Qalsın: Dövrün əsas ziyalı qadın simalarından biri olub. Adı xüsusən də həmin dövrün mətbuatında, qəzetlərində Mirzə Ələkbər Sabirin əsərlərinin nəşri üçün ilk maddi yardımı göstərməsi ilə bağlı tez-tez anılıb. Azərbaycanın ilk maarifçi qadınlarından, Bakı Müsəlman Qadın Xeyriyyə Cəmiyyətinin qadın təhsili uğrunda apardığı fəaliyyətin əsas iştirakçılarından, 1917-ci ildə Zaqafqaziya Müsəlmanlarının Konqresində iştirak edən 3 Azərbaycanlı qadından biri olub. Adını sadəcə Nəcəf bəy Vəzirovun qızıdır deyə tanımırıq yəni. Yox əgər bu faktların əhəmiyyətindən danışacayıqsa, əsas olan faktlara mənbələr tərəfindən verilmiş əhəmiyyətdir. Buna da gəlsək, Azərbaycanın ilk maarifçi qadınlarında biri olaraq Sara Vəzirovanın həyatı, fəaliyyəti araşdırılaraq müstəqil yazılar yazılıb, dövrün maarifçi qadınları haqqında yazılmış kitablarda, məqalələrdə haqqında məlumata yer verilib. Ensiklopedik əhəmiyyətllik üçün şərtləri tam ödəyir. Belə bir məqaləni necə silinməyə namizəd təqdim etmisiniz ağlım almır. Bu məqaləni qeyri-ensiklopedik hesab etmək üçün gərək ya şəxsə qarşı ciddi kinin ola, ya da SNS-dəki fəaliyyətin qeyri-ciddi məqsədli ola. Artıq neçənci dəfədir ki, fəaliyyətinizdə bu hal yaşanır. Araz YaqubogluEn Merker, fikirləriniz maraqlıdır. --Sura Shukurlu (müzakirə) 17:56, 28 may 2025 (UTC)[cavabla]
İstifadəçinin SNS etdiyi məqalələrin içərisində ensiklopedik olanları var. Dünən biri qarşıma çıxdı. Azərbaycan Milli Ensiklopediyasında haqqında məlumat olan şəxs idi. Bu baxımdan yekunlaşdırma zamanı ciddi təftiş lazımdır. Araz Yaquboglu (müzakirə) 05:05, 29 may 2025 (UTC)[cavabla]
Qalsın: yuxarıdakı fikirlərlə tam razıyam. Sara xanım Azərbaycanda qadın maarifçiliyinin ilk pionerlərindəndir. Fəaliyyəti məqalədə tam işıqlandırılıb. O ki, qaldı məqaləni SNS edən şəxsə, mən uzun müddətdir onun SNS etdiyi heç nəyə fikir bildirmirəm, çünki qərəzli istifadəçidir. Hazırda o, qədər ensiklopedik olan şəxsi SNS göstərib ki, aparıcılar, şou biznes adamları, elmlər doktorları və s. Turkmen nəyə görə istifadəçinin SNS blokunu aradan qaldırdığını izah etsə yaxşı olar. Axı bu məqalənin namizəd edilməsi elə blokun aradan qaldırılmasının tələsik qərar olduğunu göstərir. --Tarixi Nadir (müzakirə) 19:49, 28 may 2025 (UTC)[cavabla]
Qalsın: Məqaləni demək olar ki, silib yenidən hazırlamışam. Kifayət qədər ensiklopedik tələblərə cavab verir. Ən əsası Azərbaycanın ilk maarifçi qadınlarındandır. Burdakı hər kəs demək istədiklərimi yazıb deyə yenidən yazmağa ehtiyac duymuram.--Scherbatsky12 (müzakirə) 21:20, 29 may 2025 (UTC)[cavabla]