. Love.az

Vikipediya Movzulu Ay Futbol Ayi - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Movzulu Ay Futbol Ayi
Futbol ayı

Futbol ayı — "Mövzulu ay" layihəsinin bir hissəsi kimi Futbol haqda məqalələrin yazılması üçün yaradılmışdır. Bu layihə çərçivəsində mövzu ilə əlaqəli məqalələrin zənginləşdirilməsi də nəzərdə tutulub.

İstiqamət: Layihə iştirakçıları Vikipediya:Mövzulu ay/Futbol ayı/Plan səhifəsində nəzərdə tutulan səhifələri yarada və təkmilləşdirə bilər və həmçinin həmin səhifədə olmayan, lakin Futbol ilə bağlı olan səhifələri yarada və təkmilləşdirə bilərlər. Güman edilir ki, vikipediyanın bir sıra digər dil bölmələrində - xüsusilə də rusdilli və ingilisdilli layihələrdə bu mövzu haqda daha çox məlumat var.

Məqsəd: Futbol ayı bu sahə ilə əlaqəli məqalələrdəki boşluqları aradan qaldırmaq üçün nəzərdə tutulub. Ay ərzində Futbol ilə bağlı məqalələrin yaradılması və zənginləşdirilməsi nəzərdə tutulmuşdur.

Müddət: 1-30 iyun 2016-cı il. (1 iyun 2016-cı il Bakı vaxtı ilə saat 00:01-də başlayır və 30 iyun 2016-cı il Bakı vaxtı ilə saat 23:59-da bitir.)

Qeyd: Bu layihə "Azərbaycan vikimediaçıları" istifadəçi qrupunun təşəbbüsü ilə həyata keçirilir.

Mündəricat

  • 1 Başlayarkən
  • 2 Qiymətləndirmə
    • 2.1 Qiymətləndirmə metodu
  • 3 Mükafatlandırma
  • 4 İştirakçılar
  • 5 Nəticə
  • 6 Yekun

Başlayarkən

redaktə
  • İştirakçılar hissəsinə imzanızı qoymağı unutmayın.
  • Layihə səhifənizdə hazırladığınız və təkmilləşdirdiyiniz səhifələri (məqalələr, şablon, kateqoriya, şəkil və s.) əvvəlinə # işarəsi qoyaraq alt-alta yazın.
  • Layihə iştirakçıları yalnız qeydiyyatdan keçmiş istifadəçilər olmalıdır. IP ilə işləmək tövsiyə olunmur. Hər istifadəçi yalnız 1 istifadəçi adı ilə layihə iştirakçısı ola bilər.

Qiymətləndirmə

redaktə

Qiymətləndirmə "Qiymətləndirmə Komissiyası"nın (QK) üzvləri tərəfindən aparılacaq. QK üzvləri qiymətləndirməni aşağıda göstərilmiş metodla aparacaq. Onlar qiymətləndirməni ay başa çatdıqdan sonra maksimum 10 gün ərzində yekunlaşdırmalıdır. Qeyd olunan müddətə qədər QK üzvləri tərəfindən yekunlaşdırma aparılmazsa, müddət daha 10 gün uzadılır və qiymətləndirmə ilə bağlı qalan yekunlaşdırmanı aparmaq səlahiyyəti bürokrat və ya idarəçilərdən birinə verilir. Əgər onlar da yekunlaşdırma aparmazsa, müddət daha 1 həftə uzadılır və qiymətləndirmə ilə bağlı qalan yekunlaşdırmanı aparmaq səlahiyyəti aktiv istifadəçilərə keçir.

  • Qiymətləndirmə Komissiyasının üzvləri:
    • Wertuose
    • Araz Yaquboglu
    • Sefer azeri
    • White Demon
Qeyd 1: QK üzvləri də layihə iştirakçısı ola bilər və öz töhfələrini qiymətləndirə bilərlər. Mübahisəli hallarda qiymətləndirmə digər QK üzvləri tərəfindən təkrar aparıla bilər.
Qeyd 2: Qiymətləndirmə yalnız İştirakçıların öz layihə səhifələrində göstərdikləri töhfələrlə bağlı aparılır. İştirakçıların öz layihə səhifələrində göstərmədikləri töhfələr qiymətləndirilmir.

