Qalsın: Məşhur mahnıların müəllifidir. Siz, deyəsən, ya ensiklopediklik prinsiplərini fərqli anlayırsınız, ya da ki az-Vikidə məqalələrin sayını azaltmaq məqsədiniz var. Zohrab Javad (müzakirə) 07:20, 10 iyun 2025 (UTC)[cavabla]
@Yousiphh Siz bu cür məqalələri SNS-ə qoyanda, digər iştirakçıların vaxtını alırsınız. Xahiş edirəm, hər qabağınıza çıxan şübhələndiyiniz məqaləni SNS-ə qoymağa tələsməyin, əvvəl heç olmaya məqalənin müzakirə səhifəsində müzakirə eləyin. Qaydalarla da oynamaq yaxşı iş deyil. Zohrab Javad (müzakirə) 12:56, 10 iyun 2025 (UTC)[cavabla]
@Zohrab Javad Məqalənin 5 istinadından 2 Facebook postudur, 1 şeir linki və 1 şeir kitabındakı haqqındakı kiçik məlumat, 2 vəfat xəbəri. Bu istinadlar necə bu şəxsi ensiklopedik edir? Axtarışlardakı nəticələrə baxırıq: mediadakı tərəfli tərifnamələr və vəfat xəbərləri. Ayrı heç bir çey tapılmır.
Kimin vaxtı alınır? Vikipediya könüllülük əsasında fəaliyyət göstərmir? Siz ümumiyyətlə niyə SNS-i bu qədər problemli yer kimi görürsünüz? Mən hansı qayda ilə oynayıram? Niyə mənə qarşı belə münasibətdəsiniz? Yousiphh (müzakirə) 14:33, 10 iyun 2025 (UTC)[cavabla]
@Yousiphh, mənim şəxsən sizə qarşı heç bir pis münasibətim yoxdur. Amma siz gah Əməkdar jurnalisti SNS-ə qoyursunuz(mənim səhvimdir, Əməkdar jurnalist deyilmiş), gah da məşhur mahnı müəllifini (hərçənd ki bu şəxs barəsində başqa dillərdə də məqalə var). Ola bilər ki, məqalədə problem olsun, məsələn mənbələrdə. Siz isə nəinki bu problemləri aradan qaldırmırmağa çalışmırsınız (borcunuz da yoxdur əlbətdə, çünki bu iş könüllüdür), siz kökündən vurub SNS-ə qoyursunuz, necə deyərlər "məqalə yoxdur - problem yoxdur" prinsipi ilə. Mənbələrdə problem varsa, məlumat şübhə doğurursa, bunun üçün məqalənin müzakirə səhifəsi var. Amma sizin yanaşmanızla getsək, nə edək? az-Viki bağlanmalıdır onda? Zohrab Javad (müzakirə) 14:43, 10 iyun 2025 (UTC)[cavabla]
Sondakı sualınız ilə hər şey aydın olur. SNS-ə məqalə təqdim etmək Azərbaycanca Vikipediyanı bağlamaq cəhdidir deməli. Əla! Mövzunu davam etdirməyəcəm. Sizinlə müzakirə etmək mümkün deyil. Mənim ensiklopedik olmayan şəxslərin məqalələrini təkminləşdirmək üçün vaxtım yoxdur. SNS-də müzakirə yeridir. Amma siz müzakirə yox, qarşıdurma yaradırsınız. Əməkdar jurnalist, professor, dövlət xadimi, "məşhur mahnı müəllifi" olmaq heç bir şəxsi ensiklopedik etmir, bunun üçün mənbələr, ən əsası da tərəfsiz və ikinci dərəcəli mənbələrə ehtiyac var. Buyurun VP:EƏ şərtləri ilə tanış olun. Yousiphh (müzakirə) 14:50, 10 iyun 2025 (UTC)[cavabla]
Siz indi mənim üstümə gedirsiniz. Müzakirə etmək istəmirsinizsə, heç kim sizi məcbur etmir. Bura Vikipediyadır. Sizin redəktə eləmək haqqınız var, mənim də buna münasibət bildirməyimə haqqım var.
Sondakı sualınız ilə hər şey aydın olur. SNS-ə məqalə təqdim etmək Azərbaycanca Vikipediyanı bağlamaq cəhdidir deməli. Əla! Mövzunu davam etdirməyəcəm.
Əvvəl sizə qaydalarla oynamamağı tövsiyyə edirdim. İndi əlavə olaraq sözə ilişməyinizi xahiş edirəm. Üzr istəyirəm ifadəmə görə, "məhəllə razborkası" deyil.
Mənim ensiklopedik olmayan şəxslərin məqalələrini təkminləşdirmək üçün vaxtım yoxdur.
