Aylardır məqalələri "Yaxşı məqalə" statusu alsın deyə bir neçə istifadəçi lazım olan səhifədə məqalələrini namizəd kimi göstəriblər. Lakin hələ də həmin məqalələr nəzərdən keçirilməyib. Necə edək?— Rəcəb Həsənbəyov (müzakirə) 14:47, 27 noyabr 2021 (UTC)[cavabla]
Məsələn idarəçi Drabdullayev17 Aprel ayından cəmi 9 redaktə edib - https://az.wikipedia.org/wiki/?q=X%C3%BCsusi:F%C9%99aliyy%C9%99tl%C9%99r/Drabdullayev17 Wertuose hər ayda cəmi 8-9 redaktə edir - https://az.wikipedia.org/wiki/?q=X%C3%BCsusi:F%C9%99aliyy%C9%99tl%C9%99r/Wertuose
Əgər belə passivlik buraxılırsa, niyə məni məhz idarəçilikdən çıxartdılar, halbuki mən ən aktiv idarəçilərdən biri idim. Ona görə xahiş edirəm, bu məsələlərin əsasında mənim idarəçi statusumu namizəd verəsiz və ümumi olaraq reformaya burada ehtiyac lazımdır.— Azerifactory (müzakirə) 11:24, 30 noyabr 2021 (UTC)[cavabla]
Fikrimcə, məqalənin statusalması üçün səsvermə nəticələrinə baxmaq mənasızdır. Məqalə əgər status almağa layiqdirsə, heç bir səs almasa belə hansısa admin məsuliyyəti üzərinə götürüb statusu verməlidir. Hətta səsvermə ifadəsi də düz deyil. Müzakirə aparılmalıdır. — NKO zi 07:13, 7 dekabr 2021 (UTC)[cavabla]
Passivlik məsələsi ən çox vandalizmlə mübarizədə özünü büruzə verir. Hərdən elə situasiya yaranır ki, bir anonim istifadəçi 15-20 dəqiqə dayanmadan vandalizmlə məşğul olur. İdarəçiyə müraciətin 1 həftə sonra (ən yaxşı halda) cavablanacağını bilən patrul ya onun vandalizmi bitirməyini gözləyib, bir növ onun gördüyü destruktiv işi "təmizləməlidir", ya da faktiki redaktə müharibəsi aparmalıdır. Texniki cəhətdən mümkün olarmı bilmirəm, patrullara vandalizmlə mübarizə məqsədilə bloklama səlahiyyəti verilə bilər. Ümumən patrul səlahiyyətlərinin artırılmasının, yaxud idarəçilər sırasına aktiv istifadəçilərin daxil olmasının tərəfdarıyam. Belə olan halda, fikrimcə, həm iş bölgüsü gedər, həm də proses şəxslərdən deyil sistemdən asılı olar. — Burocan (müzakirə) 18:02, 8 dekabr 2021 (UTC)[cavabla]
Hörmətli @Burocan, Həmkarımızın fikirlərinə qatılaraq əlavə etmək istəyirəm ki patrullara vandalizmlə mübarizə məqsədilə bloklama səlahiyyəti verilsin. Bu səlahiyyət elə olsun ki yalnız qeydiyyatsız istifadəçiləri bloklaya bilsin patrullar qeydiyyatdan keçənləri yox. Bilmirsiniz vikipediyanın digər seqmentlərində patrullara bu səbəbdən dolayı bloklama səlahiyyəti verilib? —Vahid Məmmədov (müzakirə) 18:02, dek 26 2021 (UTC)
Система предоставления разрешений на изображения нуждается в волонтёрах, которые знают азербайджанский язык. К нам поступают запросы, которые мы не можем обработать, т.к. не знаем языка. Если вы опытный пользователь, который имеет уважение в своём сообществе, работали с файлами на commons, то не тушуйтесь, подавайте заявку на meta:Volunteer Response Team/Volunteering. Ожидаю в скором времени увидеть новых коллег, которые помогут в том числе азербайджанской википедии стать лучше иллюстрированной, чем сейчас.
The system for granting permits for images needs volunteers who know the Azerbaijani language. We receive requests that we cannot process, because do not know the language. If you are an experienced user who has respect in your community and have worked with files on commons, then go ahead and apply for meta:Volunteer Response Team/Volunteering. I expect soon to see new colleagues who will help, including the Azerbaijani Wikipedia, become better illustrated than it is now.
