. Love.az

Vikipediya Laboratoriya Fikret Emirov - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Laboratoriya Fikret Emirov
Fikrət Əmirov (6 mart – 21 mart 2020)
Laboratoriyaya namizəd siyahısında məqalənin "Laboratoriya"ya təqdim olunmasına razılıq verən istifadəçinin imzası

--Maqamedd (müzakirə) 17:04, 5 mart 2020 (UTC)[cavabla]

Təkmilləşdirmə və səsvermənin son tarixi
6 mart - 21 mart 2020
İcraçı
-Baskervill (müzakirə) 19:23, 6 mart 2020 (UTC)[cavabla]

Mündəricat

  • 1 Məqalə üzərində işləyənlər
  • 2 Dəstək
    • 2.1 Yaxşı məqaləyə namizəd təqdim olunmaq üçün
    • 2.2 Seçilmiş məqaləyə namizəd təqdim olunmaq üçün
  • 3 Qarşı
  • 4 Şərhlər

Məqalə üzərində işləyənlər

redaktə

Dəstək

redaktə
Yaxşı məqaləyə namizəd təqdim olunmaq üçün
redaktə
Seçilmiş məqaləyə namizəd təqdim olunmaq üçün
redaktə
  1. + Lehinə: --► Hörmətlə: SolaVirum 19:31, 6 mart 2020 (UTC)[cavabla]
  2. + Lehinə:--Maqamedd (müzakirə) 19:37, 6 mart 2020 (UTC)[cavabla]
  3. + Lehinə: Çox gözəl, geniş və əhatəli məqalədir. Fikrimcə, digər bəstəkarlar haqqında da məqalələr bu formada tərtib olunmalıdır.--Wikipediya M (müzakirə) 05:43, 7 mart 2020 (UTC)[cavabla]
  4. + Lehinə:--Xayala Mammadli (müzakirə) 15:52, 7 mart 2020 (UTC)[cavabla]
  5. + Lehinə:--Sabin.K.M (müzakirə) 06:00, 10 mart 2020 (UTC)[cavabla]
  6. + Lehinə: məqalə kifayət qədər yaxşı işlənilib. Diqqət yetirmək lazımdır ki, mövzu Fikrət Əmirov haqqındadır, onun yaradıcılığı barədə məlumatlar daha geniş şəkildə ayrı məqalələrdə verilə bilər. — Toghrul Rahimli • M/F 11:45, 10 mart 2020 (UTC)[cavabla]
  7. + Lehinə: uğurlar --Rəcəb Həsənbəyov (müzakirə) 06:09, 11 mart 2020 (UTC)[cavabla]
  8. + Lehinə:--Qızılbaş (müzakirə) 07:15, 11 mart 2020 (UTC)[cavabla]

Qarşı Qarşı

redaktə
  1. − Əleyhinə: Fikrət Əmirov haqqında onlarla kitab var, bir çox əsərləri haqqında ayrıca kitablar və elmi işlər yazılıb. Məqalədə isə yalnız Səadət Təhmirazqızı tərəfindən yazılmış ümumiləşdirici kitabdan "istifadə olunub", daha doğrusu kitabın məzmunu və hətta başlıqları olduğu kimi köçürülüb vikiyə. Həmin kitab onlayn istifadəyə açıqdır və buyurub özünüz yoxlaya bilərsiz. Məncə Əmirov kimi sənətkar haqqında məqalənin bu cür başdansovurma hazırlanıb yola vermək üçün status alması çox kədərli bir haldır. Digər bir məsələ isə son vaxtlar ala-yarımçıq işlənmiş məqalələrin laboratoriyaya salınması tendensiyasının artmasıdır ki, bu da yaxşı deyil məncə. Bəstəkar haqqında statuslu məqalə bu cür olmalıdı [1]. Hazırkı halında məqalənin heç bir statusa layiq olduğunu düşünmürəm və səs verən yoldaşların problemlərə nəzər yetirmələrini xahiş edirəm. Hörmətlə --sefer azeri 09:04, 7 mart 2020 (UTC)[cavabla]
  2. − Əleyhinə:.--Abutalub (müzakirə) 10:51, 7 mart 2020 (UTC)[cavabla]
  3. − Əleyhinə: Məncə yaxşı yazılıb amma hər cümlənin ayrı paraqraf olması xoşuma gəlmir. Bu dəyişikliklər olsa, fikrimi dəyişərəm--Azerifactory (müzakirə) 19:28, 8 mart 2020 (UTC)[cavabla]
  4. − Əleyhinə: sefer azeriin fikirləri razıyam.--Baskervill (müzakirə) 06:10, 18 mart 2020 (UTC)[cavabla]

