Layihə çərçivəsində yeni ayların seçilməsi üçün səhifə
1. Layihənin məqsədi. Mövzulu ay — Vikipediya istifadəçilərinin məqalələr üzərində müştərək işi üçün nəzərdə tutulub. Əsas hədəf — müxtəlif mövzularda tam və keyfiyyətli məqalələrin yazılmasıdır. Hər bir istifadəçinin nəzərərinə çatdırılır ki, layihə siyasi, dini və ya başqa baxışlar üçün təbliğat yeri deyil.
2. Ayın mövzusunun seçilmə proseduru. Yeni mövzunu hər bir isifadəçi, fikrini əsaslandıraraq irəli sürə bilər. Hazırlanmış mövzuda ən azı 30 məqalə yaradılma və zənginləşdirilmə üçün hazır edilməlidir. Mövzulu ay, birincidən yarım ay əvvəl seçilir. Mövzunun seçimi konsensus axtarışı ilə müzakirələr vasitəsilə aparılır. Ayın nominasiya müzakirələri və dəstəkləmələrində çıxışlar, sonradan bu mövzuda iştirakı mütləq edir. Bundan dərhal sonra istifadəçinin adı burada "Layihə iştirakçıları" bölməsinə əlavə edilir. Müzakirələrdə əsasən əvvəlki "Mövzulu ay" məqalələri üzərində çalışan Vikipediya istifadəçilərinin fikirləri nəzərə alınır. Nəticə etibarilə ən çox müsbət rəy qazanmış mövzu seçilir. Konsensus olmadığı halda nəticəni inzibatçılardan biri edir.
Hazırlanmış nominasiyalar bu kateoqriyada yerləşir.
3. Ayın müddəti. Mövzulu ay, hər ay bir dəfə keçirilir. Bu cür «ayın» müddəti — ayın ilk günündən etibarən 30 gündür. Xüsusi hallarda, istifadəçilərin razılığı ilə "mövzulu ay" müddəti uzadıla bilər.
2011
Ay | Mövzu | Müzakirə | Status |
Yanvar-İyun | Türkiyə ayı | qəbul edildi | keçirildi |
Lütfən, bu ay üçün təkliflərinizi edin. Mən aşağıdakı ayın mart üçün seçilməsini təklif edirəm:
Artıq bu ay da sona bitir. Hesab edirəm ki, yeni ay seçməliyik. Hazırda da görünür Rusiya ayı ən münasib aydır. Türkiyə ayı ilə bağlı redaktələr ümumi saya sonradan da əlavə edilə bilər. Bundan əlavə əvvəlki təklifim qüvvədədir. Təklif edirəm ki, yeni ayla bərabər bundan əvvəlki ay da bölmədə qeyd olunsun. Bir-birini əvəz edərək hərəsi iki ay ərzində formal olaraq mövzulu ay qala bilərlər. --Proger danış 19:52, 29 mart 2011 (UTC)[cavabla]
Görürəm ki, heç kim qarşı deyil. Təklif icra olunur. --Proger danış 23:35, 31 mart 2011 (UTC)[cavabla]
İyun ayı üçün təkliflər aşağıda qeyd edilir. --Proger danış 19:25, 20 May 2010 (UTC)
Xahiş edirəm, heç kim Türkiyə ayını yaratmasın. Mən artıq onun üzərində çalışıram. Hazır olan kimi təkliflərə verəcəm, kim istəsə bir az əlavə edim, orasını-burasını düzəldər. Ondan sonra əgər seçilsə, gələn ay ərzində başlayarıq yazmağa :). --Proger danış 21:46, 21 May 2010 (UTC)
Yuxarıda da yaza bilərəm. Mən çox istərdim ki, 27-28 may üçün Respublika Günü məqaləsi Ana səhifədə olsun. Amma məqalə bərbad haldadır. Bu bir idarəçi kimi mənim də günahımdır. Əvvəlcə öz məqalələrimizi qaydaya salmalıyıq. --Ira 18:30, 26 May 2010 (UTC)
İyun ayı üçün müzakirənin davamı olaraq yanvar və fevral üçün mövzulu ay Türkiyə ayı seçilmişdir. --Proger danış 20:56, 27 fevral 2011 (UTC)[cavabla]
