. Love.az

Vilcek Torpagi - Wikipedia - Love.az

Ana Səhifə - Vilcek Torpagi

Vilçek Torpağı — Şimal Buzlu okeanında yerləşən, Frans-İosif Torpağına daxil olan ikinci ən böyük ada. Ada Avstriyalı Karl Veyprext və Yulius Payerin rəhbərlik etdiyi ekspedisiyanı maliyyələşdirən Hans Vilçekin şərəfinə adlandırılmışdır. Ada 1873-cü ildə kəşf edilmişdir. Frans-İosif Torpağı yasaqlığı ərazisinə daxildir.

Vilçek Torpağı
rus. Земля Вильчека
Ümumi məlumatlar
Sahəsi 2055 km²
Uzunluğu
  • 57 km
Eni 47 km
Hündür nöqtəsi 606 m
Əhalisi 0 nəfər (2012-ci il)
Yerləşməsi
80°35′00″ şm. e. 60°30′00″ ş. u.HGYO
Ölkə  Rusiya
Vilayət
  • Arxangelsk vilayəti
Arxipelaq
  • Frans-İosif Torpağı
Akvatoriya
  • Şimal Buzlu okean
Vilçek Torpağı xəritədə
Vilçek Torpağı
Vilçek Torpağı

Mündəricat

  • 1 Coğrafiyası
  • 2 Ən yaxın yerləşən adalar
  • 3 İqlimi
  • 4 Mənbə

Coğrafiyası

redaktə

Arxipelaqın şərqində yerləşir. Qərb qrupunda yerləşən adalardan Avstriya boğazı ilə ayrılır. Qrehem-Bell adası ilə arasında Morqan boğazı yerləşir. Üzəri əsasən buzlaqlarla örtülü olur. Hündürlük 400-600 metr arasında dəyişir. Sahəsi 2055 km², ən hündür nöqtəsi isə 606 metrdir.

Ən yaxın yerləşən adalar

redaktə
  • 9 km cənubda Persey buxtasında Klaqenfurt, Avstriya şəhəri Klaqenfurtun şərəfinə adlandırılmışdır.
  • Şərq sahillərində Qorbunov adaları yerləşir. Adalar Qriqori Petroviç Qorbunovun şərəfinə adlandırılmışdır.
  • 1,5 km cənub-qərbdə adağıdakı adalar yerləşir:
    • Derevyannıy adası
    • Daues
    • Mak-Kulta adası
    • Tillo

İqlimi

redaktə

İqlimi sərtdir. İlin cəmi 18 günü temperatur 0 °C-dən yuxarı olur. İllik orta temperatur -12 °C, maksimal temperatur isə +12 °C, minimal temperatur -42 °C təşkil edir. İllik yağıntının miqdarı 280 mm-dir.

Mənbə

redaktə
  • Yerləşməsi: [1] Arxivləşdirilib 2008-01-09 at the Wayback Machine
  • Gregory Petrovich Gorbunov: [2] Arxivləşdirilib 2008-01-28 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vilçek_Torpağı&oldid=6254302"
LOVE.AZ