii abidələrinə Vikianbar layihəsi üçün foto gəzinti
14:00–15:00 Nahar yeməyi OİK-nin restoranı
15:00–21:00 Bakıya qayıdış Göygöl–Bakı yolu

Qalereya

redaktə
  •  
    Açılış mərasimi
  •  
    İlk təlim
  •  
    Yeni istifadəçilərin redaktə etməyi öyrənməsi
  •  
    Təcrübəli istifadəçilər məqalələr yazır
  •  
    İntellektual oyun zamanı
  •  
    Yeni və təcrübəli istifadəçilər birlikdə redaktələr edirlər
  •  
    Araz Yaquboglunun praktiki "Vikimənbə" təlimindən
  •  
    Bağlanış mərasimi
  •  
    Sertifikatların verilməsi
  •  
    Fləşmob zamanı
  •  
    Fləşmobun dronla çəkilmiş fotosu
  •  
    Göygöldə
  •  
    Göygöl Olimpiya İdman Kompleksini tərk edərkən
  •   Vikianbarda Category:2023 Young Wikipedians Winter Wikicamp Azerbaijan ilə əlaqədar mediafayllar var

Mediada

redaktə
  • Алиева, Галия. "Мотивация - высокая". "Bakinski raboçi" qəzeti (rus). 12 dekabr 2023.
  • "Azərbaycan Universitetinin tələbələri "Gənc vikipediyaçıların qış düşərgəsi"ndə iştirak edib". Azərbaycan Universiteti (az.). 13 dekabr 2023.
  • "Tələbələrimiz Göygöl şəhərində "Gənclərin Vikipediya düşərgəsi"ndə iştirak ediblər" (az.). Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası. 13 dekabr 2023.
  • Алиева, Галия. "Azviki: Мы заточены на успех". "Kaspi" qəzeti (rus). 15 dekabr 2023.
  • Алиева, Галия. "Мотивация - высокая" (PDF) (rus). Elm qəzeti. 15 dekabr 2023. səh. 11.

Həmçinin bax

redaktə
  •  Vikianbarda əlaqəli media-fayllar
  • Vikipediya:2017 Yay Vikidüşərgəsi
  • Vikipediya:2018 Bahar Vikidüşərgəsi
  • Vikipediya:2019 Yay Vikidüşərgəsi
  • Vikipediya:Vikidüşərgə 2022
  • Vikipediya: Gənclərin Vikipediya düşərgəsi 2023
 
"Azərbaycan vikimediaçıları" istifadəçi qrupunun keçirdiyi Vikidüşərgələr
Bahar Vikidüşərgəsi
  • 2018 Quba
Yay Vikidüşərgəsi
  • 2017 Qax
  • 2019 Şamaxı
  • 2023 Lənkəran
  • 2024 Şəki
  • 2025 Qazax
Payız Vikidüşərgəsi
  • 2022 Sumqayıt
Qış Vikidüşərgəsi
  • 2023 Göygöl
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Gənc_vikipediyaçıların_qış_düşərgəsi_2023&oldid=7716456"
LOVE.AZ