Gənclərin Vikipediya düşərgəsi 2023 | |
---|---|
![]() | |
Başlama tarixi | 2 avqust 2023 |
Bitmə tarixi | 6 avqust 2023 |
Əvvəlki | Vikidüşərgə 2022 |
Sonrakı | Gənc vikipediyaçıların qış düşərgəsi 2023 |
Təşkilatçılar | Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, "Azərbaycan vikimediaçıları" istifadəçi qrupu |
![]() |
Gənclərin Vikipediya düşərgəsi 2023 — "Azərbaycan vikimediaçıları" istifadəçi qrupu tərəfindən təcrübəli və yeni, gənc vikipediyaçılar üçün Lənkəran şəhərində keçirilməsi təklif edilən və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəklədiyi "Gənc vikipediyaçıların yay düşərgəsi" layihəsi çərçivəsində təşkil edilmiş vikidüşərgə. Vikidüşərgə 2–6 avqust tarixlərində Lənkəran şəhərində keçirilib. Düşərgə iştirakçılarının xərcləri təşkilatçılar tərəfindən qarşılanmışdır.
Vikidüşərgədə 50 nəfərin iştirakı nəzərdə tutulur. Onlardan 20-si yeni, 30-u təcrübəli istifadəçilər olacaqdır. Düşərgə müddətində az-vikidə 50 məqalənin yaradılması, Vikianbara 50 fotoşəkilin yüklənməsi nəzərdə tutulmuşdur. Düşərgə dövründə iştirakçılara müxtəlif ölkələrdə vikipediyaçıların həyata keçirdikləri layihələr, Vikipediyada tətbiq edilən müxtəlif faydalı alətlər, Vikidata və s. barədə təqdimatlar olacaqdır.
Vikidüşərgənin Lənkəran şəhərində yerləşən Lənkəran Olimpiya İdman Kompleksində keçirilməsi nəzərdə tutulub.[1]
Düşərgədə iştirak etmək üçün müraciətlər BU QEYDİYYAT FORMASI ilə qəbul edilir. Son qeydiyyat tarixi: 27 iyul 2023; 23:59:59.
Düşərgənin təşkili və iştirakçıların seçilməsi Təşkilat Komitəsinin aşağıdakı üzvləri tərəfindən həyata keçiriləcəkdir:
Saat | Hadisə | Yer | Qeyd |
---|---|---|---|
08:00–08:30 | Avtobusa minik | "Gənclik" metrostansiyasının yaxınlığı (Badamlı binasının önü) |
Vaxtında gəlmək xahiş olunur |
08:30–11:30 | Lənkəran Olimpiya İdman Kompleksinə səfər | Bakı–Lənkəran yolu | |
11:30–13:00 | Hoteldə yerləşmə | Lənkəran OİK | İştirakçılar otaqda 3–4–5 nəfər olmaqla yerləşdiriləcək |
13:00–15:00 | Nahar fasiləsi | OİK-in restoranı | |
15:00–15:30 | Promo məhsulların verilməsi | Resepşn | Düşərgə iştirakçılarının vahid uniformasının paylanması Qeyd: Köynəkləri geyinmək mütləqdir |
16:00–18:00 | Açılış tədbiri | Böyük konfrans zalı | Hamının iştirakı mütləqdir |
Qruplar üzrə bölgü | Peşəkar və yeni istifadəçilərin bir-birlərini tanıması, asudə vaxtdakı oyunlarda birlikdə oynamaq üçün | ||
Qrup fotosu | OİK-in önü | ||
19:00–20:00 | Şam yeməyi | OİK-in restoranı | |
20:00-dan sonra | Asudə vaxt |
Saat | Hadisə | Yer | Qeyd |
---|---|---|---|
08:00–09:00 | Səhər idmanı | Lənkəran OİK | Hamının iştirakı mütləqdir. |
09:00–09:45 | Səhər yeməyi | OİK-in restoranı | |
10:00–12:45 | 10:00–11:30 Yeni istifadəçilər üçün Vikipediya təlimi (Profil açma, məqalə yaratma) |
Zal (1) (20 nəfər) | Təlimçilər: A.Aida88, Gunay M.E. |
12:00–12:45 Vikipediyada informasiyanın ötürülməsi: Neytrallıq və etibarlılıq |
Təlimçi: Solavirum | ||
10:00–12:45 Editaton: peşəkar vikipediyaçıların "Azərbaycan gəncləri və idmanı" mövzusunda məqalə redaktə etməsi və yaratması |
Zal (2) (30 nəfər) | İştirakçıların məqalələri öncədən hazırlamaları tövsiyə edilir. Yaradılan məqalələri daxil etmək üçün Etherpad linki. | |