Şərh Şərhlər

redaktə

Hörmətli Wikipediya M fikrimdə bütün Azərbaycan bəstəkarlarını bu formada işləmək var. Musiqi sahəsində olduğum üçün kifayət qədər mənbələr var. Dərslərin və imtahanların çoxluğundan vaxt ayıra bilmirəm. Yayda bu silsilənin başlanğıcı olaraq Səid Rüstəmovu işlədim. İnşallah növbəti bu formada işləyəcəyim Cahangir Cahangirov olacaq.--Maqamedd (müzakirə) 05:59, 7 mart 2020 (UTC)[cavabla]

Hörmətli Sefer azeri Birincisi Təhmirazqızının kitabından kopi eləmək olmur, mən bunların hamsını bir-bir yazmışam. Elə bir məntiq yoxdur ki, məqalədə şəxs haqqında yazılan bütün kitablar istifadə olunmalıdır. Əsas odur ki, məqalə tam əhatəli olmalıdır. Bu şərtlər də məqaləyə uyğun gəlir. Özünüz burada mənə irad tutursuz, sizin genişləndirdiyiniz Min bir gecə məqaləsi hamsı Təhmirazqızından yazılıb. Mənbələrə bir nəzər yetirin, Təhmirazqızından əlavə nə qədər saytın mənbələrindən istifadə etmişəm. 4 kitabdan istifadə etmişəm. Fikrət Əmirovun əsərləri haqqında yazılan kitabların hamısı burada istifadə olunmamalıdır, çünki məqalənin adı Fikrət Əmirovdur, Fikrət Əmirovun yaradıcılığı yox. Burda bəstəkarın ümumi həyatı, eyni zamanda yaradıcılığı, əsərləri barədə də məlumat olmalıdır. Səadət Təhmirazqızı hər əsər haqqında çox uzun yazıb, mən isə məqaləyə uyğun daha lakonik formasını yazmışam. Mən bəstəkarın hər bir əsəri haqqında izah vermişəm və əsərlərinin premyerası ilə bağlı da yazmışam. Təhmirazqızının kitabı 500-ə yaxın səhifəlikdi, mən onun 60-70 səhifəsini heç istifadə etməmişəm. Başlıqlara gəldikdə, əlbəttə eyni olmalıdır başlıqlar. İndi Təhmirazqızı bəstəkarın "Kamera instrumental əsərləri" haqqında başlıq açıb deyə, mən burda o əsərlərdən yazmayım ki, nədi-nədi Təhmirazqızı da eyni başlıqda qoyub ? Məsələn S. Qasımova və Z. Abdullayeva kitabında da eyni başlıqlar mövcuddur. Məsələn "Simfonik muğamlar", "Opera və baletləri" və s. Mən Səid Rüstəmov məqaləsini də eyni məntiqlə işləmişəm və hər iki məqalədə fərqli mənbələrdən də istifadə etmişəm. Başdansovurma hazırlanması ? )) Məqalədə Fikrət Əmirovun həyatı və yaradıcılığını lazım olduğu qədər izah etmişəm. Əgər sizə başdansovurma gəlirsə, 1 ay içində bu məqaləni öz tələblərinizə uyğun hazırlayın. Mənə göstərin ki, bəstəkar haqqında işlənmiş məqalə necə olur. Səmimi qəlbdən deyirəm. Məsələn, Nizami Gəncəvinin divanı, Leyli və Məcnun, İsgəndərnamə, Sirlər Xəzinəsi, Qədim Gəncə qalası, Şuşa qalası və bu kimi məqalələrinizi eyni kitabdan işləmisiz bəy. Kitabın içindəki müəllifin istifadə etdiyi ədəbiyyatı burada ədəbiyyat siyahısında göstərməyiniz əlavə kitabdan yazmağınız mənasına gəlmir. Bunu digər yoldaşlar tam anlamasa da, mövzudan xəbəri olanlar başa düşər. Ən azından Səfər bəyin Qədim Gəncə qalası məqaləsinə nəzər yetirin, bütün mövzunun arxeoloq İshaq Cəfərzadədən yazıldığının şahidi olarsız. Göstərdiyiniz Çaykovski məqaləsi heç statusa layiq deyil. 3 gün tam vaxtımı alıb mənim bu məqalə. Səs verən yoldaşların hamsının fikirlərinə hörmətim var. Ən azından əleyhinə səs versələr belə izah etsinlər. Hörmətlə.--Maqamedd (müzakirə) 09:39, 7 mart 2020 (UTC)[cavabla]

