Vikidüşərgə 2022 | |
---|---|
![]() | |
Başlama tarixi | 24 sentyabr 2022 |
Bitmə tarixi | 25 sentyabr 2022 |
Əvvəlki | 2019 Yay Vikidüşərgəsi |
Sonrakı | Gənclərin Vikipediya düşərgəsi 2023 |
![]() |
Vikidüşərgə 2022 — "Azərbaycan Vikimedia Könüllüləri" İctimai Birliyi tərəfindən təqdim edilmiş və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin "Şuşa ili"nə həsr olunmuş xüsusi müsabiqəsinin qalibi olan "Vikipediya Şuşanı Sevir" qrant layihəsi çərçivəsində təşkil edilməsi nəzərdə tutulan vikidüşərgə. Vikidüşərgə 24–25 sentyabr 2022-ci il tarixlərində keçiriləcəkdir. Vikidüşərgədə təcrübəli və yeni vikipediyaçılarla yanaşı, Şuşa şəhərinin mədəniyyət müəssisələrinin əməkdaşları da iştirak edəcəklər.
Vikidüşərgədə 35 nəfərin, o cümlədən 25 vikipediyaçı və 10 nəfər Şuşa şəhərinin mədəniyyət işçisinin iştirakı nəzərdə tutulmuşdur.
Düşərgə müddətində az-vikidə 30 məqalənin yaradılması, Vikianbara 100-dən artıq fotoşəkilin yüklənməsi nəzərdə tutulmuşdur.
Düşərgə dövründə iştirakçılara müxtəlif ölkələrdə vikipediyaçıların həyata keçirdikləri layihələr, Vikipediyada tətbiq edilən müxtəlif faydalı alətlər, icra edilən layihələr, Vikidata, şablonlar, botlar və s. barədə təqdimatlar olunacaqdır.
Vikidüşərgənin Sumqayıt şəhərinin dəniz kənarında, Regnum hoteldə keçirilməsi nəzərdə tutulur.
Düşərgədə iştirak etmək üçün müraciətlər BU QEYDİYYAT FORMASI ilə qəbul edilir.
Son qeydiyyat tarixi: 12 sentyabr 2022, saat 23:59:59.
Düşərgənin iştirakçıları Təşkilat Komitəsinin qiymətləndirməsi əsasında seçiləcəkdir.
Düşərgənin təşkili və iştirakçıların seçilməsi Təşkilat Komitəsi tərəfindən həyata keçiriləcəkdir:
Saat | Hadisə | Yer | Qeyd |
---|---|---|---|
08:00–08:30 | Toplanış | 20 yanvar m/s yanı, Bravo hipermarketin önü | |
08:30–09:00 | Otelə doğru hərəkət | Bakı–Sumqayıt yolu | |
09:00–10:00 | Oteldə yerləşmə | Regnum hotel, Sumqayıt | |
10:00–10:30 | Açılış mərasimi | — | |
10:30–11:45 | Təqdimatlar | — | |
11:45–12:00 | Fasilə | — | |
12:00–13:00 | Təqdimatlar | — | |
13:00–14:00 | Nahar | — | |
14:00–15:30 | Vikitədqiqat / Mədəniyyət işçiləri üçün təlim | — | |
15:30–16:00 | Fasilə | — | |
16:00–18:00 | Editaton (məqaləyaratma) | — | |
18:00–19:00 | Fasilə | — | |
19:00–20:00 | Şam yeməyi | — | |
20:00–22:00 | İntellektual oyunlar | — |
Saat | Hadisə | Yer | Qeyd |
---|---|---|---|
09:00–10:00 | Səhər yeməyi | Regnum hotel, Sumqayıt | |
10:00–11:00 | Vikitədqiqatların təqdimatı | — | |
11:00–11:30 | Vikitədqiqat qaliblərinin elan edilməsi | — | |
11:30–11:45 | Fasilə | — | |
11:45–14:00 | Editaton | — | |
14:00–15:00 | Nahar | — | |
15:00–15:30 | Bakıya doğru hərəkət | Bakı–Sumqayıt yolu |
Vikianbarda Vikidüşərgə 2022 ilə əlaqəli mediafayllar var. |
"Azərbaycan vikimediaçıları" istifadəçi qrupunun keçirdiyi Vikidüşərgələr | |
---|---|
Bahar Vikidüşərgəsi | |
Yay Vikidüşərgəsi | |
Payız Vikidüşərgəsi | |
Qış Vikidüşərgəsi |