13:00–14:45 | Nahar fasiləsi | OİK-in restoranı | |
15:00–16:00 | MetaViki təlimi | Böyük konfrans zalı | Təlimçi: Turkmen |
16:00–18:00 | Editaton: "Azərbaycan gəncləri və idmanı" mövzusunda məqalə redaktə etmə və yaratma | Böyük konfrans zalı | Peşəkar vikipediyaçıların yeni istifadəçilərə dəstəyi vacibdir. |
19:00–20:00 | Şam yeməyi | OİK-in restoranı | |
20:00 | İntellektual oyun | Dəqiqləşdiriləcək | Qalib komandanın üzvlərinə Gənclər və İdman Nazirliyinin mükafatları təqdim ediləcək |
Saat | Hadisə | Yer | Qeyd |
---|---|---|---|
08:00–09:00 | Səhər idmanı | Lənkəran OİK: açıq hava | Hamının iştirakı mütləqdir |
09:00–09:45 | Səhər yeməyi | OİK-in restoranı | |
10:00–11:15 | Azərbaycanda vikipediya | Böyük konfrans zalı | Təlimçi: Wertuose |
11:15–11:30 | Fasilə | ||
11:30–13:00 | Yeni istifadəçilər üçün Vikianbar (Wikimedia Commons) təlimi | Zal (1) (20 nəfər) | Təlimçi: Wertuose |
10:00–13:00 | Editaton: peşəkar vikipediyaçıların "Azərbaycan gəncləri və idmanı" mövzusunda məqalə redaktə etməsi və yaratması | Zal (2) (30 nəfər) | İştirakçıların məqalələri öncədən hazırlamaları tövsiyə edilir |
13:00–14:45 | Nahar fasiləsi | OİK-in restoranı | |
15:00–15:30 | Maarifləndirici seminar: Vikipediya konfransları haqda ümumi məlumat | Böyük konfrans zalı | Məruzəçi: A.Aida88 |
15:30–16:00 | Maarifləndirici seminar: Ensiklopedik əhəmiyyətlilik / Elmmetrik bazalar və təftiş | Böyük konfrans zalı | Məruzəçi: Atakhanli |
16:00–18:00 | Editaton: "Azərbaycan gəncləri və idmanı" mövzusunda məqalə redaktə etmə və yaratma. | Zal (1) Zal (2) |
Peşəkar vikipediyaçıların yeni istifadəçilərə dəstəyi vacibdir. |
19:00–20:00 | Şam yeməyi | OİK-in restoranı | |
20:00 | Asudə vaxt |
Saat | Hadisə | Yer | Qeyd |
---|---|---|---|
08:00–09:00 | Səhər idmanı | Lənkəran OİK | Hamının iştirakı mütləqdir |
09:00–09:45 | Səhər yeməyi | OİK-in restoranı | |
10:00–11:00 | Vikiverilənlər (Wikidata) təlimi | Böyük konfrans zalı | Təlimçi: Toghrul R |
11:00–12:00 | Vikipediya rəqəmlərdə | Böyük konfrans zalı | Təlimçi: Eminn |
12:00–12:45 | Editaton: peşəkar vikipediyaçıların "Azərbaycan gəncləri və idmanı" mövzusunda məqalə redaktə etməsi və yaratması | Böyük konfrans zalı | İştirakçıların məqalələri öncədən hazırlamaları tövsiyə edilir |
13:00–14:45 | Nahar fasiləsi | OİK-in restoranı | |
15:00–19:00 | Lənkəranın tarixi-mədəniyyət abidələrinə fotogəzinti | Lənkəran şəhəri | |
19:00–20:00 | Şam yeməyi | OİK-in restoranı | |
20:00 | Bağlanış tədbiri (rəsmi hissə) | Böyük konfrans zalı | Sertifikatların və mükafatların təqdimatı |
Bağlanış tədbiri (rəsmi hissə) | Əyləncəli vaxt |
Saat | Hadisə | Yer | Qeyd |
---|---|---|---|
08:00–09:00 | Səhər idmanı | Lənkəran Olimpiya İdman Kompleksi | Hamının iştirakı mütləqdir. Təlimçi: Əlirza Bünyadzadə |
09:00–09:45 | Səhər yeməyi | Lənkəran Olimpiya İdman Kompleksinin restoranı | |
10:00–13:00 | Lənkəran Olimpiya İdman Kompleksindən Bakıya qayıdış | Lənkəran–Bakı yolu |
Vikianbarda Gənclərin Vikipediya düşərgəsi 2023 ilə əlaqəli mediafayllar var. |
"Azərbaycan vikimediaçıları" istifadəçi qrupunun keçirdiyi Vikidüşərgələr | |
---|---|
Bahar Vikidüşərgəsi | |
Yay Vikidüşərgəsi | |
Payız Vikidüşərgəsi | |
Qış Vikidüşərgəsi |