Silinsin: — Məqalə üzərində işlənilsə etibarlı mənbələr əlavə edilsə ola bilər ki, fikri dəyişəsi olduq. Əks halda bunlar heç biri əlavə edilməsə silinməlidir. Hörmətlə, Vikotals (müzakirə) 04:33, 30 may 2025 (UTC)[cavabla]
Qalsın: Araşdırılmadan, axtarış edilmədən silinməyə təqdim edilən yeni bir məqalə daha. Rəfiqə Mustafayeva ilk növbədə Azərbaycan Qadın Ensiklopediyasında da sübut olunduğu kimi Qafqazda ilk qadın pedaqoji elmlər doktorudur. Elm xadimi olaraq da əhəmiyyətli və aktiv elmi fəaliyyəti olub, ilk növbədə çox sayda elmi nəşrin müəllifi, rəyçisi və redaktoru, 10-dan çox tədris proqramının müəllifi olub. Həmçinin rəhbərliyi altında ən azı 14 nəfər pedaqoji elmlər namizədi dərəcəsi alıb, 5 nəfərin doktorluq, 13 nəfərin isə namizədlik dissertasiyasının rəsmi opponenti olub. Digər elmi töhfələrini də yazıb uzatmıram daha. Həyat və fəaliyyəti birdən çox mənbə tərəfindən araşdırılıb, haqqında müstəqil yazılar mövcuddur və bunların arasında akademik jurnal məqalələri də var. Açıq-aşkar ensiklopedik şəxsdir. Araz Yaquboglu, En Merker, lütfən siz də fikrinizi bildirin. --Sura Shukurlu (müzakirə) 20:36, 13 iyun 2025 (UTC)[cavabla]