Hörmətli Maqamedd, kitabdan istifadə etmək və kitabı köçürmək tamamilə fərqlidi. Siz məqalə yazarkən kitablarda verilən məlumatları öz sözlərinizlə yazaraq (kitabdakı cümlələri kopyalamadan) istinad göstərməlisiniz. Əgər müəllifin cümləsini olduğu kimi istifadə edirsinizsə bu zaman ya sitat şablonu ya da italik yazı istifadə edə bilərsiz. Sizin "məqalə" isə başdan ayağa bir müəllifin kitabına böyük bir istinaddır. Mən isə sizdən fərqli olaraq, kitabakı cümlələri olduğu kimi köçürmürəm, rusca yaxşı bir söz var - "перефразировать" - konkret müəlliflərdən istifadə edərkən bu metoddan faydalanmaq lazımdır. Siz isə kitabı qısaldıb yerləşdirmisiz vikiyə və hesab edirsiz ki, məqalə yazmısız. Mən sizin kopyalanmayan odf fayldan məlumatları əllə köçürərək xeyli əziyyət çəkdiyinizi danmıram, lakin bu əziyyətin bəhrəsinin nə qədər vikiyə layi olduğuna vikicəmiyyət qərar verməlidi məncə. Bəstəkar haqqında statuslu məqaləyə nümunə kimi Çaykovski haqqında yuxarıda link verdiyim məqaləyə baxa bilərsiz. --sefer azeri 11:21, 7 mart 2020 (UTC)[cavabla]

Hörmətli Sefer azeri Fikrət Əmirov haqqında olan ədəbiyyatların 1 in çıxmaq şərtilə hamsından istifadə etmişəm. Olmayan bir dənə Danilovun kitabıdır ki, onu da Axundova müraciət etdim, orda da yaş azlığı baxımından oxucu kartı verilmədi. Yerdə qalan Vinoqradov, Şərifova-Vəlixanova, Azərbaycan Milli Kitabxanasının nəşri, Təhmirazqızı, Qasımova və Abdullayevanın kitablarından istifadə etmişəm. Sizin dediyiniz metodu əlbəttə məndə bilirəm, bu məqalədə də ondan faydalanmışam. Təhmirazqızının bölmələrinin hamsı tam köçürülməyib bura, yenə deyirəm, hamsından çoxlu ixtisar olunub ! Adi Min bir gecə bölməsi Təhmirazqızında azı 50 səhifə yer tutur, mənim baletlə bağlı yazdıqlarımı götürsək heç 5 səhifə etmir. Sevil operası da 25-30 səhifəlik yer tutur burda heç 5-6 səhifə tutmur. İstinadların aralığına baxın, səhifələrin arasındakı məsafəyə baxın. Təhmirazqızı cümlələrdə çox vaxt bədiiləşdirib yazır. Onların hamsı ixtisar olunub, əsas faktları yazmışam. Yerdə qalan hissələri də internetdən faydalanmışam. Əleyhinə səs verən yoldaşlar kitaba baxsalar bölmələrin nə qədər qısaldıldığının şahidi olarlar. Səfər bəy mümkündüsə bir, Qasımova və Abdullayevanın kitabına baxın. Görəcəksiz ki, Təhmirazqızı ilə eyni cümlələrdi. Hər iksi eyni şeyi yazır. Hörmətlə.--Maqamedd (müzakirə) 11:31, 7 mart 2020 (UTC)[cavabla]

