. Love.az

Vikipediya Vikiduserge 2022 - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Vikiduserge 2022
Vikidüşərgə 2022
Başlama tarixi 24 sentyabr 2022
Bitmə tarixi 25 sentyabr 2022
Əvvəlki 2019 Yay Vikidüşərgəsi
Sonrakı Gənclərin Vikipediya düşərgəsi 2023
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
2019 Yay Vikidüşərgəsinin iştirakçıları
2018 Bahar Vikidüşərgəsinin iştirakçıları
2017 Yay Vikidüşərgəsinin iştirakçıları

Vikidüşərgə 2022 — "Azərbaycan Vikimedia Könüllüləri" İctimai Birliyi tərəfindən təqdim edilmiş və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin "Şuşa ili"nə həsr olunmuş xüsusi müsabiqəsinin qalibi olan "Vikipediya Şuşanı Sevir" qrant layihəsi çərçivəsində təşkil edilməsi nəzərdə tutulan vikidüşərgə. Vikidüşərgə 24–25 sentyabr 2022-ci il tarixlərində keçiriləcəkdir. Vikidüşərgədə təcrübəli və yeni vikipediyaçılarla yanaşı, Şuşa şəhərinin mədəniyyət müəssisələrinin əməkdaşları da iştirak edəcəklər.

Mündəricat

  • 1 Məqsədlər
  • 2 Görüləcək işlər
  • 3 Düşərgənin yeri və şəraiti
  • 4 Necə iştirak etməli
  • 5 Təşkilat Komitəsi
  • 6 Düşərgənin qrafiki
    • 6.1 1-ci gün — Şənbə, 24 sentyabr
    • 6.2 2-ci gün — Bazar, 25 sentyabr
  • 7 Həmçinin bax
  • 8 Xarici keçidlər

Məqsədlər

redaktə
  • Şuşa şəhəri barədə ensiklopedik əhəmiyyətə malik məlumatların Vikipediyada yerləşdirilməsi və fotoşəkillərin Vikianbara yüklənməsi, Vikianbarda Şuşanın tarixi və mədəniyyəti mövzusunda fotoşəkillərin sayının artırılması;
  • Şuşa şəhərinin mədəniyyət işçilərinin Vikipediyaya faydalı məzmun əlavə etmələri üçün müvafiq biliklərə yiyələnməsinin təmin edilməsi;
  • Şuşa ilə əlaqəli məqalələrdə, şablon və kateqoriyalarda boşluqların müəyyən edilməsi və aradan qaldırılması istiqamətində birgə işin təmin edilməsi;
  • Azərbaycanda Vikimedia hərəkatının gücləndirilməsi, fəal istifadəçilər arasında sıx əlaqələrin və əməkdaşlığın qurulması, yeni könüllülərin cəlb edilməsi;
  • Vikipediyada şablonların, botların və Vikiverilənlərin imkanlarının tətbiqi barədə vikicəmiyyətin məlumatlandırılması;
  • Dünyadakı Vikimedia təşkilatlarının fəaliyyəti və Azərbaycanda Vikimedia hərəkatının mövcud vəziyyəti və gələcəyi barədə iştirakçıları məlumatlandırmaq;

Görüləcək işlər

redaktə

Vikidüşərgədə 35 nəfərin, o cümlədən 25 vikipediyaçı və 10 nəfər Şuşa şəhərinin mədəniyyət işçisinin iştirakı nəzərdə tutulmuşdur.

Düşərgə müddətində az-vikidə 30 məqalənin yaradılması, Vikianbara 100-dən artıq fotoşəkilin yüklənməsi nəzərdə tutulmuşdur.

Düşərgə dövründə iştirakçılara müxtəlif ölkələrdə vikipediyaçıların həyata keçirdikləri layihələr, Vikipediyada tətbiq edilən müxtəlif faydalı alətlər, icra edilən layihələr, Vikidata, şablonlar, botlar və s. barədə təqdimatlar olunacaqdır.

Düşərgənin yeri və şəraiti

redaktə

Vikidüşərgənin Sumqayıt şəhərinin dəniz kənarında, Regnum hoteldə keçirilməsi nəzərdə tutulur.

Necə iştirak etməli

redaktə

Düşərgədə iştirak etmək üçün müraciətlər BU QEYDİYYAT FORMASI ilə qəbul edilir.

Son qeydiyyat tarixi: 12 sentyabr 2022, saat 23:59:59.

Düşərgənin iştirakçıları Təşkilat Komitəsinin qiymətləndirməsi əsasında seçiləcəkdir.

Təşkilat Komitəsi

redaktə

Düşərgənin təşkili və iştirakçıların seçilməsi Təşkilat Komitəsi tərəfindən həyata keçiriləcəkdir:

Təşkilat Komitəsinin rəhbəri
  • Wertuose
Təşkilat Komitəsinin üzvləri
  • Eldarado
  • Toghrul R
  • Atakhanli
  • Solavirum
  • A.Aida88

Düşərgənin qrafiki

redaktə

1-ci gün — Şənbə, 24 sentyabr

redaktə
Saat Hadisə Yer Qeyd
08:00–08:30 Toplanış 20 yanvar m/s yanı, Bravo hipermarketin önü
08:30–09:00 Otelə doğru hərəkət Bakı–Sumqayıt yolu
09:00–10:00 Oteldə yerləşmə Regnum hotel, Sumqayıt
10:00–10:30 Açılış mərasimi —
10:30–11:45 Təqdimatlar —
11:45–12:00 Fasilə —
12:00–13:00 Təqdimatlar —
13:00–14:00 Nahar —
14:00–15:30 Vikitədqiqat / Mədəniyyət işçiləri üçün təlim —
15:30–16:00 Fasilə —
16:00–18:00 Editaton (məqaləyaratma) —
18:00–19:00 Fasilə —
19:00–20:00 Şam yeməyi —
20:00–22:00 İntellektual oyunlar —

2-ci gün — Bazar, 25 sentyabr

redaktə
Saat Hadisə Yer Qeyd
09:00–10:00 Səhər yeməyi Regnum hotel, Sumqayıt
10:00–11:00 Vikitədqiqatların təqdimatı —
11:00–11:30 Vikitədqiqat qaliblərinin elan edilməsi —
11:30–11:45 Fasilə —
11:45–14:00 Editaton —
14:00–15:00 Nahar —
15:00–15:30 Bakıya doğru hərəkət Bakı–Sumqayıt yolu

Həmçinin bax

redaktə
  • Vikipediya:2017 Yay Vikidüşərgəsi
  • Vikipediya:2018 Bahar Vikidüşərgəsi
  • Vikipediya:2019 Yay Vikidüşərgəsi
  • Vikipediya:Gənclərin Vikipediya düşərgəsi 2023

Xarici keçidlər

redaktə
  • "Azərbaycan Vikimedia Könüllüləri" İctimai Birliyinin vebsaytı
  Vikianbarda Vikidüşərgə 2022 ilə əlaqəli mediafayllar var.
 
"Azərbaycan vikimediaçıları" istifadəçi qrupunun keçirdiyi Vikidüşərgələr
Bahar Vikidüşərgəsi
  • 2018 Quba
Yay Vikidüşərgəsi
  • 2017 Qax
  • 2019 Şamaxı
  • 2023 Lənkəran
  • 2024 Şəki
  • 2025 Qazax
Payız Vikidüşərgəsi
  • 2022 Sumqayıt
Qış Vikidüşərgəsi
  • 2023 Göygöl
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Vikidüşərgə_2022&oldid=7716455"
LOVE.AZ