Gənclər ilə Vikipediyanı öyrənək, öyrədək və paylaşaq | |
---|---|
![]() | |
Başlama tarixi | 31 iyul 2024 |
Bitmə tarixi | 4 avqust 2024 |
Yeri | |
Əvvəlki | Gənc vikipediyaçıların qış düşərgəsi 2023 |
Sonrakı | Vikipediya:Açıq bilik üçün birlikdə yazırıq |
Təşkilatçılar | Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, "Azərbaycan vikimediaçıları" istifadəçi qrupu |
![]() |
"Azərbaycan vikimediaçıları" istifadəçi qrupu tərəfindən təcrübəli və yeni, gənc vikipediyaçılar üçün Şəki şəhərində keçirilməsi təklif edilən və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəklədiyi "Gənclər ilə vikipediyanı öyrənək, öyrədək və paylaşaq" layihəsi çərçivəsində təşkil edilmiş vikidüşərgə. Vikidüşərgə 2024-cü ilin 31 iyul — 4 avqust tarixlərində Şəki şəhərində keçiriləcəkdir. Düşərgə iştirakçılarının xərcləri təşkilatçılar tərəfindən qarşılanacaqdır.
Suallarınızı wikicampwikimedia.az ünvanına göndərə bilərsiniz.
Vikidüşərgədə 90 nəfərin iştirakı nəzərdə tutulur. Onlardan 60-ı yeni, 30-u təcrübəli istifadəçilər olacaqdır. Düşərgə müddətində az-vikidə 90 məqalənin yaradılması, Vikianbara 50 fotoşəkilin yüklənməsi nəzərdə tutulmuşdur. Düşərgə dövründə iştirakçılara müxtəlif ölkələrdə vikipediyaçıların həyata keçirdikləri layihələr, Vikipediyada tətbiq edilən müxtəlif faydalı alətlər, Vikidata və s. barədə təqdimatlar olacaqdır.
Düşərgə müddətində Azərbaycanca Vikipediyada 200, Azərbaycanca Vikimənbədə isə 208 məqalə yaradılmışdır. Ətraflı statistika üçün: [1]
"Azərbaycan vikimediaçıları" istifadəçi qrupunun keçirdiyi Vikidüşərgələr | |
---|---|
Bahar Vikidüşərgəsi | |
Yay Vikidüşərgəsi | |
Payız Vikidüşərgəsi | |
Qış Vikidüşərgəsi |