Əleyhinə səs verən yoldaşlar Sefer azeri, Abutalub məqalədə Təhmirazqızından çox istifadə olunan yerlər dəyişildi. "Kamera instrumental əsərlər" bölməsi tamamilə yenidən tərtib olundu. Vokal əsərləri və musiqili komediyaları bölməsi dəyişildi. İstinadlara baxıb görə bilərsiz dəyişiklikləri. "Simfonik muğamları" bölməsi yeni mənbələrlə əvəzlənərək tamam dəyişildi. Nizami simfoniyası ilə bağlı bütün yazılar yeniləri ilə əvəz olundu.--Maqamedd (müzakirə) 14:59, 7 mart 2020 (UTC)[cavabla]

Salam hörmətli həmkarlar müzakirədən konkret anlaya bilmədim məqalədə müəllif hüququ pozuntusu var, ya yox. Hörmətli Maqamedd əgər müəllif hüququ pozuntusu olan bölmələr varsa, lütfən çıxarın məqalədən. Əgər məqalə ümumən müəllif hüququ pozuntusudursa, məqalənin əvvəlki halına qaytarılması və buradakı namizədliyin dayandırılması mütləqdir.--Turkmen müzakirə 19:22, 7 mart 2020 (UTC)[cavabla]

Turkmen məqalədə müəllif hüququ pozuntusu yoxdur. Kitabın çox istifadə edildiyi yerləri digər ədəbiyyatlardan istifadə edərək dəyişdim. Yuxarıda ətraflı yazmışam. Anlamadınızsa, vəziyyəti başdan izah edim. Hörmətlə.--Maqamedd (müzakirə) 20:12, 7 mart 2020 (UTC)[cavabla]

Hörmətli Azerifactory, irad tutduğunuz məsələni anlamadım. Mümkündüsə biraz ətraflı izah edərdiniz. Mən də müvafiq dəyişikliklər aparardım. Bu dediyinizi şərh kimi qeyd etsəydiniz yerinə yetirərdim. Xırda bir şeyə görə əleyhinə səs vermək mənasız gəldi. Yenədə öz fikrinizdir. Hörmətlə.--Maqamedd (müzakirə) 20:25, 8 mart 2020 (UTC)[cavabla]

Azerifactory dediyinizi bu cür anladım ki, abzasların çoxluğundan şikayətlənirsiz. Abzaslarda mövzular ayrı-ayrı olduğu üçün fərqli vermişəm. Məsələn, premyerası ilə olan abzası mən musiqi ilə bağlı olan abzasa birləşdirə bilmərəm axı. Bunlar ayrı-ayrı hissələrdə yazılmalıdı. Əgər elə olsaydı, məsələn, Sevil operası məqaləsində heç bölmə açmazdım, hər şeyi elə başdan sona yazardım. Fərqli mövzular fərqli abzaslarda, fərqli bölmələrdə qeyd edilməlidi. Hörmətlə.--Maqamedd (müzakirə) 06:04, 9 mart 2020 (UTC)[cavabla]

Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Laboratoriya/Fikrət_Əmirov&oldid=5091422"
LOVE.AZ