Qiymətləndirmə metodu

redaktə
  • Xallar aşağıdakı kimi verilir. Əlavə olaraq, hər məqaləyə görə verilən xal məqalənin stilinə, yazı dilinə, dizaynına və s. elementlərinə görə jüri üzvlərinin peşəkar mülahizəsi əsasında, 5 xaladək artırıla və ya azaldıla bilər:
  1. Seçilmiş məqalə səviyyəsində məqalələr – 60 xal;
  2. Yaxşı məqalə səviyyəsində məqalələr – 40 xal;
  3. Seçilmiş siyahı səviyyəsində siyahılar – 30 xal;
  4. Yaxşı vikiləşdirilmiş geniş məqalələr – 30 xal;
  5. Yaxşı vikiləşdirilmiş orta ölçülü məqalələr – 20 xal;
  6. Yaxşı vikiləşdirilmiş kiçik ölçülü məqalələr – 15 xal;
  7. Qismən vikiləşdirilmiş məqalələr – 10 xal;
  8. Siyahı məqalələri – 10 xal;
  9. Şablonlara görə, həcmindən və QK üzvləri tərəfindən müəyyən edilən əhəmiyyətindən asılı olaraq – 1-10 xal;
  10. Layihə dövründə mövzu ilə bağlı "VikiAnbar"a yüklənən və silinmə ehtimalı olmayan hər şəklə görə - 2-4 xal;
  • Yuxarıda qeyd olunan tələblərə görə verilmiş yekun xaldan aşağıdakılardan biri və ikisi çıxıla bilər:
  1. Zəif vikiləşdirməyə görə - 2-5 xal;
  2. Ədəbi Azərbaycan dilində olmadığına görə - 2-5 xal.

Qiymətləndirmə metodunun təkmilləşdirilməsinə zərurət yaranarsa, bu halda Qiymətləndirmə Komissiyasının üzvləri müvafiq qərarın qəbul edilməsində məsuldurlar

Mükafatlandırma

redaktə
  • 1-ci yeri tutan istifadəçiyə "Qızıl medal" mükafatı veriləcək.
  • 2-ci yeri tutan istifadəçiyə "Gümüş medal" mükafatı veriləcək.
  • 3-cü yeri tutan istifadəçiyə "Bürünc medal" mükafatı veriləcək.
[[Fayl:Mövzulu ay- Futbol bürünc.png 240px]]

İştirakçılar

redaktə
  1. --Araz Yaquboglu (müzakirə) 05:36, 1 iyun 2016 (UTC)[cavabla]
  2. --►Asiya səfiri Cekli 07:15, 1 iyun 2016 (UTC)[cavabla]
  3. --Ağ iβlis (müzakirə) 09:45, 1 iyun 2016 (UTC)[cavabla]
  4. --Elməddin Hacıyev (müzakirə) 10:27, 1 iyun 2016 (UTC)[cavabla]
  5. --Anar kerimxanov (müzakirə) 14:37, 1 iyun 2016 (UTC)[cavabla]
  6. --Nurana A (müzakirə) 14:37, 1 iyun 2016 (UTC)[cavabla]
  7. --IBAnk (müzakirə) 16:41, 3 iyun 2016 (UTC)[cavabla]
  8. --Ordenli (müzakirə) 23:49, 3 iyun 2016 (UTC)[cavabla]
  9. Elvin Nasibov (müzakirə) 00:11, 4 iyun 2016 (UTC)[cavabla]
  10. --Azerifactory (müzakirə) 07:54, 11 iyun 2016 (UTC)[cavabla]
  11. --Fortius-94 (Müzakirə) 03:46, 13 iyun 2016 (UTC)[cavabla]

Nəticə

redaktə
İstifadəçi Töhfələr Xal Məqalə sayı
(yeni+təkmilləşdirmə)
Şablon sayı
(yeni+təkmilləşdirmə)
Kateqoriya sayı
(yeni+düzəliş)
Şəkil sayı
(yeni)
Yer
Araz Yaquboglu /Araz Yaquboglu 6 0 0 9 (8+1) 0 8-9
Cekli829 /Cekli829 63 19 0 26 1 2
White Demon /White Demon 42 3 3 17 0 4
Elmeddin82 /Elmeddin82 8 2 0 1 0 6
Anar kerimxanov /Anar kerimxanov 861 38 74 189 0 1
Nurana A /Nurana A — — — — — —
IBAnk /IBAnk 54 4 2 1 0 3
Elvin Nasibov /Elvin Nasibov 13 1 0 0 0 5
Ordenli /Ordenli — — — — — —
Azerifactory /Azerifactory 6 8 0 0 0 8-9
Fortius-94 /Fortius-94 7 1 0 0 0 7
Bəhram Camalov /Bəhram Camalov — — — — — —

Yekun

redaktə

2016-cı ilin iyun ayında "Azərbaycan vikimediaçıları" istifadəçi qrupunun təşəbbüsü ilə həyata keçirilmiş "Futbol ayı" layihəsi çərçivəsində aşağıdakı göstəricilər qeydə alınmışdır:

İştirakçı
sayı
Töhfəsini
təqdim
edənlər
Məqalə
sayı
Şablon
sayı
Kateqoriya
sayı
Şəkil
sayı

1-ci yer

2-ci yer

3-cü yer
4-cü yer
12 9 76 79 143 (142+1) 1 Anar kerimxanov Cekli829 IBAnk White Demon
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Mövzulu_ay/Futbol_ayı&oldid=7150513"
LOVE.AZ