Şəkillərə icazələrin verilməsi sisteminə Azərbaycan dilini bilən könüllülər lazımdır. Biz emal edə bilməyəcəyimiz sorğular alırıq, çünki dilini bilmir. Əgər siz icmanızda hörmətə malik təcrübəli istifadəçisinizsə və ümumi sənədlərlə bağlı fayllarla işləmisinizsə, davam edin və meta:Volunteer Response Team/Volunteering üçün müraciət edin. Mən tezliklə kömək edəcək yeni həmkarların, o cümlədən Azərbaycan Vikipediyasının indikindən daha yaxşı təsvir olunacağını gözləyirəm. Carn (müzakirə) 11:49, 9 dekabr 2021 (UTC)[cavabla]
Salam. DVTY şablonu işləmir. Bunu kim düzəldə bilər? Bundan əlavə, məqalələrdə vandalizm baş verib gedir. — Azerifactory (müzakirə) 23:12, 12 dekabr 2021 (UTC)[cavabla]
Surə 🗯 06:37, 13 dekabr 2021 (UTC)[cavabla]
Salam, Tttyg adlı istifadəçinin dərhal blok olunmasını xahiş edirəm. İstifadəçi səhifəsində qeyri-etik sözlərdən həmçinin Bəxtiyar Vahabzadə səhifəsindı kütləvi vandalizm edir, təşəkkürlər. — Bu imzasız yazı Aemiliusx (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
Salam. Bu qadcet ilə bağlı bir neçə sualım var. İlk növbədə bu qadcet yekunlaşdırılıbmı? Əgər yekunlaşdırılmayıbsa üzərində hələ də iş gedirmi? Ümumiyyətlə bu qadcet harada hazırlanır və necə üzərində işləyə bilərəm? — Surə 🗯 14:59, 15 dekabr 2021 (UTC)[cavabla]
Hərkəsə salam. Tövsiyyə edirəm ki, bu səhifəni Azərbaycanca Vikipediyada da yaradaq. Fikirləriniz maraqlıdır. Lavici (müzakirə) 16:30, 15 dekabr 2021 (UTC)[cavabla]
20 gün qabaq yazdığım məsələ hələ də öz həllini tapmayıb. Öz məqaləm bir kənara qalsın sentyabr ayından namizəd siyahısında qalan məqalə var. Əgər kimsə idarəçilik funksiyasını yerinə yetirməyə vaxt tapmırsa bu vəzifəni icra etməsin. İdarəçi olmaq istəyən digərlərinə yol açılsın. Ondan çox idarəçi olsa da aralarında elələri var ki aylarla heç bir fəaliyyətləri yoxdur ya da cəmi 2 3 dəyişiklik edirlər ya yox. Necə edək? — Rəcəb Həsənbəyov (müzakirə) 13:13, 17 dekabr 2021 (UTC)[cavabla]
Salam hörmətli Vikicəmiyyət. Dünyanı cənginə alan məlum pandemiya səbəbi ilə fəaliyyətimə ara vermək məcburiyyətində qalmışdım amma artıq fəaliyyətimi bərpa edib öz töhfələrimi verməyə davam edəcəm. Yenidən burda olmaq mənə çox xoşdur. — Drabdullayev17 (müzakirə) 04:38, 18 dekabr 2021 (UTC)[cavabla]
Uğurlar! — Xeyal (müzakirə) 19:04, 30 dekabr 2021 (UTC)[cavabla]
Salam hərkəsə. Bu barədə Kənd Meydanında müzakirə açmağa ehtiyac duydum. Bildiyiniz üzrə bir müddət əvvəl idarəçi statusu üçün müraciət etmişdim. Səsvermədə 14 nəfər iştirak etmiş, lakin tələb olunan iştirakçı sayı 15 olduğu üçün statusun verilməsindən imtina edilmişdir. İdarəçilərin və bürokratların seçilməsi qaydalarında tələb olunan səslə bağlı iki müxtəlif bənddə iki müxtəlif rəqəm göstərilib:
Maraqlı olan odur ki, mən keçən dəfə də status üçün müraciət etdikdə nəticənin hesablanması zamanı qaydada bəzi qüsurlar ortaya çıxmışdı. Həmin dövrdə hörmətli Baskervilldən bürokrat və idarəçi statusunun alınması ilə bağlı sesvermə gedirdi və eyni müddətdə müvafiq qaydalara böyük həcmli dəyişikliklər edildi. Problem odur ki, bu qayda rəsmi olaraq qəbul edilmiş prinsipdir. İkinci dəfədir ki, bu qayda ilə bağlı problem yaşayıram. İndi mənim üçün maraqlı olan məqam odur ki, hansı bənd əsas götürülməldir. İkinci olaraq da, əgər 15 səs lazımdırsa, hansı tədbir görülməlidir? Çünki qaydada qeyd olunub:
Plus qaydada qeyd olunub: Hər bir istifadəçinin həm idarəçiliyə, həm də bürokratlığa 3 dəfə namizəd göstərilə bilmək hüqüqu var. Mən indi bu iki səsvermədə ortaya çıxan qüsurlara görə üçüncü səsverməmdə lazımı səsi yığmasam bir daha idarəçi ola bilməyəcəm? Onsuz da viki artıq nə irəli gedir, nə də geri. Aktiv istifadəçilər var, fəaliyətini izləyirəm və görürəm ki, viki üçün nələri isə dəyişdirməyə çalışırlar. SNS-ə müraciət edirlər, müzakirə yekunlaşdırılmır; məqalə statusu üçün müraciət edirlər, yozlanılmır belə; vandalları şikayət edirlər, istifadəçı bloklanana qədər bütün vikini korlayıb fəaliyyətini dayandırır. Yeni idarəçi namizədlərinin tərəfdarıyıqsa, niyə hələ də normal qaydamız belə yoxdur? İndi isə idarəçi statusu üçün namizəd vermiş və mövcud qaydalara əsasən nəticələrin hesablanmasında problem yaşamış üçüncü bir tərəf kimi davranaq mövzu ilə bağlı etirazımı bildirirəm. Buna görə də mənim üçün fikri önəmli olan bütün istifadəçi və idarəçiləri müzakirəyə dəvət edirəm. Araz Yaquboglu, Babək Akifoğlu, Baskervill, Drabdullayev17, Eldarado, Eminn, Qolcomaq, Nicat49, Solavirum, Sortilegus, Toghrul R, Turkmen, Wertuose, White Demon, Azerifactory, Samral, Sefer azeri, Burocan — Surə 🗯 12:51, 18 dekabr 2021 (UTC)[cavabla]
