Səsvermə 24 yanvar 2018-ci il — 8 fevral 2018-ci il (Bakı vaxtı ilə 8 fevral saat 23:59-da səsvermə dayandırılacaq) tarixləri arasında keçirilir.
Bu prinsipdə boşluqlar və anlaşılmazlıqlar var. İstifadəçilərin səsvermə hüquqları bölməsində yazılan şərtlər İdarəçilərin və bürokratların seçilməsi qaydalarında Kimlər seçici hüququna malikdir? bölməsi ilə üst-üstə düşmür. Bu halda hansı prinsiplər üstün tutulacaq? Həmçinin bu prinsipdə "Səsvermənin nəticələrinin hesablanması" bölməsində İdarəçi, yaxşı və seçilmiş məqalələr, seçilmiş siyahı ilə bağlı müddəalar verilib. Əgər bu bölmə ümumi səsvermə prinsiplərini əks etdirirsə, niyə bürokratlarla bir cümlə belə yoxdur. Növbəti problem "İdarəçi namizədliyi barədə" bölməsindədir. Bu bölmədə yazılanlar da İdarəçilərin və bürokratların seçilməsi qaydalarında Kim idarəçiliyə namizəd ola bilər bölməsindəki şərtlərlə üst-üstə düşmür. Belə görünür ki, prinsipin qəbulu ondan əvvəlki vəziyyətlərdən daha qarışıq durum yarada bilər. Ona görə də, prinsip qəbul edilməməli, müzakirələr aparılmalı, ondan sonra səsvermə başladılmalıdır.--Emin ismarıc 16:00, 6 fevral 2018 (UTC)[cavabla]
Yekun nəticə:
Qəbul edildi --eldarado ✉ 21:37, 7 fevral 2018 (UTC)[cavabla]
Səsvermənin nəticələri hesablanmış və "Səsvermə" prinsipi rəsmi olaraq qəbul edilmişdir.--eldarado ✉ 21:37, 7 fevral 2018 (UTC)[cavabla]