Buyurun baxın. Demək olar ki, hər şey hazırdır. Lazımlı şablonlar və bir sıra mövzular əhatə olunub. Çalışacacam bir az da artırım. Kimin imkanı/vaxtı olsa digər mövzuları da artıra bilər. Məncə pis alınmayıb. Fikirlər? --Proger danış 08:03, 24 May 2010 (UTC)
Hesab edirəm ki, konsensus və elə səsvermə nəticəsilə "Türkiyə ayı" seçildi. Təbrik edirəm! Yeni ayın birinci günündən (İyun ayının 1-dən) ilk səhifədə "Birgə iş" bölməsində hamını bu ay çərçivəsində Türkiyə ilə bağlı məqalələr yaratmağa və zənginləşdirməyə çağıracağıq. Təbrik edirəm! ;)
Az qala yarım il gecikdik. Ancaq artıq Türkiyə ayı AzViki tarixində ilk Mövzulu ay olaraq Ana Səhifədə yayımlanır. Bir daha təbrik edirəm! ;)
Qeyd: Hər-hansı məqaləni yazdıqdan sonra qarşısında {{y}} şablonunu əlavə edin → Y --Proger danış 03:04, 3 yanvar 2011 (UTC)[cavabla]
Təklif edirəm Azərbaycan ayından başlayaq. --Ira 19:38, 26 May 2010 (UTC)
Azərbaycan ayı keçirilsə əsas yaradılmalı məqalələrin siyahısını tutub görəcəksiniz ki, onların artıq ən azından 80%-i yaradılıb. Bu ayı keçirdik-keçirmədik Azərbaycanla bağlı məqalələr yaradılır və yaradılacaq. Elə ölkə olmalıdır ki, onun haqqında burda məqalələr azdır və zəngin deyil + Azərbaycanla o ölkəni hansısa əlaqələr bağlayır. Deyək ki, müttəfiqlik, dostluq, qonşuluq, lap düşmənçilik və s. Mən təklif edirəm qonşu dövlətlərlə davam etdirək. Ya Gürcüstan, ya da İran və ya Rusiya ayı keçirək. Lap bir neçə aydan sonra Ermənistan ayı da keçirə bilərik. Mənim şəxsi fikrim odur ki, 2-ci olsun İran ayı. Bundan istifadə edib Cənubi Azərbaycana dair məqalələrin də xeyli zənginləşməsinə nail ola bilərik. --Sortilegus 20:56, 5 yanvar 2011 (UTC)[cavabla]
Türk dünyası ayının yaradılması yaxşı olar məncə burada ümumiyyələ bütöv Türk milltələrinin tarixi dilləri dövlət qurumları haqqında məqalələri cəmləşdirmək olar.Hörmətlə --JameS RamireZ 23:04, 4 yanvar 2011 (UTC)[cavabla]
Sizi bu səhifənin təkmilləşdirilməsində iştirak etməyə dəvət edirəm. --Cek Li Taran 06:03, 19 yanvar 2011 (UTC)[cavabla]
Sizi bu səhifənin təkmilləşdirilməsində iştirak etməyə dəvət edirəm.--Мурад 97 22:08, 23 yanvar 2011 (UTC)[cavabla]
Sizi bu səhifənin təkmilləşdirilməsində iştirak etməyə dəvət edirəm.--Мурад 97 19:48, 14 fevral 2011 (UTC)[cavabla]
Hörmətli idarəçilər və istifadəçilər Mövzulu ay çərçivəsində növbəti dekabr ayında Şimali Amerika ayının keçirilməsini təklif edirəm. Əgər hər kəs razıdırsa bir neçə günə səhifəni tam olaraq təkmilləşdirib hazırlaya bilərəm. --eldarado ✉ 19:24, 15 noyabr 2016 (UTC)[cavabla]
İdarəçi Cekli829-un fikirləri ilə tam razı deyiləm. Konkret ölkələrlə bağlı olan mövzulu aylar çox zaman effektiv olmur. Braziliya ayı buna misal göstərilə bilər. Eldarado tərəfindən yaradılan Şimali Amerika ayı mövzu kimi maraqlıdır və inanıram ki, dekabr ayı üçün mövzulu ay olsa antraktika ayı kimi uğurlu bir ay olacaq.--Baskervill müzakirə 07:52, 16 noyabr 2016 (UTC)[cavabla]