Ensiklopedik olub-olmamağını təyin edən siz deyilsiniz. Ümid edirəm ki belə deyil, amma görüntü belədir ki, sizin məhs məqalələri SNS-ə qoymağa vaxtınız var.
Amma siz müzakirə yox, qarşıdurma yaradırsınız.
Yuxarıdakı şərhinizi oxuyun və görün qarşıdurmanı kim yaradır. Yeri gəlmişkən, başqa mövzuda siz, deyəsən, opponenti yerlibazdıqda ittiham edirdiniz. Zohrab Javad (müzakirə) 15:06, 10 iyun 2025 (UTC)[cavabla]
Sondakı cümləmi cavabsız qoymusunuz. Əsas məsələ orada idi. Xahiş edirəm sakit olun. Və bəli mən yerlibazlığın əleyhinəyəm. Vikisitat və Vikimənbə bərbad haldadır. Və mən bunun səbəbini yerlibazlıqda görürəm. Heç kimi təhqir etmədən bunu yazıram. Vikipediyada Azərbaycanda olduğu kimi yerlibazlıq olmamalıdır. Yousiphh (müzakirə) 15:24, 10 iyun 2025 (UTC)[cavabla]
Əməkdar jurnalist, professor, dövlət xadimi, "məşhur mahnı müəllifi" olmaq heç bir şəxsi ensiklopedik etmir,
Əksər hallarda eləyir.
bunun üçün mənbələr, ən əsası da tərəfsiz və ikinci dərəcəli mənbələrə ehtiyac var.
Məqalədə yoxdursa, o demək deyil ki ümumiyyətlə yoxdur. Məqalələri təkmilləşdirmək əvəzinə SNS-ə qoymaq lazım deyil. Əlbətdə ki, görsək ki, məsələn "akademik" yazılıb, amma nə qədər axtarsaq da mənbə tapmadıq, bu başqa məsələ - bu mən deyərdim ki ensiklopedik məsələsi də deyil, Orijinal Tədqiqatd məsələsidir.
Buyurun VP:EƏ şərtləri ilə tanış olun.
@Yousiphh, birinci il Vikipediyada deyiləm. ru-Vikidə bəlkə az-Vikidən də çox fəalam, qaydalara bələdəm, hərçənd ki əzbərdən bilmirəm, heç buna ehtiyyac da duymuram.
Xahiş edirəm sakit olun.
Bu məsləhətinizi bu cümlənizə aid edə bilərsiniz - Niyə mənə qarşı belə münasibətdəsiniz?
Və bəli mən yerlibazlığın əleyhinəyəm.
Kim tərəfdarıdır ki? Siz əsassız ittiham eləyirsiniz, problem budur.
Vikisitat və Vikimənbə bərbad haldadır. Və mən bunun səbəbini yerlibazlıqda görürəm. Heç kimi təhqir etmədən bunu yazıram. Vikipediyada Azərbaycanda olduğu kimi yerlibazlıq olmamalıdır.
Çox şey bərbad gündə ola bilər. Neyləyək indi? az-Vikini kökündən silək gedək? Təkmilləşdirmək lazımdır da. Daha hər qabağaçıxan məqaləni araşdırmamış SNS-ə qoymaq da nədir? Zohrab Javad (müzakirə) 15:46, 10 iyun 2025 (UTC)[cavabla]
Əhəmiyyət nədir və Vikipediyada necə təmzinlənir bir xahiş qaydalar ilə tanış olun. Hərçənd Rusca Vikipediyada bəzi qaydaları bilmədiyinizi görüb bunu ikiqat xahiş edirəm. Yousiphh (müzakirə) 10:40, 12 iyun 2025 (UTC)[cavabla]
Qeyd: Digər üç dildəki məqaləsini də SNS-ə təqdim etdim. Əminəm ki, orada da şəxsin ensiklopedik biri olmadığı aydın olaraq məqaləsi silinəcək. Yousiphh (müzakirə) 14:53, 10 iyun 2025 (UTC)[cavabla]
Niyə? Olmazdımı əvvəl az-Vikidə qərar müəyyən edilsin, sonra başqa dillərə keçəsiniz? Yoxsa məqsəd odur ki, “burada keçməsə başqa yerdə keçər”, necə deyərlər “tutaq qatıq - tutmaz ayran”? Zohrab Javad (müzakirə) 03:56, 12 iyun 2025 (UTC)[cavabla]
Niyə? Çox sadə - ensiklopedik olmayan şəxsin məqaləsi Vikipediyada olmamalıdır. İstəyir Azərbaycan, istəryirsə də Mozambik Vikipediyası olsun. Kinayələriniz o qədər yersizdir ki, sizin AzVikidə müzakirələrdə mübahisə etməkdən başqa bir fəaliyyətinizi görmədim. Yousiphh (müzakirə) 09:39, 12 iyun 2025 (UTC)[cavabla]