Yuxarıda yazılanları nəzərə alıb təklif edirəm ki, səsvermənin vaxtı uzadılsın. Çünki haqlı səbəblər yuxarıda artıq yazılıb. — Drabdullayev17 (müzakirə) 09:33, 20 dekabr 2021 (UTC)[cavabla]
Yeni il ərəfəsində vikinin loqosunu əvəz etmək üçün belə bir versiya hazırlamışam. Nə düşünürsünüz? — Surə 🗯 21:04, 23 dekabr 2021 (UTC)[cavabla]
Bu layihə deyəsən ləğv olundu və ya daha doğrusu tamamilə unuduldu. Əgər davam etdirilməyəcəksə fikrimcə səhifə silinməlidir. — Surə 🗯 21:11, 23 dekabr 2021 (UTC)[cavabla]
Bu barədə müzakirə açmağı bir müddətdir ki düşünürdüm. Düşünürəm ki, Az Vikipediyadakı səhifələrə həddindən artıq çox ziyan dəyir. Məzmun silinir, vandalizm halları, mənasız əlavələr və s. Aktivlikdə yoxdur deyə, ən pisidə odur ki, bu əlavələr aylarca səhifələrdə qalır. Bu səbəbdən düşünürəm ki, avtopatrul olmayan istifadəçilərin redaktələri təsdiqlənmədən səhifələrdə gözükməsin. Bu funksiya (Vikipedi:Sürüm kontrolü) tr və ru vikilərdə işləkdir. Təklif edirəm belə olan halda bizdə gətirək. Həmçinin bir sıra ayrı-ayrılıqda yeni istifadəçi hüquqularıda gəlsə yaxşı olardı. (IP və istifaçi adı əngəlləyici, toplu mesaj göndərici, fayl adı dəyişdirici, versiya gizlədici, mühafizə tətbiq edici, steward, checkuser, teknisyen və s.). Nizamlamalar səhifəsinədə bir sıra yeniliklər gəlsə pis olmaz. Hətta yeni layihə səhifələridə ola bilər. Bütün aktiv istifadəçilərdən bu müzakirədə iştirak etmələrini xahiş edirəm. Lavici (müzakirə) 10:44, 27 dekabr 2021 (UTC)[cavabla]
The Board of Trustees is preparing a call for feedback about the upcoming Board Elections, from January 7 - February 10, 2022.
While details will be finalized the week before the call, we have confirmed at least two questions that will be asked during this call for feedback:
While additional questions may be added, the Movement Strategy and Governance team wants to provide time for community members and affiliates to consider and prepare ideas on the confirmed questions before the call opens. We apologize for not having a complete list of questions at this time. The list of questions should only grow by one or two questions. The intention is to not overwhelm the community with requests, but provide notice and welcome feedback on these important questions.
Do you want to help organize local conversation during this Call?
Contact the Movement Strategy and Governance team on Meta, on Telegram, or via email at msg wikimedia.org.
Reach out if you have any questions or concerns. The Movement Strategy and Governance team will be minimally staffed until January 3. Please excuse any delayed response during this time. We also recognize some community members and affiliates are offline during the December holidays. We apologize if our message has reached you while you are on holiday.
Best,
Movement Strategy and Governance
Təşəkkürlər. Xeno (WMF) 17:56, 27 dekabr 2021 (UTC)[cavabla]
Salam hörmətli həmkarlar. Təklif edirəm ki, bildirişlər bölməsindəki "Xəbərdarlıqlar" sözü "Bildirişlər" ilə əvəz olunsun. Bu barədə konsensus lazım olduğu üçün müzakirə açdım. Zəhmət olmasa münasibətlərinizi bildirin. Araz Yaquboglu, Dr.Wiki54, Sura Shukurlu, Turkmen, Burocan, Xeyal, Azerifactory, Qolcomaq, Drabdullayev17, Solavirum, Nicat49, Samral və digərləri bu barədə nə düşünürsünüz? Əgər eyni fikirdəyiksə, hörmətli Toghrul R icra etsin. Lavici mesaj? 18:27, 30 dekabr 2021 (UTC)[cavabla]