Lehinə: Sitatdakı ingiliscə orijinal mətn hissəsi silinsə yaxşı olardı. Azərbaycanca tərcüməsi kifayət edir. Əgər etiraz yoxdursa, özüm silib istinad hissəsində orijinal mətni göstərəcəm; vizuallıq üçün də yaxşı olar. — Cavid Sumqayıtlı 21:37, 25 dekabr 2017 (UTC)[cavabla]
Əleyhinə: Fəaliyyətinizi bəyənirəm və sizi həvəsdən salmaq istəmirəm, ama məndə kiçik həcmli məqalələrin status almasına qarşıyam. --eldarado ✉ 20:31, 15 dekabr 2017 (UTC)[cavabla]
Şərh: --Cənab Baskervill, birincisi, həcmi Azərbaycandilli vikipediyadakından da kiçik olan bu məqalə İngilisdilli Vikipediyada YM statusu almışdır. 5,5 milyondan çox məqaləsi olan İngilisdilli Vikipediyanın 1,241 idarəçisi və o cümlədən minlərlə istifadəçisi sizdən heç də az bilmirlər və bu məqaləni YM statusuna layiq görüblər; ikincisi, Azərbaycandilli Vikipediyada təxminən bu həcmli YM statuslu məqalələr var. (Məsələn, Çörək muzeyi (Ağdam)); üçüncüsü, həcmə görə deyirsinizsə, məqalə Yaxşı məqalə şərtlərinin 8-ci bəndini ödəyir. Odur ki, niyə əleyhinə səs verdiyinizi heç cür anlaya bilmədim. Wikipediya M (müzakirə) 15:10, 15 dekabr 2017 (UTC)[cavabla]
Wikipediya M qarşınızda olan şəxslə normal ünsiyyət qurmağı bacarmırsınız ? Hansı məntiqlə ingilis dili ilə azərbaycan dilinin imkanlarının müqayisə edirsinz ? 5.5 milyon məqaləsi olan envikidə 2 cümləlik məqalələyə status veriləcək deyə, bizdə bunu etməyə məcburuq ? Harda kiçik, balaca məqalələr var onu tərcümə edirsiniz və burada insanların vermiş olduğu səsləri sorğulayırsınız. Zəhmət olmasa yazanda, cümələrinizə fikir verin. --Baskervill (müzakirə) 15:16, 15 dekabr 2017 (UTC)[cavabla]
Cənab Baskervill, mən bacardığım qədər normal ünsiyyət qurmağa çalışıram. Xahiş edirəm, sərt reaksiya verməyə ehtiyac yoxdur. Ancaq, "insanların vermiş olduğu səsləri sorğulamaq" anlayışını başa düşmədim.--Wikipediya M (müzakirə) 15:21, 15 dekabr 2017 (UTC)[cavabla]