Poeziya ilə eyni anlayışdır. İngilis Vikipediyasında Poetry və Prose, Türk Vikipediyasında Şiir və Nesir, Rus Vikipediyasında Poeziya və Proza olaraq verilir. Bizdə isə Nəzm (yəni Poeziya) və Nəsrdir. Yousiphh (müzakirə) 09:38, 28 mart 2025 (UTC)[cavabla]
Qalsın: Mən Poeziya məqaləsinə də diqqət yetirdim. İlk növbədə o məqalənin özünün ciddi redaktələrə ehtiyacı var, ikincisi isə poeziya dedikdə bütün poetik əsərlərin nəzmlə yazılması vacib deyil. Yəni nəzmdə qorunan ahəng, ölçü, bölgü, qafiyənin bütün poetik əsərlərə şamil edilməsi düzgün deyil. Bir çox poeziya yaradıcıları qeyd edilən xüsusiyyətlərə əməl etmək məcburiyyətində deyillər. Ona görə bu mövzuda tələsməmək və ədəbiyyatşünasları bu kimi mövzulara cəlb edib sonra qərar vermək daha düzgün olar. PinkEmaa (müzakirə) 23:05, 4 iyun 2025 (UTC)[cavabla]
Şərh: fikrimi nümunə ilə tamamlayım ki, səhv anlaşılmasın. Məsələn, Hüseyn Cavidin "İblis" dramı poeziya hesab olunur, poetik pyes, bəzən şeirli dram da deyilir. Amma bu əsəri biz nəzmə aid edə bilmərik. Nəzm dedikdə qəzəl, bayatılar və s. bu kimi qafiyə və ahəngin, bölgünün qorunduğu şeir parçaları başa düşülür. Nəzm poeziyanın bir hissəsi ola bilər , amma bütünlükdə poeziya və nəzmi eyniləşdirib birləşdirmək düzgün deyil. PinkEmaa (müzakirə) 23:19, 4 iyun 2025 (UTC)[cavabla]