Səsvermə 10 fevaral — 25 fevral 2022-ci il tarixləri arasında keçirilir.
Bu fəzadakı səhifələr "Google" və "Bing" axtarış sistemlərində "nəticə" olaraq görünmür. Təkcə Vikipediyada Qaralama:Səhifənin adı
şəklində axtarış verdikdə tapmaq olur. Səhifələrin ümumi siyahısına buradan baxmaq olar. Sözügedən ad fəzası birçox müxtəlif ölçülü vikilərdə istifadə olunmaqdadır.
Hazırda AzVikidə bir çox məqalə barədə anlaşılmazlıq var. Belə ki, bəzi istifadəçilər bu səhifələrin birbaşa silinməsinin, digələri isə redaktə edilməsinin tərəfdarıdır. Bununla bağlı müxtəlif arqumentlər var. Fəzanın tətbiqi AzVikidə konkret oturuşmuş vəziyyət yaradacaq. Və gələcəkdə Vikinin böyüməsi ilə paralel olaraq vəziyyətin xaotik hala gəlməməsini təmin edəcək.
Məqalənin qaralama ad fəzasına keçirilməsi prosesini təkcə idarəçilər və ya müvafiq hüquqlara malik olan istifadəçi yerinə yetirə bilməlidir. Belə bir texniki imkan mümkündürmü? Adi bir addəyişmə kimi olarsa, Vikipediyada qarışıqlıq və əlavə iş yükü yarana bilər. Yeni qaralamanı hamı yarada bilsin, amma məqalənin Qaralama ad fəzasına keçirilməsi (və əksi də) idarəçilər tərəfindən həyata keçirilsin.—gabbani ∆ mesaj 10:41, 11 fevral 2022 (UTC)[cavabla]
Yekun nəticə:
Qəbul edildi— Turkmen müzakirə 15:38, 25 fevral 2022 (UTC)[cavabla]
Y Səsvermənin nəticələri hesablanmış və "Qaralama ad fəzasının "Sürətli silmə kriteriyaları"na tətbiq edilməsi" rəsmi olaraq qəbul edilmişdir.— Turkmen müzakirə 15:38, 25 fevral 2022 (UTC)[cavabla]