Burada aşağılayıcı heç bir ifadə yoxdur. Gördüyümü yazıram. Yenə məni bloklamaq üçün səbəb axtarırısınızsa bu başqa məsələ. SNS-ə məqalə təqdim etmək nədənsə Viki İcma üçün istifadəçiləri düşmənə çevirir. Yuxarıda @Zohrab Javad məni "az-Vikini kökündən silməkdə" ittiham edir, siz də ikinci dəfədir ki, nəzakət qaydalarını pozmamda. Olsun. Şəxsin ensiklopedikliyindən başqa hər bir şeyi danışırıq burada. Yousiphh (müzakirə) 10:31, 12 iyun 2025 (UTC)[cavabla]
Vikipediyada SNS-dən başqa işlərdə bir az çox olsanız, bəlkə fəaliyyətimi görərsiniz. Yazılan şərhi də aqressiya ilə qarşılamaq lazım deyil. Sizi “az-Vikini kökündən silməkdə” ittiham eləmirəm… hələ ki. Kontekstə baxın. O mənada deyilib ki, siz az-Vikidəki məqalələrin keyfiyyətini sizin yanaşdığınız kimi sərt yanaşmağa görə, o məqalələr silinsə - onda nə edək, köhnə məqalələrin bəlkə də əksəriyyətini silək? Məqalələrin keyfiyyətinə yanaşmağınız alqışa laiqdir, amma bəlkə SNS-ə qoymaqdan qabaq birinci məqalənin keyfiyyətini yüksəltməyə çalışaq? Sizi bloka atmaq məqsədim yoxdur, belə səlahiyyətim də yoxdur. Əlbətdə ki, kimsə özünü destruktiv aparsa, kimsə (mən ya siz) məsələni qaldıra bilər və onun məsələsinə baxıla bilər. Zohrab Javad (müzakirə) 19:09, 14 iyun 2025 (UTC)[cavabla]
Bəli, çünki @Zohrab Javad "məşhur mahnıların müəllifidir" səbəbi ilə şəxsi ensiklopedik, mən isə VP:EƏ şərtlərini ödəmədiyi, ikincidərəcəli və tərəfsiz mənnbələr ilə əhatə olunmadığını, tək manhı müəllifi olmaq şəxsi ensiklopedik olmadığını müdafiə edirəm. Amma nədənsə müzakirəni istifadəçi SNS-ə məqalə daşımağın səhv-düzgün tərəflərə çəkir. Yousiphh (müzakirə) 10:34, 12 iyun 2025 (UTC)[cavabla]
Qalsın: Demək istədiklərimin əksəriyyəti yuxarıda digər həmkarlar tərəfindən deyilib. Faktlar ortadadır. Məqaləyə çox asanlıqla yeni mənbələr də tapıb əlavə etdim. Fəaliyyəti ilə xüsusən də Azərbaycan musiqisinə əhəmiyyətli töhfələr vermiş şəxsdir. Mövcud vəziyyətdə meyarlar ödənir. Son zamanlarda SNS-də baş verən proses məni narahat edir. Onlarla tarixi şəxsiyyət, elm xadimi məqalələri silinir. --Sura Shukurlu (müzakirə) 20:53, 11 iyun 2025 (UTC)[cavabla]
@Sura Shukurlu SNS nə baş verir? Hansı onlarla tarixi şəxsiyyət, elm xadimi məqalələri silinib? Misal çəkə bilərsiniz? Onlar əgər ensiklopedikdirlərsə niyə bərpa üçün namizəd göstərmirsiniz? Ümumiyyətlə bunların bu müzakirəyə nə dəxli var?
Sizin bu cavabınızın da mövzuya dəxli yoxdur. Zəhmət olmasa, belə yazıları, mövzu ilə əlaqəsi olmayan şeyləri istifadəçilərin müzakirə səhifəsində yazıb soruşun. Məqalənin müzakirəsindən başqa hamı hər şey danışır. Hörmətlə, Qədir (müzakirə) 13:54, 12 iyun 2025 (UTC)[cavabla]
@Yousiphh, tam olaraq nə axtardığınızı başa düşə bilmirəm. Nə sübutu olacaq? Şəxs şairədir, çox sayda tanınan şeirin müəllifidir. Ölkənin ən görkəmli bəstəkarları onun sözlərinə mahnılar bəstələyib və həmin mahnılar görkəmli sənətçilər tərəfindən ifa olunaraq məşhur və yaddaqalan musiqi nümunələrinə çevrilib. Sura Shukurlu (müzakirə) 17:16, 12 iyun 2025 (UTC)[cavabla]