Bu səhifədə video oyunlar haqda məqalələrin yazılışı barədə göstərişlər gətirilib. Bu mövzuda məqalələr yazmaq fikrindəsinizsə, mütləq bu məqaləyə nəzər yetirin.
Məqalələri təşkil etmək üçün bir neçə yol var. Aşağıda sadalananlar sadəcə tövsiyələrdir. Bu yollar məqalənin inkişafına heç bir təsir göstərmir və ya mənfi təsir göstərirsə, məqalələri bunlara uyğunlaşdırmağa cəhd göstərməyin. Yolların hamısı müvafiq sıra ilə verilib.